
Zeytun yağı sağlam qida məhsulu kimi bütün dünyada geniş istifadə olunur. Bu yağın faydalarından bəhrələnmək üçün ən əsas şərtlərdən biri onu alarkən seçimi düzgün etməkdir.
Hazırda satışda müxtəlif növlərdə zeytun yağları təqdim olunur. Bəs zeytun yağı alarkən nələrə diqqət yetirilməlidir?
Üzərinə “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.
“Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağ “Extra virgin” yazılan zeytun yağıdır. Qeyd edilən kateqoriyaya aid yağın turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilməsi üçündür.
Məhsul üzərində “Refinado” yazılmış zeytun yağı isə rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır, ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.
Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə “Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir.
Hər iki halda zeytun yağının orqanizm üçün faydaları saysız-hesabsızdır.
Çox önəmli başqa bir məqam isə ondan ibarətdir ki, zeytun yağından başqa heç bir bitki mənşəli yağdan birbaşa, təbii halda istifadə etmək olmaz. Beləki, təbii halda olan bütün bitki mənşəli yağların tərkibində insan orqanizmi üçün zərərli maddələr mövcuddur. Zeytun yağı isə heç bir kimyəvi proseslərdən keçmədən təbii halda istehlak edilə biləcək yeganə bitki mənşəli yağdır!
Həssas keyfiyyət göstəriciləri ilə "Zeytun Bağları" zeytun yağı da "əl dəyməyən" texnologiya ilə, ən yüksək keyfiyyət normalarına riayət olunaraq Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olaraq hazırlanır.
Yağların istehsal edildiyi Bakı Yağ Fabrikində ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemlərinin qurulması, ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.
“Zeytun Bağları" zeytun yağı tamamilə qoxusuz olduğu üçün bütün növ yeməklərin hazırlanmasında unikal məhsuldur.
"Zeytun Bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR