NASA-nın texnikləri yeni marsoxodun – “Mars 2020 Rover” kosmik aparatının yığılmasını başa çatdırıblar və onun sınaqlarının final mərhələsinə başlayıblar.
Qadin.net teleqraf-a istinadən xəbər verir ki, bu məlumat Space.com saytının ABŞ-ın Pasadina şəhərində yerləşən Reaktiv Hərəkət Laboratoriyasının nümayəndələrinə istinadla yaydığı xəbərində yer alıb.
Laboratoriyanın nümayəndəsi Devid Qryuel bildirib ki, sınaq və tamamlama işləri 2020-ci ilin iyuluna qədər davam edəcək. Onun sözlərinə görə, qarşıdakı aylarda montaj işlərinin keyfiyyəti yoxlanılacaq, habelə yürüş, akustik və digər sınaqlar keçiriləcək. Kosmik aparat bir həftə ərzində kosmosda olan bütün şəraitin yaradıldığı termobarokamerada qalacaq.
Altı təkərli və avtomobil böyüklüyündə olan bu elmi laboratoriyanın uzunluğu cəmi 3 metr, eni 2,7 metr, hündürlüyü isə 2,2 metrdir. Kosmik aparatın çəkisi 1050 kiloqramdır. Onun hazırlanmasında 2012-ci ildə Marsa göndərilmiş və hələ də orada öz missiyasını yerinə yetirən “Curiosity” aparatının detallarından istifadə olunub. Kosmik aparatın hissələrinin bir neçəsi Fransa, İspaniya və Norveçdə hazırlanıb. “Mars 2020”nin kosmosa buraxılması üçün Kanaveral burnundakı kosmodromda “Atlas-5” raketdaşıyıcısından istifadə edilməsi nəzərdə tutulur. Aparatın Marsın səthinə enməsi 2021-ci ildə - Qırmızı planetdəki 45 kilometr diametri olan Cezero kraterində həyata keçiriləcək.
NASA bildirib ki, kosmik aparatın missiyasının əsas səbəbi Marsda həyat əlamətlərinin tapılmasıdır. Belə ki, “Mars 2020” planetin geoloji quruluşunu, atmosferinin tərkibini öyrənəcək, onun təbii ehtiyatlarını və gələcəkdə buraya gələcək insanların qarşılaşacağı təhlükələri araşdıracaq. Məsələn, kosmik aparatın göyərtəsində Marsın atmosferindəki oksigenin səviyyəsini ölçmək üçün xüsusi cihaz quraşdırılıb. Bundan başqa, aparat Marsın səthindən torpaq nümunələri götürəcək və onlar gələcəkdə Yerə çatdırılacaq.
NASA Marsa ilk pilotlu kosmik gəmini isə 2030-cu illərdə göndərməyi planlaşdırır
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO
Günün ulduz falı - 05.09.2013
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO
"Eşşək arabası ilə gəzməyəcəm ki…" - "Porsche" sürən xalq artisti
Müəllimlərə maaş müjdəsi
Gürcüstan-Tbilisi (3)
Qızılı rəngli ayaqqabılar
Fatih Terimin tapıntısı "Qalatasaray"dan ayrılır
Biz niyə bizi istəməyən insanlara asılıb qalırıq?
Fitnes ulduzu Mayamidə-FOTO
Kompüter təhlükəsizliyi
Bakı rusiyalı turistlərin diqqət mərkəzində
Pendirli, göbələkli ravioli(foto resept)
Gözəllik salonundan yeni çıxmış kimi görünmək istəyirsiniz?
Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib
Az yatanların koronavirusa yoluxmaq riski daha çoxdur
Nərgiz Cəlilova təqdimatda
HAVA necə olacaq?
Daha bir məşhur koronavirusa yoluxdu-FOTO
Amerikalı repçi prezidentliyə namizədliyinin qeydiyyatı üçün imza toplaya bilmədi
Qan azlığına xeyirli olan qidalar
Rusiyada Mi-24 helikopteri qəzası ilə bağlı cinayət işi başlandı
Necati Şaşmaz oğlu ilə şəkil paylaşdı
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Vaxtı olmayan analar üçün gözəllik tövsiyələri
Dünyanın ən gənc milyarderi
Azərbaycanda əməkhaqqı ildən-ilə artır və artacaq
Rəsm əsəri kimi tortlar
Ermənistanın hərbi rəhbərliyi eynəkli qadınları belə cəbhəyə göndərir - FOTOFAKT
Amerikalı alimdən valideynlərə SOS
Xalq şairi: "Ağrılardan qurtulmaq istəyirəm..."
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Məşhurlar uşaqlıqda - FOTSESSİYA
ABŞ Kremlə heç nəyi güzəştə getməyəcək
Günün qoroskopu:Uğurlu gündür!
Tələbə qəbulu qaydalarına dəyişiklik edilib
Ronaldu daha bir mükafata layiq görüldü - FOTO
HAVA necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir? - 28 APREL
Tayvanda şiddətli zəlzələ: ölənlər var
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
Mehriban Əliyevadan xanımlara bayram təbriki - FOTO
Səyahət ediləsi yerlər
DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Xəbərdarlıq: Göbələk yığmayın!
Fahriye ve Burak hamiləlik xəbərindən sonra ilk dəfə-FOTO
Everestin 80 yaşlı fatehi
"Taxt oyunların"da ölənlər üçün ehsan payladılar
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu
Azərbaycanda yağış yağacaq














