
Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilməməməsi, özünü idarə edə bilməməsi müşahidə olunduqda həyata keçiriləcək. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edəcək.
Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılacaq. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab ediləcək. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib ediləcək.
Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunacaq. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə ediləcək, digər surəti isə polis əməkdaşında saxlanılacaq. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndəriləcək.
Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçiriləcək. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçiriləcək. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab ediləcək. Müayinə aparan həkim-narkoloq tibbi müayinə aktı tərtib edəcək. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o, təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edəcək.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Zəngilanın işğaldan azad olunmuş kəndindən görüntülər - VİDEO
Şəklini çəkib Dünyaya rəzil etdi - FOTO
Ruhların sirri açıldı
İsmayıllıda zona birinciliyi
Azərbaycanda yeni qaydalar təsdiq edildi
Kanadanın baş naziri koronavirusun ikinci dalğasının gəldiyini elan etdi
Cütlüklər arasında güclü bağlılıq olduğunu göstərən əlamətlər
Qadınla kişinin maddələr mübadiləsi fərqlidir
Evdəki vasitələrin möcüzəvi təsiri
Pakistan mətbuatında Prezident İlham Əliyev haqqında məqalə dərc edilib
Hamlet Xanızadənin doğum günüdür
Sənatkarın ailəsi mətbuata əsəbləşdi
"Aprel döyüşlərində bir kəndi də itirmişik"
Əliyev büdcəni təsdiq etdi
Ətli perojki (foto resept)
Səsverməyə ayı balası ilə gəldi – FOTO/VİDEO
Yasin” surəsi oxuyanın çatdığı 10 BƏRƏKƏT
Koronavirusa yoluxma riskini üçdə birə qədər azaldan xəstəlik
Şok dərman ucuzlaşması
Geni dəyişdirilmiş milçəklər
Xəyallarımızdakı evlər
Ön cəbhədə atışma
Saçları tez-tez yumaq zərərlidirmi?
Dünyanın ən bahalı fast-fudu hazırlandı
HAVA necə olacaq?- 4 fevral
Mövsüm keçidlərində qidalanmağa diqqət
Azərbaycanda şəhərlərin ümumi və baş planlarının monitorinq müddəti müəyyənləşdi
Həkimlə ünsiyyət qorxusu
Zərafətin "ə"-si, zarafatın "a"-sı
Azərbaycan kitab bazarında rekord
Bizim fəlsəfə dünyamız (2)
Bu da Marsdan selfi
Gənc göstərən makiyaj
Kompüter satışları niyə azalır?
"Survivor"2020-nin çempionu hər kəsi təəccübləndirdi
Cem Yılmazdan ayrılan Defne diqqət çəkdi-FOTO
Çavuşoğlu və Lavrov Qarabağdan danışdı
Türkiyə çempionatı: "Beşiktaş"ın super şansı
Ohanyanı yenə parlamentə çağırdılar - Qapalı müzakirə gedir
Coğrafiya elminin yaranması və inkişafı
COVID-19-a təkrar yoluxmanın başlıca səbəbi
Bred Pitt 20 ildən sonra ilk dəfə...-FOTO
Mal ətinin ardınca toyuq əti də bahalaşdı
Görme qüsurlu insanlar üçün smart eynek.
"Qoyun" salatı (foto resept)
Bu şəxslər də cərimələnəcək - Rəsmi
Dəbli koftalar
Nikahla bağlı yeni qanun
Sabahın HAVAsı
Azərbaycanda telekommunikasiya trafikinin idarə edilməsi dövlətin nəzarətində olacaq














