Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Hüseyn Cavid
(1882-1941)
Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda, tanınmış ruhani ailəsində anadan olub. İlk təhsilini Naxçıvanda mollaxanada alıb, 1895-ci ildə atası onu Məhəmmədtağı Sidqinin "Tərbiyyə" adlı məktəbinə qoyub. Burada təhsil yeni qaydalarla həyata keçirilirdi. İlk şeirlərini də təhsil dövründə o, "Gülçin" və "Salik" təxəllüsü ilə yazmışdır. 1898-ci ildə məktəbi müvəffəqiyyətlə bitirən Hüseyn Rasizadə Cənubi Azərbaycana getmiş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. Özünü dolandırmaq və təhsilini davam etdirməkçün o burada ticarətlə də məşğul olmuşdur. 1903-cü ildə mədrəsəni müvəffəqiyyətlə bitirərək o, ali təhsil almaq məqsədi ilə İstanbula getmişdir. 1909-cu ildə Hüseyn İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmişdir. Təhsil illərində ərəb, fars və türk dilləri" mükəmməl öyrənən Hüseyn Şərq və Qərb ədəbiyyatı ilə, həmçinin təsəvvüf fəlsəfəsi ilə yaxından tanış olmuşdur.
Naxçıvana qayıtdıqdan sonra burada açdığı xüsusi məktəbdə dərs deməyə başlayan Hüseyn Rasizadə çox keçmir ki, Tiflisə yollanır. Tiflisdə o, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin məktəbində, sonra isə Gəncədə "Məktəbi- ruhaniyyə"də müəllim işləyir.
Bu dövrdə lirik-romantik şeirlərini Cavid təxəllüsü ilə yazmağa başlayan Hüseyn onları "Şərqi-Rus", "İrşad", "Füyuzat", "Həqiqət", "Məktəb", "İqbal", "Yeni iqbal" qəzet və jurnallarında çap etdirmişdir. "Naxçıvanda nələr gördüm", "Naxçıvana nə lazım", "Həbsi-hal", "Nakamlıq" məqalələrində müəllif dövrün problemlərini və xalqın ağır güzəranını qələmə almışdır.
Hüseyn Cavid 1913-cü ildə "Ana" faciəsini və "Keçmiş günlər" şeirlər toplusunu çap etdirmişdir. "Ana" əsərində sadə insanlarda olan nəciblik, sədaqət, mərdlikdən danışılır. Cavid 1912-ci ildə yazdığı "Maral" ("Zavallı qadın") faciəsində şəxsiyyət və qadın azadlığı məsələsini qaldırır. "Öksüz Ənvər", "Çoban türküsü", "Kiçik sərsəri", "Dün və bu gün", "Görmədim" və s. şeirlərində şair cəmiyyətdə hökm sürən sosial ədalətsizlik və bu ədalətsizliyin insanların taleyinə təsirini göstərmişdir. "Məsud və Şəfiqə" şerində Bakı neft mədənlərində çalışan fəhlələrin dözülməz vəziyyəti sahibkarların tüfeyli, firavan həyatı ilə qarşılaşdırılır.
1912-ci ildə çap edilən "Sən nəsin, kisin deyən ariflərə" poemasında Cavid ədalətsizliyin ləğv edilmə yollarını araşdırmış, işıqlı cəmiyyətin yaradılmasının mümkünlüyünü vurğulamışdır. I Dünya müharibəsi ərəfəsində və gedişində yazdığı "Məzlumlar üçün", "Hərb ilahi qarşısında" şeirlərində işğalçı müharibələr pislənilir, onlara nifrət bildirilirdi.
Hüseyn Cavid təkcə şair yox, daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmışdır. Onun əsərləri eyni zamanda Azərbaycan teatrının inkişafına da böyük təsir göstərmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində Cavid mürtəce din xadimlərinin insanları bir-birindən ayırmaqçün uydurduqları çürük ehkamlara qarşı etiraz etmişdir.
1915-ci ildən etibarən Hüseyn Cavid Bakıda yaşamış, "Şəfa" məktəbində müəllim vəzifəsində çalışmış, "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmişdir. Dövrün siyasi hadisələri onun əsərlərinə və dünyagörüşünə təsir göstərməyə bilməzdi.
