O, şirkətin konset zallarının, kafe və restoranlarının bağlı olduğunu, sərgi zalının isə koronviruslu xəstələr üçün ayrıdlığını əlavə edib. Ağalarov dövlətin sərgi zalında xəstələrin yerləşməsi üçün Crocus Gropu-a 1 milyard rubl vəsait ödəməsinə rəğmən, bunun onlara qazanc gətirmədiyin vurğulayıb.
“Biz gəlirlərimizin 90%-ni itirsək də, xərclərimiz azalmayıb. Hər ay, hər gün ziyaha işləyirik. Hətta, bütün obyektlər açılsa da, bizim icarədarlar ilk vaxtlar bizə ödəniş edə bilməyəcək”.
Xatırladaq ki, Crocus Group-un sahibi Araz Ağalarov Forbes jurnalının məlumatına görə, 1,7 milyard dollar sərvətə malikdir. Şirkətin əmlakı sırasına okeanarium, “Vegas” ticarət-əyləncə mərkəzi, “Crocus Siti Moll” ticarət mərkəzi, konsert zalları, restoranlar, fitnes-mərkəzləri, yaşayış kompleksləri, “Jara” mediaholdinqi, “Crocus Expo” sərgi mərkəzi və s. daxildir.