Qadin.NET / Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!

Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!

Zeytun yağı sağlam qida məhsulu kimi bütün dünyada geniş istifadə olunur. Bu yağın faydalarından bəhrələnmək üçün ən əsas şərtlərdən biri onu alarkən seçimi düzgün etməkdir.
Hazırda satışda müxtəlif növlərdə zeytun yağları təqdim olunur. Bəs zeytun yağı alarkən nələrə diqqət yetirilməlidir?
Üzərinə “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.
“Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağ “Extra virgin” yazılan zeytun yağıdır. Qeyd edilən kateqoriyaya aid yağın turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilməsi üçündür.
Məhsul üzərində “Refinado” yazılmış zeytun yağı isə rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır,  ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.
Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə “Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir.
Hər iki halda zeytun yağının orqanizm üçün faydaları saysız-hesabsızdır.
Çox önəmli başqa bir məqam isə ondan ibarətdir ki, zeytun yağından başqa heç bir bitki mənşəli yağdan birbaşa, təbii halda istifadə etmək olmaz. Beləki, təbii halda olan bütün bitki mənşəli yağların tərkibində insan orqanizmi üçün zərərli maddələr mövcuddur. Zeytun yağı isə heç bir kimyəvi proseslərdən keçmədən təbii halda istehlak edilə biləcək yeganə bitki mənşəli yağdır!
 Həssas keyfiyyət  göstəriciləri ilə "Zeytun Bağları" zeytun yağı da "əl dəyməyən" texnologiya ilə, ən yüksək keyfiyyət normalarına riayət olunaraq  Azərbaycan istehlakçılarının ağız dadına tam uyğun olaraq hazırlanır.
Yağların istehsal edildiyi Bakı Yağ Fabrikində ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemlərinin qurulması, ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.
“Zeytun Bağları" zeytun yağı tamamilə qoxusuz olduğu üçün bütün növ yeməklərin hazırlanmasında unikal məhsuldur.
"Zeytun Bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!

17 may 2016
GO BACK