1917-ci ildə yazdığı "Şeyda" dramında və 1918-ci ildə qələmə aldığı "Haqqını sən mübarizə ilə ala bilərsən" poemasında Hüseyn Cavid ilk dəfə "Haqq verilmir, alınır" ideyasını səsləndirmişdir. O, insanları hüquqları uğrunda mübarizəyə səsləyir, istismarçılarla mübarizədə inqilabi yolun labüd olmasını bildirirdi.
1918-ci ildə yazdığı "İblis" faciəsi Hüseyn Cavidin yaradıcılığında mühüm yer tutur. İblis surətində müəllif dövrün mürtəce qüvvələrinin, özünü düşünüb xalqı unudanların, insanların mənəviyyatını tapdalayanların, "iyirminci əsrin mədəni vəhşiləri”-nin obrazını ümumiləşdirmişdir. Bakıda bolşevik-erməni qüvvələrinin törətdikləri cinayətlər ədibə böyük təsir göstərmiş, bir daha sübut etmişdir ki, firavan, müstəqil həyat arzulayan xalq bunun uğrunda mübarizə aparmalıdır.

Hüseyn Cavid 1918-ci ildə Naxçıvana qayıtmış, "Rüşdiyyə" məktəbində müəllim işləmişdir. Erməni daşnakları və onların havadarlarının Naxçıvana və Zəngəzura olan iddialarına qarşı mübarizə aparan Araz-Türk Cümhuriyyətinin təşkilində Hüseyn Cavid yaxından iştirak etmişdir.
1919-cu ildə Cavid Bakıya dönərək Azərbaycan Xalq Cümhuriyyətinin maarif və təhsil işlərində fəal iştirak etmişdir. Müəllim işləməyində davam edən yazıçı "Bakı və ətraf rayonların müəllimlər ittifaqı" idarə heyətinin üzvü seçilmişdir. Həmin ildə o, Azərbaycan ədiblərinin "Yaşıl qələm" birliyinə daxil olmuşdur. 1919-cu ildə Hüseyn Cavid Abdulla Şaiqlə birlikdə "Ədəbiyyat dərsləri" adlı dərslik nəşr etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə onun yaradıcılığı məktəb proqramlarına daxil edilmişdir. Belə ki, orta məktəbdə onun "Qız məktəbində", "Çiçək sevgisi", "İlk başar", "Öksüz Ənvər", "Kiçik sərsəri" əsərləri öyrənilirdi.
1920-ci ilədək Cavid mürtəce qüvvələrlə tərəqqi tərəfdarları arasında gedən mübarizəni, maarifpərvər, təmizqəlbli insanların qələbəsini əks etdirən əsərlər yazırdısa, 1920-ci ilin aprelində Azərbaycanın işğal edilməsi onun yaradıcılığında dönüş oldu.
1920-1930-cu illərdə o, Azərbaycanın və ümumilikdə türk xalqlarının qəhrəmanlıq keçmişini tərənnüm edən əsərlər yaratmış, onlar
vasitəsilə xalqı mübarizəyə səsləmişdir. Belə əsərlər sırasında "Azər" dastanı, 1922-ci ildə yazdığı "Peyğəmbər", 1925-ci ildə bitirdiyi "Topal Teymur" tarixi dramları xüsusi yer tutur. Cavid bu dövrdə yazdığı siyasi-lirik və lirik-epik şeirlərində də müstəmləkə zülmünün iyrənc sifətini açıq şəkildə göstərmişdir. Onun bu mövzuda yazdığı əsərlərdən "Nil yavrusu" xüsusi yer tutur. 1926-cı ildə Almaniyada müalicədə olmuşdur.
Tarixi dramlar üzərində işini davam etdirən Cavidin 1933-cü ildə yazdığı "Səyavuş", 1935-ci ildə yazdığı "Xəyyam" dramları tarixə, tarixi şəxsiyyətlərə baxışda ciddi dönüş idi. Bu əsərlərdə müəllif istibdada qarşı üsyan edən kütləni, üsyan başçılarını və azadfikirli mütəfəkkirləri qəhrəman kimi seçmişdir.
1936-cı ildə Hüseyn Cavid yazdığı "İblisin intiqamı" əsərində faşizmin baş qaldırması əksini tapmışdır. O, uzaqgörənliklə faşizmin bəşəriyyətə gətirəcəyi bəlalardan xəbər vermiş, insanları onun qarşısını almağa çağırmışdır.
