Son 40 il Azərbaycanda ən isti dövr hesab olunur.
Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, bütün ölkə ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə (0,9) yaxındır. Bu artmalar ərazi boyunca bərabər (0,2 –dən 1,50С-yə) paylanmayıb. Buna səbəb isə Azərbaycanın dağlıq ölkəsi olması, nisbətən kiçik ərazidə oroqrafiyanın -28,0-dan 4466 metrə qədər dəyişməsi, ölkə ərazisində müxtəlif iqlim zonalarının olmasıdır.
Direktor əlavə edib ki, bütün muşahidə dövründə temperatur ən çox Kür-Araz düzənliyində (0,4-0,9 dərəcə С), Qazax-Gəncə zonasında (0,6-1,1 dərəcə С), Böyük Qafqazın cənub yamacında (0,5-0,8 dərəcə С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 dərəcə С) və şimal (0,4-0,6 dərəcə С) yamaclarında müşahidə olunub.
R.Məmmədov Azərbaycanda maksimal temperaturun Culfada (+46 C), minimal temparaturun dağlıq ərazilərdə (-40 dərəcə С) olduğunu söyləyib.
Akademikin sözlərinə görə, ilin ən soyuq aylarında Naxçıvan MR-ı istisna olmaqla digər ərazilərdə temperaturun yüksəlməsi qeydə alınır. Bununla yanaşı, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi azalıb.
R.Məmmədov qeyd edib ki, iqlimşünasların fikrinə görə, dövlətlər tədbir görməsə, 2100-cü ilə planetin temperaturu 3.7-4,8 dərəcə C qalxa bilər. Hava 2 dərəcə C qızdıqda ətraf mühit üçün dönməz proseslər başlayır. Bunun nəticəsində iqlim zolaqları sürüşəcək, havanın dəyişməsi daha kəskin olacaq, quraqlıq və daşqın kimi anomal hadisələrin gücü və tezliyi artacaq. Temperatur və rütubət artdığından bəzi ölkələrin ərazisi yaşamaq üçün əlverişli olmayacaq:
“Bir qrup ABŞ alimlərinin tədqiqatına görə, risk qrupuna Qətər, Səudiyyə Ərəbistanı, Bahreyn, Birləşmiş Ərəb Əmirliyi və Yaxın Şərqin digər dövlətləri daxildir. İstixana qazının müasir surətlə atmosferə atılması davam etsə, havanın temperaturau Fars körfəzi ölkələrində 74-76 dərəcə C ola bilər”.
Akademik əlavə edib ki, bəzi nəticələr görə, yaz və payız fəsilləri anlayışı tədricən öz mahiyyətini itirəcək. Rus alimlərinin gəldiyi nəticəyə görə, artıq ölkənin orta zolağında qış dövrü qısalıb:
“İqlimin ümumiyyətlə istiləşmədiyini təkid edənlər də var. Bəziləriin fikirincə isə istiləşmə var, ancaq bu atmosferdə karbon qazının miqdarının artması ilə əlaqədar deyil, bu, təbii prosesdir, biz sadəcə olaraq buzlaqlar arası dövrdə yaşayırıq. Əldə olunan məlumatlara görə, son 450 min ildə istiləşmə və soyuqlaşma epoxaları qanunauyğun şəkildə bir-birini əvəz edib. Bizim yaşadığımız dövrdə təzəcə başlamış sikldə (geoloqlar onu holosen adlandırır) daxil olmaqla, bu dövrdə 6 iqlim sikli baş verib”.![]()
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ayaqqabı almadan əvvəl bunları bilməlisiniz!
Aişvariya Rai və qızı da koronavirusa yoluxdu-FOTO
Xoşbəxt insanların sirri
Çimərliklərin istifadəsinə icazə verildi - RƏSMİ
“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb
Günün qoroskopu: buyruq quluna çevrilməyin
2021-ci ildə trend olacaq rənglər
Azərbaycan çempionatı: "Neftçi" "Simurq"a, "İnter" AZAL-a qarşı
Yenidən estetik əməliyyat etdirir
Facebook-da yenilik
Məkkə gülü haqqında eşitmisinizmi?
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
Saç mezoterapiyası
Koronavirusla bağlı son STATİSTİKA
Santa-Klaus kimdir?
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Seda Sayanın ayağına taxdığı saat gündəm oldu
Portağal şirəsinin faydaları
Avto kredit, yoxsa lizinq?
15 iyun Milli Qurtuluş Günüdür
Məşhurların qocalığı
Kəndirin köməyilə artıq çəkini təyin edin- TEST
Asan puding (foto resept)
Azərbaycan Belarusa yardım edəcək
İdman geyimləri
Uşaqların ağlama səbəbləri
Marsda cırtdan məxluq tapıldı? - FOTO
Ən qorxulu yırtıcını yardılar
Çində robot polislər xidmətə başladı
Nazirdən müharibə mesajı
NASA nəhəng qurğu hazırladı
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Pusquda duran kiçik düşmənlər
Azərbaycanı "Eurovision"da təmsil edəcək ifaçı məlum oldu
TƏBİB sədrindən karantinin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Azərbaycanda əcnəbilərlə evlənənlərin sayı artıb
Balıq kotleti (foto resept)
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
Karpal tunel sindromu
Sosial şəbkələrdə bunu unutmaq olmayacaq
Sabah yay havası olacaq
Tiflis zooparkının çətin anları
Yovşan haqqında bilmədiklərimiz
Evdən 10 min tısbağa çıxdı-FOTO
HAVA necə olacaq?
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Ağ Evin qarşısında atışma
Pul qazanmaq üçün istehsal edilən fərqli modellər














