Qadin.NET / "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna dəyişikliklər edildi

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna dəyişikliklər edildi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 831-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 831-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1.    Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.    üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.     üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.    mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.    həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2.    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, в„– 12, maddə 689; 2001, в„– 11, maddə 677; 2002, в„– 5, maddə 237; 2003, в„– 6, maddə 273, в„– 8, maddə 419; 2004, в„– 7, maddə 522, в„– 10, maddə 784, в„– 12, maddələr 982, 987; 2005, в„– 4, maddə 283, в„– 10, maddə 884; 2007, в„– 3, maddə 212, в„– 11, maddə 1051; 2008, в„– 5, maddələr 346, 347, в„– 8, maddə 708, в„– 11, maddə 959; 2009, в„– 4, maddə 214, в„– 7, maddələr 503, 511, в„– 10, maddə 770, в„– 12, maddə 963; 2010, в„– 7, maddə 605, в„– 11, maddələr 942, 943, 961; 2011, в„– 3, maddə 166, в„– 7, maddə 613; 2012, в„– 2, maddə 54, в„– 3, maddə 192, в„– 6, maddə 525, в„– 9, maddə 840, в„– 11, maddə 1059; 2013, в„– 3, maddə 233, в„– 6, maddə 597; Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 743-IVQD və 744-IVQD nömrəli qanunları) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Cəlilabad rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1.    18.14-cü sıranın “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Xanəgah,” sözündən sonra “Türkelli,” sözü əlavə edilsin.2.    18.18-ci sıranın “Əhatə etdiyi ərazi vahidləri” sütununda “İcarə” sözü “Eçara” sözu ilə əvəz edilsin".
Mənbə: Milli.Az

 

10 dekabr 2013
GO BACK