
Kandidoz
Həkim-endokrinoloq Fərqanə Məmmədli Milli.Az-a açıqlamasında deyib ki, kandidozu maya göbələklərinə bənzər “candida” və ən çox yayılmış birhüceyrəli mikroorqanizm olan “candida albicans” törədir. Xəstəlik antibiotiklərdən, hormonal dərmanlardan həddən artıq istifadə etdikdə, hamiləlikdə, infeksion mənşəli xroniki xəstəliklərdə, şəkərli diabet xəstələrində və maddələr mübadiləsi pozğunluğu və immun sisteminin zəifliyi nəticəsində əmələ gəlir.
Kandidoz iki formada ortaya çıxır: məhəlli kandidoz və ümumi kandidoz
Məhəlli kandidoz, əsasən, dəridə, dırnaqlarda, bağırsaqda, ciyərlərdə və böyrəklərdə müşahidə edilir. Ümumi kandidozda isə kandidoz septikopiemiyası göbələklərin məhəlli kandidozlu nahiyədən qana keçməsi yolu ilə başlayır. Buna daha çox kiçik uşaqlarda və çox arıq xəstələrdə rast gəlinir. Nəticədə ağ ciyərlərdə, böyrəklərdə, ürəkdə, beyində və onun qişalarında kandidoz metastazları, irinləri əmələ gəlir.
Kandidoza çoxqatlı yastı epitel ilə örtülü selikli qişanın səthində daha çox rast gəlinir. Bu isə qlükogenin burada çoxluğundan asılıdır. Psevdomitselilər (hüceyrədə yerləşən göbələk) inkişaf edərək selikli qişanın səthində boz ərp şəklində ləkələr yaradır və selikli qişanı nekrozlaşdırır. Bu tip göbələk selikli qişanın dərin laylarına yayıldıqda onları irinli və prodiktiv iltihaba uğradır.
Qadınların qorxulu röyası
Həkimin sözlərinə görə, bu xəstəliyin qadınlar arasında ən geniş yayılmış forması vaginal kandidozdur. Cinsiyyət üzvündə özünü büruzə verən problem zamanı ağ rəngli selik və köpüklü ifrazat axıntısı müşahidə olunur. Həmçinin selikli qişada qızartı əmələ gəlir, sidik ifrazı zamanı ağrı və əsasən gecələr güclü qaşınma xəstəni narahat edir. Xəstəliyin gedişatı 5 gündən 60 günə qədər davam edə bilər. Xəstəliyin müalicəsi zamanı gigiyena qaydalarına və qidalanmaya ciddi riayət olunmaldır. Şəkər tərkibli ərzaqlardan istifadəni dayandırmaq lazımdır. Çünki şəkər və karbohidratlar maya göbələklərinin artıb çoxalmasına şərait yaradır. Həmçinin immun sistemini möhkəmləndirmək vacibdir.
Həkim endokrinoloq göbələyin əlamətlərini belə sıralayıb: “Mədə-bağırsaq sistemində problemlər, gəyirmə, qarında köp, nəfəs darlığı, allergiya, dəridə qaşıntı, diş əti və dilin üstündə ağ və sarı təbəqənin olması, şirniyyata həddən artıq meyllilik, göbələyin bağırsaqda tədricən faydalı bakteriyaları məhv etməsi fonunda qəbizlik, ishalın yaranması və göbələyin bağırsaq florasında yaratdığı spirt qoxusunun ağızdan gəlməsi. Göbələk xəstəliyin kəskinləşməsi nəticəsində yorğunluq, əzələlərdə titrəmə, boyun və oynaq ağrıları, cinsi istəksizlik, prostat iltihabı da yaranır”.
