Səhiyyə Nazirliyinin Kollegiyası "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları"nı təsdiq edib.
Qadin.Net trend-ə istinadən bildirir ki, aptek özəl klinikanın və topdansatış əczaçılıq müəssisəsinin nəzdində təşkil olunduqda inzibati-məişət sahələrinin (anbar otağından başqa) ümumi olmasına yol verilir.
"Dərman vasitələri haqqında" qanuna əsasən, həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında yalnız Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılır. Bu tələb dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinə şamil edilmir. Bu qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır. Dövriyyəsinə nəzarət edilən narkotik tərkibli dərman preparatlarına və psixotrop maddələrə tələblər Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli qərarı ilə müəyyən edilir.
Xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədi ilə aptek müəssisəsi diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi) istifadə edə bilər. Xəstələrin diaqnostik test üsulu ilə müayinəsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən həyata keçirilir. Bunun üçün diaqnostik test üsulunun aparılması üçün yer, diaqnostik test üsulunun aparılması üçün standart əməliyyat prosedurları (SƏP), diaqnostik test üsulunun aparılması üçün dövlət standartına cavab verən, yoxlamadan keçmiş ölçmə vasitələrinin (və avadanlığın) olması, diaqnostik test nəticələrinə uyğun həkim müdaxiləsinə qədər yardımın göstərilməsi kimi tələblərə əməl etmək vacibdir.
Aptekin əsas vəzifəsi əhaliyə həkim resepti əsasında hazırlanmış müxtəlif dərman formalarının (daxilə və xaricə istifadə olunan məhlullar, sadə və mürəkkəb tərkibli tozlar, məlhəmlər, linimentlər, pastalar və s. qeyri-inyeksion dərman formaları), həkim resepti əsasında və reseptsiz buraxılan hazır dərman vasitələrinin, sarğı materiallarının və xəstəyə qulluq əşyalarının, eləcə də dərman bitki xammallarının, uşaq və dietik qida məhsullР°rının, müalicəvi mineral suların, kosmetik vasitələrin, optik ləvazimatların, həmçinin xüsusi icazə aldıqdan sonra dövriyyəsinə nəzarət olunan psixotrop, zəhərli və güclü təsirə malik dərman maddələrinin, "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin pərакəndə satışı ilə məşğul olmaqdır.
Aptek ayrıca binada və yахud hər hansı binanın qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla) yerləşdirilir. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Omba və ayaqlar üçün hərəkətlər
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - FOTO
İlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEO
Ölkəmizdə bir günlük istirahətin qiyməti - ARAŞDIRMA
Sumqayıtda əkiz qardaşlar imtahanda 694 və 676 bal topladı - VİDEO
Serenay Sarıkaya və Cem Yılmaz EVLƏNİR-FOTO
Mikroelementlər-2
Azərbaycanda yeni yol çəkilir
“Instagram kraliçası” çimərlik FOTOlarını paylaşdı
"Qarabağ"ın "Ayntraxt"la oyunlarının vaxtı dəqiqləşdi
Yeni quş qripi pandemiyaya çevrilə bilər
Bakıda avtobusların fəaliyyəti ilə bağlı daha bir qurum yaradılır
Cəbhədə amansız atışma
Azərbaycan Belarusdan 153 döyüş tankı alıb
Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO
HAVA necə olacaq?
Qurbanlıq heyvanlar harada kəsiləcək?
İnternet beynin qocalmasını ləngidir
Şəhid tankçı Elvinin evindən: "Gəlinimizin xınası əlindən getməyib"
Dünya çempionatı başlanır: Azərbaycan Türkiyəyə qarşı
İş həyatında gərginliyi necə aradan qaldırmaq olar?
Sentyabradək 6 yaşı tamam olmayan uşaqlar I sinfə götürüləcəklərmi?
Gözəllik kraliçası küçədə, dilənçi kimi öldü
Könüllü gənclərdən Bakıda maraqlı layihə
Timati sevgilisindən ayrıldı
İlham Əliyev dərmanların bahalığından danışdı
Yoqa pozalarından
Məşhur aparıcı növbəti qalmaqalla gündəmdədir
Bu rəsm əsəri 90,3 milyon dollara satıldı-FOTO
Qadın gərək hər yaşda gözəl olsun.
Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-72
Bu gün həmin yoldan keçməyin
İpotekada yeni şərtlər
Ermənistanın Azərbaycana qarşı təcavüzü Argentina mətbuatında
HAVA necə olacaq?
Xoşbəxtlik nədir ki, onun həsrətini çəkirik?
Gəlin qucaqlaşaq
HAVA necə olacaq?-3 yanvar
Həkimlər koronavirus xəstələrinə yardım göstərməkdən imtina edir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
BQXK rəsmisindən ölən və yaralanan könüllüləri ilə bağlı AÇIQLAMA
"Qalatasaray"ın "pitbul"u Skolariyə səsləndi
Cəbhədə partlayış, 3 yaralı
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Hazal Kaya 1.58 sm-lik boyundan danışdı-FOTO
Boyunbağı modelləri
Ağdamda gördüyü mənzərə fotoqrafı dəhşətə gətirdi
Limonlu çay kimə ziyandır?
Marsa pilotlu uçuşun vaxtı açıqlandı














