Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edib.
Qadin.Net report-a istinadən bildirir ki, qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və özləri təsdiq etməlidirlər. Əvvəlki illərin məzunları isə DİM-in rəsmi internet saytında "Abituriyentin elektron ərizəsi"ni dolduraraq təsdiq edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməlidirlər.
Qaydaların ümumi müddəalarının 2.1.2-ci yarımbəndində "tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər" sözləri "orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin" sözləri ilə əvəz edilib.
Bundan əlavə, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edəcəklər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçəcəklər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edəcəklər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək. Qabiliyyət imtahanının nəticəsi balla, habelə "məqbul" və ya "qeyriməqbul"la qiymətləndiriləcək.
Eyni zamanda, qəbul imtahanları hər tədris ilində iki dəfə - yaz və yay sessiyaları şəklində keçiriləcək. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
XƏBƏR LENTİ
İsveçrədə yeni prezident seçildi
Kakaolu, armudlu keks (foto-resept)
Məşhur aktrisa tənqid olundu-FOTO
Azərbaycanda daha 62 nəfər koronavirusdan sağaldı - RƏSMİ
"Yaşlı" görünən gənc Sara-FOTO
Demet Akalının boşanma səbəbi bəlli oldu - FOTO
Günün ulduz falı
QMİ 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Polis əməkdaşlarına dövlət mükafatları təqdim olundu
Hava haqqında
60 ildir bığını kəsmir - FOTO
Yeni trend: təbii çillər
İspaniya kraliçasının donu qiymətinə görə diqqət çəkdi...
Gilaslı, limon souslu keks (foto-resept)
Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı
Messi barədə maraqlı iddia
Sabahdan Azərbaycanda payız başlayır
Günün qoroskopu: fiziki işə qatlaşmayın
Artıq çəki qadını ölümdən xilas etdi - FOTO
Təlqinlə bədəni gücləndirin
Salvador Dalinin qəbri açılacaq
Xrizontema piroqu (foto resept)
Nikol Kidman BOŞANIR
Gəlinlər üçün saç modelləri
Əlillərə iş verməyənlər cəzalanacaq
Yağlı saçlar üçün limon maskası
14 il əvvəl...
Revani şirniyyatı (foto resept)
Kələm turşusunun 5 faydası
Ətli bağlama (foto resept)
Müasir internet qorxusu
Riyazi məntiq - 4 (rəsmli)
Xadimə işləmək üçün universitetdə oxumuşdular?
Vyetnamdakı delikates təamı
Mustafa Sandal boşandıqdan sonra ilk dəfə-FOTO
Günün ulduz falı
Gül kələmi şorbası (foto resept)
Qarderobdakı 10 əşya sizi cazibədar göstərəcək!
Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar
Eviniz və torpağınız sənədlidirmi?
Hava yağmursuz olacaq
Yeni ili keçirmək üçün daha çox arzu olunan şəhərlər - Bakı, Paris və...
Soyuq havalarda izləyə biləcəyiniz 5 film
Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçiriləcək
Günün ulduz falı
Məşhur müğənni tənqid olundu
Ən böyük almaz satıldı
Parisdə otel kitabxana
Olimpiya çempionu Bakıya gələcək
Bu il məhsuldarlıq aşağı ola bilər














