“Birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artmışdır. Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaqdır.
İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci Proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır.
Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı qəbul edilib. Bu Proqram 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi ilə təminat daha da yaxşı olacaqdır, içməli su, kanalizasiya, kənd yollarının tikintisi layihələri icra ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz nəticəsini göstərəcəkdir.
Bütövlükdə birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar atılıb. Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq ki, 2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə yenilənsin.
Birinci rübdə sahibkarlığın inkişafı istiqamətində əlavə tədbirlər görülmüşdür. Biznes mühitinin yaxşılaşdırılması üçün çox önəmli Sərəncam imzalanmışdır. Bu Sərəncamın icrası bizə imkan verəcək ki, həm Dünya Bankının “Doing Business” reytinqində yerimizi daha da yüksəklərə qaldıraq. Eyni zamanda, ən önəmlisi ondan ibarətdir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün biz əlavə addımları ataq. Bu, deyə bilərəm ki, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması daim diqqət mərkəzindədir. Əminəm ki, mənim Sərəncamımda nəzərdə tutulan müddəaların icra edilməsi nəticəsində biz bu sahədə daha da yaxşı nəticələr əldə edəcəyik.Bütövlükdə sahibkarlıqla bağlı məsələlər Azərbaycanda uğurla həll edilir. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır. Şadam ki, daxili investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları üstələyir. Çalışmalıyıq ki, ölkə iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait bizim iqtisadi siyasətimizlə tam uzlaşsın.
Çünki xarici investorların təbii ki, öz maraqları ola bilər və vardır. Ölkəmizin də öz maraqları vardır. Biz bunları bir-biri ilə bağlamalıyıq, bağlayırıq. Bugünkü Azərbaycan artıq dünya miqyasında biznes aparmaq üçün çox gözəl ölkə kimi tanınır. Təsadüfi deyil ki, aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəy vardır. İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə artıq olmuşdur. Biz ən məqbul şərtlərlə əlavə maliyyə resursları cəlb etmişik.
Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, beynəlxalq bazarlardan istənilən məbləğdə limitsiz, məhdudiyyətsiz, kredit resursları ala bilərik. Sadəcə olaraq, bunu böyük dərəcədə etmirik. Çünki buna ehtiyac yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı yerlərdədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında bəlkə də ən aşağı göstəricidir, bəlkə onlardan biridir.
Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız vardır. Onları biz yaratmışıq, gərgin iş, düşünülmüş siyasət nəticəsində, enerji sektorunun inkişafı sayəsində. Eyni zamanda, biz bu gün istənilən məbləği ölkə iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək istəyirəm və hesab edirəm ki, xarici borcumuzun ümumi daxili məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. Bu gün bu, 8 faizdir. Yəni, bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək üçün də və imkanlarımızın genişlənməsi üçün də bu, məqbul bir səviyyədir.
Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində qurulubdur. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Kələmli, üzümlü və almalı salat (foto resept)
Gələn il bir saniyə uzun olacaq
Uşaqlara bunları demək olmaz!
Susuzluq ağız qoxusuna səbəb olur
HAVA necə olacaq?
Nüsrət Neymarı da ətə qonaq etdi-FOTO
Məşhur reperin milyonluq aksesuarları diqqət çəkdi-FOTO
HAVA necə olacaq? 23-yanvar
Qadın alt geyimləri
Məsamələri necə təmiz saxlayaq?
Erməni ordusu 550 nəfərdən çox itki verib - RƏSMİ
Azərbaycan Avropa İttifaqının cavabını verdi
"Qadınların yanınamı gedirsən? Qamçını unutma!" - Nitsşe
Məşhur aktrisanın yeni imici sevənlərini qorxutdu-FOTO
"Whatsapp"dan daha həyəcanverici yenilik gəlir
41 ədəd yumurta yedi və...-FOTO
Ralph Laurenin payız kolleksiyası
Bakıda ayın ən isti günlərindən biri olacaq
Ermənilər Bakı-2015-dən nə qədər qazanacaq?
Kate Middleton Çılpaq FOTOlarına görə təzminat aldı
Günün qoroskopu: işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın
Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Dekabra manat bahalaşa bilər
Xudaya yar olan şəhidimiz - VİDEO
Azərbaycana xəbərdarlıq - "Bu qidaları almayın!
Nazirlikdən azyaşlılarla bağlı əhaliyə VACİB MÜRACİƏT -VİDEO
Bakıya duman çöküb
Bazar ertəsinin HAVAsı
Rihannaya bənzəyən uşaq hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Britaniya qadın casusların sayını artırır
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında (foto)
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Bibər sousu (foto resept)
Kiçik mətbəxlər üçün xüsusi mebellər
Qadın boksçumuz beynəlxalq turnirdə 1-ci oldu
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
Yararlı məsləhətlər (3)
Duzdan imtina sağlamlığa ziyandır
Bakıda qeyri-adi bəy-gəlin - Maşınlarını saxladıb, bazarlıq etdilər
Bu günün hava proqnozu
Rusiya Ermənistanı çətin vəziyyətə salıb
Bu dərmanlardan UZAQ DURUN - Zəhərlənməyə səbəb olur
WhatsApp-da yeni fırıldaq yayılıb: aldanmayın! - FOTO
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
Güclü saçlar üçün 3 üsul
24 saat meşədə tək qalan 4 yaşlı uşaq SAДћ TAPILDI
Qərb bölgəsində yerli pambıq sortlarının yığımına başlanılıb
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
Meqan Marklın atası qızı haqqında nə düşündüyünü dedi
- ŞƏRHLƏR