Kif göbələyi
F.Məmmədli bildirib ki, kif göbələyi təkhüceyrəli mikroorqanizm olub, bölünərək çoxalan göbələk növüdür. Bu göbələyin hüceyrələri bakteriyadan daha böyük olub yumurtaya bənzər formada olur. Ən çətin şəraitdə belə çoxalma qabiliyyətinə malik olan kif göbələyi sürətlə artaraq orqanizmə zərər vurur. Nəmli və rütubətli şəraitdə artan göbələklər tez bir zamanda ərzaq məhsullarını korlayaraq zəhərli maddələr istehsal edirlər. Bağırsaq mühitinə asanlıqla uyğunlaşan bu göbələklər orqanik tullantılarla yanaşı canlı mikroorqanizmlərlə da qidalanır. Toksiki təsiri güclü olan kif göbələkləri, əsasən, tənəffüs sistemi, burun-boğaz, göz, dəri və sinir sistemi xəstəliklərinə səbəb olur. Bütün bunlara baxmayaraq kif göbələklərinin zərəri ilə yanaşı xeyirli tərəfləri də var. Belə ki, bu canlı varlıqlar tibbdə immun sistemini gücləndirici dərmanların, üzvi turşuların və müxtəlif antibiotiklərin hazırlanmasında əvəzsiz vasitədir. Həmçinin qida məhsullarının istehsalında xüsusi əhəmiyyətə malikdir.
Həkim xəstəliyin profilaktikasından danışaraq bunları deyib: “Kif göbələyinin zərərli təsirindən qorunmaq üçün qidalanmaya xüsusi diqqət yetirilməlidir. Köhnə ərzaq məhsullarından və yeməklərdən uzaq durulmalı, xəmir xörəklərindən, şirniyyatdan istifadə edilməməli, ev şəraitində təmizliyə və şəxsi gigiyenaya riayət edilməlidir. Həmçinin bu göbələklərin yayılmasında rolu olan köhnə mis qablardan istifadə zəhərlənmə ilə nəticələnə bilər”.
Quşbazların xəstəliyi
Endokrinoloq digər bir xəstəliyin aspergillyoz olduğunu və bunu törədən amilin kif göbələkləri olduğunu vurğulayıb: “Proses ən çox dəridə, dırnaqlarda, selikli qişalarda, ağ ciyərdə və beyində baş verir. Bu xəstəliyə bronxoektaziya, ağ ciyər apsesi və xərçəngi ilə birlikdə də təsadüf edilir. Aspergillyoza quşbazlıqla məşğul olanlar, antibiotik, steroid, hormonlar və leykozun müalicəsində istifadə olunan dərman vasitələri qəbul edənlər daha asanlıqla yoluxur”.
Blastomikoz
Həkim dermatoloq Rasim Ələkbərov isə dəri xəstəlikləri arasında göbələyin üstünlük təşkil etdiyini, daxili orqanlardakı göbələkdən fərqli olaraq başda və dəridə olan bu mokroorqanizmlərin yoluxucu xüsusiyyətə malik olduğunu söyləyib: “Blastomikoz xəstəliyini insan dərisinə düşən patogen maya göbələkləri yaradır. Əsasən, isti ölkələrdə yayılan xəstəliyin törədicisi torpaqda yaşayan “blastomyces dermatitidis” göbələyidir. Əvvəlcə dəridə qabarcıqlı forma alan toxuma qısa müddət ərzində irinləyərək yaraya çevrilir. Xroniki hala çevrilən xəstəlik zamanı belə yaraların sağalması uzun sürür. Blastomikoz bəzən daxili orqanlarda – ağ ciyər və beyin qişalarında da özünü büruzə verir. Proses ağ ciyərdə olarsa, çox vaxt irin müşahidə edilir”.
Dermatomikoz
R.Ələkbərov ən geniş yayılmış göbələk xəstəlikləri sırasında dermatomikozun olduğunu, bunun nəticəsində də dəridə ciddi zədələnmələr meydana gəldiyini bildirib: “Xəstəlik üç qrupa bölünür – epidermomikoz, səthi darmatomikoz və dərin dermatomikoz.