Hüseyn Cavid 1930-cu ildə yazdığı "Telli saz" dramı və "Kor neyzən" poeması ilə Cənubi Azərbaycanda şah rejiminin yaratdığı zülmü təsvir etmiş, bu rejimə qarşı aparılan azadlıq mübarizəsindən söz açmışdır.
1937-ci ildə repressiyalar dalğası başlayanda Cavid ilk həbs olunanlar sırasında idi. Onun vətənpərvərlik ideyaları, türk dünyasının birləşməsi və bir zaman şan-şöhrətini özünə qaytarmaq çağırışları qırmızı imperiyanı bərk narahat edirdi. Pantürkizm və panturanizmdə günahlandırılan Cavid guya xalqlar arasında nifaq salmaq kimi absurd ittihamları qəbul etmədi. Ona qarşı Türkiyənin xeyrinə casusluq etmək kimi ittiham irəli sürüldü, lakin müstəntiqlər bu böhtanı təsdiqləyən sübut-dəlil tapa bilmədilər. Ən dözülməz həbsxana rejimi belə Cavidi sındıra bilmədi və o, cəsarətlə ona qarşı sürülən ittihamları rədd etdi. Məhkəmə Hüseyn Cavidə 8 il cəza müddəti kəsdi və o, 1938-ci ildə Maqadana göndərildi.
1940-cı ildə İrkutska köçürüldü. Ağır işgəncələrə, sərt və amansız həbsxana həyatına dözməyən Hüseyn Cavid 1941-ci il dekabrın 5-də Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonu Şevçenko kəndində vəfat etdi. 1956-cı ildə Cavidin saxta ittihamlarla həbs edildiyi sübuta yetirildi və ona bəraət verildi.
Cavidin 100 illik yubileyi ərəfəsində cənazəsi Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana gətirildi, buradakı ev-muzeyinin yaxınlığında dəfn edildi. 1996-cı ildə böyük sənətkarın qəbri üzərində möhtəşəm məqbərə ucaldıldı.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əliboş: yenə alınmadı
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Brent nefti ucuzlaşıb
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı YENİLİK
Saxta məktəbli formasını necə fərqləndirməli?
Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər
Evdə hazırlanan bədən spreyi
Qalıcı makiyaj ilə tətilin dadını çıxardın
İnsan bədəni haqqında bilmədikləriniz
Toxunma hissini gücləndirən əlcək
Qarpız tumunun faydaları
Növbəli işin zərəri
İnfeksiya xəstəliklərinə faydalı bitki çayları
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Monika Belluçi Etirafları ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı - RƏSMİ
"Ronaldu olmayan yerdə Beyl əla oynayır"
Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Qusarda gül bayramı keçirilib
Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə-FOTO
İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək - CƏDVƏL
İlham Əliyev erməni xalqına müraciət etdi
Kompüter oyunlarını kim ixtira edib?
İlham Əliyev Ərdoğanın şərəfinə ziyafət verib
Ehtiyatlı olun: Yerə doğru nəhəng tırtıl gəlir
Rulet formasında lazyana (foto resept)
Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsi qəbul olundu
Həccin vaxtı açıqlandı
Avropanın ən məşhur balı keçirildi
Qalaktikada biz tək deyilik: elm təsdiq etdi
HAVA necə olacaq?-30 Sentyabr
Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Rusiyaya işləməyə gedənlərin nəzərinə
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA
Vitaminli xörəklər(1)
Məşhur aktrisanın yeni imici sevənlərini qorxutdu-FOTO
15 dərəcə isti olacaq
Süni uşaq qidaları: nəyi bilmək mühümdür?
Məşhurların təəccübləndirən geyimlər
Hicab qadağası ləğv olundu
Mehriban Əliyeva Lahıc sakinlərinə təşəkkür etdi
Məşhur aparıcını canlı yayımda tok vurdu-VİDEO
Ətli boxçalar(foto-resept)
Yuxuya tez getməyin yolları
Şir bürcü qadını
Smartfon bazarında lider dəyişdi
Məşhur aparıcının əri həbs olundu-SƏBƏB
Koronavirusla bağlı son STATİSTİKA















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]