
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 831-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 831-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, в„– 12, maddə 689; 2001, в„– 11, maddə 677; 2002, в„– 5, maddə 237; 2003, в„– 6, maddə 273, в„– 8, maddə 419; 2004, в„– 7, maddə 522, в„– 10, maddə 784, в„– 12, maddələr 982, 987; 2005, в„– 4, maddə 283, в„– 10, maddə 884; 2007, в„– 3, maddə 212, в„– 11, maddə 1051; 2008, в„– 5, maddələr 346, 347, в„– 8, maddə 708, в„– 11, maddə 959; 2009, в„– 4, maddə 214, в„– 7, maddələr 503, 511, в„– 10, maddə 770, в„– 12, maddə 963; 2010, в„– 7, maddə 605, в„– 11, maddələr 942, 943, 961; 2011, в„– 3, maddə 166, в„– 7, maddə 613; 2012, в„– 2, maddə 54, в„– 3, maddə 192, в„– 6, maddə 525, в„– 9, maddə 840, в„– 11, maddə 1059; 2013, в„– 3, maddə 233, в„– 6, maddə 597; Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 743-IVQD və 744-IVQD nömrəli qanunları) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Cəlilabad rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. 18.14-cü sıranın “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Xanəgah,” sözündən sonra “Türkelli,” sözü əlavə edilsin.2. 18.18-ci sıranın “Əhatə etdiyi ərazi vahidləri” sütununda “İcarə” sözü “Eçara” sözu ilə əvəz edilsin".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bel ağrısını azaldan hərəkətlər
Dünyanın birinci şəhəri
Aİ və Azərbaycan mobil tərəfdaşlıq haqqında müqavilə imzalayıblar
Cəbhədə erməni təxribatı davam edir
Kompüterdə izləri necə silməli?
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Məşhur cütlük “Netflix”lə müqavilə bağladı
Azərbaycanda daha bir kənddə 26 nəfər koronavirusa yoluxdu
Gəlinlər üçün toy günü manikürü
Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib - FOTO
Məcburi köçkünlərə qurban əti paylanılıb
Əcaib siqnallı maşın sahiblərinə pis xəbər
Dərsliklərin şagirdlərə paylanılması qaydası açıqlandı
Tənhalığın çiçək bağçası
Məşhur aktrisa səfir oldu
Məşhur cütlüyün övlad arzusu
Gün var əsrə bərabər: Ötənləri yada salaq
İrəvanda cümə namazı qılmaq istəyirlər
Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Arıqlamaq istəyənlərin yol verdiyi səhvlər
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Qəzada ölən İbrahimin SON SÖZLƏRİ: "Ata, bayrama evdəyəm...
Avstriyalı alim koronavirusa qarşı “ən rasional” dərmanı hazırladığını açıqladı
Andersenin ilk nağılı tapılıb
"Dəmir arakəsmələr dəyişdirlməyəcək"
Azərbaycanda meşələri kim dağıdır?
Dəbli qocalar
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
"Bu gün biz güclü komandaya qalib gəldik"
Mine Tuqayın arxiv FOTOsu yayıldı-TƏHQİR olundu
Məşhur aktrisa 80 yaşlı biznesmenə ərə getdi-FOTO
TaTu qrupu illər sonra-FOTO
Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanılıb
Oruc tutanlara hansı nemətlər bəxş edilər?
Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar
Dünyanın ən hündür hava limanı-FOTO
Ədviyyatlı kotlet (foto resept)
Ahmetlə Sılanı barışdıran mahnı bu imiş
Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
Maaşı az olanlara da kredit veriləcək
Kofe üzərində rəsmlər
Ünvanlı sosial yardımın müddəti artırıla bilər
Rəngarəng saatlar
Mətbəx mebelləri
Angela Merkeldən Azərbaycana müraciət
Azərbaycana qar, şaxta qayıdır
Nişastalı paxlava (foto resept)
Məşhurların şəxsiyyət vəsiqələri-FOTO
İsveç alimləri daha bir ixtira - Dünyada ilk
Erməni müğənninin Türkiyədəki konsertinə icazə vermədilər















- ŞƏRHLƏR