Bu gün ölkədə dərman bazarındakı mövcud vəziyyəti qənaətbəxş saymaq olar. Trend-in məlumatına görə, bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev onlayn konfrans vasitəsilə ona ünvanlanan sualları cavablandırarkən deyib.
Nazir müavini qeyd edib ki, "Dərman vasitələri haqqında" qanunla müəyyən edilən dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının qanunauyğunluğu, dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin, həmçinin əczaçılıq bazarı iştirakçılarının fəaliyyətlərinin müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə 2007-ci ildə Səhiyyə Nazirliyinin qərarı ilə Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaradılıb:
"Mərkəz tərəfindən respublika ərazisində fəaliyyət göstərən həm topdansatış, həm də pərakəndə satış əczaçılıq təşkilatlarında qanunvericiliyin tələbləri gözlənilməklə mütəmadi olaraq planlı reydlər keçirilir. Bu müddət ərzində respublikanın müxtəlif bölgələrində xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən 345 qanunsuz aptekin fəaliyyəti dayandırılıb. Onlardan xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 195 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə cərimə protokolları tərtib edilib, keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı və dövlət qeydiyyatı olmayan 100 min qutudan çox, istifadə müddəti bitmiş 2500 qutudan çox dərman preparatları aşkar olunaraq müsadirə edilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi tərəfindən müvafiq qaydada məhv edilib".
E.Ağayev deyib ki, bundan başqa, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə 68 fakt, aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satışına görə 13 fakt aşkar edilərək protokollar tərtib edilib. Həmin faktlar Səhiyyə Nazirliyi tərəfindən rəsmiləşdirilib və müvafiq qərarlar qəbul edilərək cərimə sanksiyaları tətbiq edilib. Eyni zamanda, reydlər nəticəsində Səhiyyə Nazirinin 2 oktyabr 2006-cı il tarixli, 153 в„–-li əmri ilə təsdiq edilmiş "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə Tələblər"ə cavab verməyən, xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən 50 aptek təşkilatında ciddi nöqsan və çatışmazlıqlar aşkar edilərək fəaliyyətləri dayandırılıb. Bunlardan 11 aptek müəssisəsinin lisenziyası tamamilə ləğv edilib:
"Bu sahədə hazırda mövcud problemlərdən ən əsası bazarda dövlət qeydiyyatı olmayan dərman vasitələrinin olmasıdır. Bununla bağlı həm Səhiyyə Nazirliyi tərəfindən, həm də hüquq-mühafizə orqanları tərəfindən ciddi işlər aparılır. Tək onu qeyd edə bilərəm ki, bu ilin 6 ayı ərzində İnspeksiya tərəfindən keçirilən yoxlamalar nəticəsində 6 min qutudan çox dövlət qeydiyyatı olmayan dərman vasitələri müsadirə edilib.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Yeməyiniz duzlu çıxıbsa bunları sınayın
Orlando Blum və Keti Perri yenidən birlikdə-FOTO
Sel Tovuzu dağıtdı
Alimlərdən qorxunc açıqlama: "Yer məhv olur"
Afaq Bəşirqızı ilə bağlı sərəncam
Cəhənnəm adası: bura lənətlənmiş insanların məkanı idi
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Kraliça Meqan və Harrini Təcili olaraq Britaniyaya Çağırdı-SƏBƏB
"Bozun 50 çaları" filmindən ilk görüntülər
Dərslər iyunun 1-dən başlayır? - Rəsmi açıqlama
Rianna tənha xanımlara: Sevgililər günündə bunları edin
Möhtəşəm ziyafət çantaları
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Sizə yaraşan rəngi tapın
Yaponlar suni meteor yağışı edəcək
Oruc tutmayan insanlar nə etməlidirlər?
Həftə sonunun HAVAsı
Ramazanın 26-cı gününün duası
“E” hərfi olmayan romanın müəllifi Jorj Perek haqqında
Azərbaycanın şimal-qərbində zəlzələ olub
Yağ yandırmağa kömək edən çaylar
"Donuz qripi"nə yoluxan aktrisa hər kəsi QORXUTDU - FOTO
Nəhəng şirkət 6 min əməkdaşını ixtisar edəcək
Tarkan ikinci dəfə ata olacaq?
Məsafədən işləməyin müsabət və mənfi tərəfləri
İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr
Samsung xəstələrə kömək edəcək
Bill Qeytsdən ŞOK AÇIQLAMA
Bu teatrda aktyorlar da, tamaşaçılar da çılpaqdır- FOTO
Dondurmalar mövsumu hansı təhlükələrlə gəlir?
Damla şokoladlı paxlava (foto resept)
Hər kəs BU GÜNÜ GÖZLƏYİR: 26 dekabrda başlayacaq və...
Azərbaycana tələbə köçürmək istəyən xarici ölkə universitetlərinin reytinqi necə olmalıdır?
Qələm peçenyesi (foto-resept)
Nurgül Yeşilçay yeni imicidə -FOTO
Magellan buludları
Bu çiçəklər təəccüb doğurur
Mənim nənəm
Azərbaycandan 3 mindən çox tələbə xaricdə təhsil almaq hüququ qazandı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Meyvəli piroq (foto resept)
Kolbasaların keyfiyyətindən necə əmin olaq?
Amerikalı aktyor məşhur modellə görüntüləndi - FOTO
Azərbaycanda minlərlə yeni İŞ YERİ AÇILACAQ
Kəvərli peraşkilər (foto resept)
Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR
Elmi jurnalistikamız nə yerdədir?
Saç rəngini təbii yolla açan üsul
Muncuqlardan qolbağın hazırlanması
10 ton bal zay çıxdı
- ŞƏRHLƏR