Epidermomikozda ancaq epidermis (dərinin üst qatı) zədələnir. Bunları müxtəlif epidermofitlər (dırnaq və dəri göbələyi) törədir. Ən çox təsadüf edilən forması isə dəmrovdur. Proses səthi dermatokimozdan epidermisə keçir və bir qədər dermaya (dəri və ikinci qatı) da yayılır. Dərin dermatokimozlarda isə proses həm dermada həm də epidermisdə inkişaf edir”.
Həkim məsləhəti
Orqanizmin müxtəlif nahiyələrinə nüfuz edən göbələk xəstəlikləri fərqli xüsusiyyətləri olduğu üçün onların profilaktikası və müalicəsi özünəməxsus formada aparılır. Yadda saxlamaq lazımdır ki, bəzən uzunmüddətli terapiyaya ehtiyacı olan bu xəstəliyin həkimə getmədən, özbaşına müalicəsi zərərli nəticələrə gətirib çıxarır. Belə ki, bağırsaqda olan göbələk xəstəliyindən qurtulmaq üçün həkim məsləhəti olmadan istifadə olunan dərmanlar həzm prosesinin və bağırsaq mikroflorasının pozulması ilə nəticələnə bilər. Həmçinin müayinə edilmədən və hansı növə aid olduğu aşkarlanmadan dəri göbələklərinin müalicəsi də yolverilməzdir. Çünki istifadə olunan preparatlar və dəriyə sürtülən mazlar əks təsir göstərərək bir çox hallarda xəstəliyin daha da kəskinləşməsinə səbəb olur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Çukur"un aktyoru Bakıya gəlir
Qızıldan hicab geyindi, hər kəs ondan danışdı-FOTO
"Cemli bulka"(foto-resept)
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Kiçik qızlarda tül əsintisi
Qadın.Net-in xaricdəki xanımları (VI hissə)
Qarpızlı sərinləşdiricilər (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Cennifer Lopezin 10 illik sevgilisi öldü-FOTO
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Peyğəmbərimizin tövsiyə etdiyi şəfalı qidalar
Göbələkli sulu küftə (foto-resept)
Psixoloq: "Maşın sürən qadın xəstə uşaq doğur"
Facebook videoreklamlara başlayır
Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı?
Günün qoroskopu: süst, astagəl olmayın
Maraqlı tort nümunələri
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
McLaren yeni sirr açır
Ayların romantikası
Azərbaycanlı futbolçu "Anji"də
"Yazıq" portret
Bu qəribə adları uşaqlara qoya bilərsiniz-SİYAHI
Ermənilər fransız jurnalistləri koronavirusu yaymaqda ittiham edirlər - FOTO
Günün qoroskopu - 18.11.2013
Yaddaşınız zəifdir? Çarə var
Kosmosa səyahətin qiyməti açıqlandı - FOTO
Çəki azaltmaq üçün quşburnu için!
Bakı və Abşeronda Yeni il yarmarkalarının ünvanları
Dünyanın ən gözəl qadın pilotu
Hava haqqında
Ölüm vaxtını təyin edən test inkişaf etdirildi
Hamiləlik zamanı dəridə çapıqlar
Valideynlərə bayram xəbərdarlığı
Sosiska alarkən nəyə diqqət etməli?
Məşhur aktrisa 30 kq arıqladı-FOTO
ABŞ-dan Azərbaycana jest
Demet Eceyə görə yenidən məhkəməyə müraciət etdi
Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı DƏYİŞİKLİK
Boğaziçi körpüsünə şəhidlərin adı veriləcək
Bakıdakı apteklər niyə bağlanıb?
Sağlam yeməklər bişirmək üçün 5 addım
“Eurovision” yeni formatda keçiriləcək
Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013
Mərkəzi Bankdan xəbərdarlıq
Novruzda günəş tutulacaq
Hillari Klinton prezidentliyə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıb
Dünyanın ən varlı adamı artıq o olacaq!-FOTO
Məmməd Arazın yubileyi münasibəti ilə tədbir keçirilib
DİM abituriyentlərə müraciət etdi














