"Öz yanlış siyasəti nəticəsində regionun inkişafından kənarda qalan Ermənistan 20 ildən artıqdır müstəqil dövlət kimi davrana bilmir. Bu isə rəsmi İrəvanın nə qədər öz xalqının gələcəyini düşündüyünü şübhə altına qoyur".Trend xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin SüleymanovCənubi Kaliforniya Universitetinin Vaşinqton şəhərində fəaliyyət göstərən bölməsində professor-tələbə heyəti qarşısında “Azərbaycan: Enerji Siyasəti və Geosiyasət” mövzusunda çıxış edərkən deyib.
Səfir çıxışında Azərbaycan dövlətinin tarixi nailiyyətləri, geostrateji mövqeyi və Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib. O, xüsusilə ölkəmizin iqtisadi inkişafı, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən iri regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Avrasiya Super İnformasiya Magistralı layihələri auditoriyanın diqqətinə çatdırıb.
Azərbaycanın regionda məhz müstəqil və praqmatik dövlət kimi etibarlı tərəfdaş olduğunu qeyd edən diplomat Azərbaycanın həmçinin regionda müstəqil siyasət aparan, beynəlxalq hüquqa riayət edən, heç bir dövlətin daxili işlərinə qarışmayan, özünü təmin etmək imkanında olan, bərabər hüquqlu tərəfdaşlığa üstünlük verən ölkə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bir tərəfdən Avrasiya məkanında baş verən proseslər, digər tərəfdən isə Azərbaycanın son iki dekadada keçdiyi müstəqillik dövrü və inkişafı sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zamanında qəbul etdiyi qərarlar özünün strateji yanaşması və uzaqgörənliyi ilə fərqlənir. Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış “Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir edib, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verib: “Bunun nəticəsi olaraq Azərbaycan Cənubi Avropanın yeni coğrafiyasının formalaşmasının müəllifinə çevrilib. Eyni zamanda, Azərbaycan Bakı-Supsa kəməri ilə Qara dəniz regionuna, Bakı-Tbilisi-Ceyhan kəməri ilə, hətta Gürcüstan Aralıq dənizi regionuna çıxıb, Cənub Qaz Dəhlizi vasitəsilə isə Xəzər, Qara, Aralıq və Adriatik dənizi məkanı yaradılıb”.
E.Süleymanov qeyd edib ki, Azərbaycan müstəqilliyin məsuliyyətini tam anlayaraq özünün inkişafı ilə bərabər regionun digər ölkələrinin inkişafına töhfə verir ki, bu xüsusiyyət regionda lider ölkələrə məxsus mövqeyi əks etdirir.
Diplomat son vaxtlar Şərqi Avropada, eləcə də Yaxın Şərqdə baş verən münaqişələrin yenidən kəskinləşməsinə istinad edərək böyük dövlətlərin daha məsuliyyətli yanaşmasının vacibliyini bildirib: “Sabitlik və inkişaf olmayan yerlərdə radikallaşma meylləri daha çox nəzərə çarpır ki, Qərb dövlətləri, o cümlədən rəsmi Vaşinqton tərəfindən daha strateji, düşünülmüş və mövcud reallıqları nəzərə alan yanaşma əhəmiyyətlidir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR