Qoç - günün ilk yarısı uğurludur. Yeni başladığınız işlərdə aktiv olun, mümkün qədər irəliləməyə çalışın. Qələbə və gəlir şanslarınız artacaq.
Enerjili olsanız, kiçik maneələrdən çəkinməsəniz, məqsədə çata bilərsiniz.
Günün ikinci yarısında əksliklərin vəhdətindən yararlanın. Ən ağır, müşkül işi asanlıqla həll etmək olar. Hisslərinizin etirafı üçün yaxşı zaman deyil.
Biliklərinizi artırın, təcrübənizi zənginləşdirin. Yarımçıq işləri başa vurmağa can atın.
Axşam saatlarında ifrat miqyaslı işlərə başlamayın.
Buğa - yaradıcılıq, innovasiyalar üçün faydalı zamandır. Maraqlarınızı təmin edəcək işlərlə məşğul olun. Problemlərin həllində yeni variantlardan istifadə edin. Kreativ olun, sınanmış metodları bütün dərdlərə çarə saymayın. Tərəfdaşlarla birlikdə yaxın gələcəyə hesablanmış perspektiv plan çərçivəsində hərəkət etsəniz, işləriniz daha yaxşı alınar.
Günün ikinci yarısında şərtlərə əməl edin. Ailə üzvlərinin istəklərini və tələblərini nəzərə alın. Daşınmaz əmlak, təmir, inşaatla bağlı işlərdə maliyyə imkanlarınızı dəqiq hesablayın.
Əkizlər - bilik və bacarıqların artırılması, təhsil səviyyəsinin yüksəldilməsi üçün əlverişli zamandır. Mühüm danışıqlar, önəmli görüşlər, ciddi məsələlərlə bağlı məsləhətləşmələr üçün günün ilk yarısı münasibdir.
Ciddi məsələlərlə bağlı diskussiyalarda emosiyalara qapılmayın.
Günün ikinci yarısında həllini tələb edən işlər arasında prioritet istiqamətləri seçin. Nüfuzlu insanlardan biri ilə təmaslardan yararlanın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Xərçəng - çətin təsir bağışlayan problemlərin həllində qəfil irəliləyişlər ola bilər. Təşkilatlanmış fəaliyyət daha məntiqidir. Sistemli yanaşma və diqqətin mərkəzləşdirilməsi ilə bağlı konkret addımlar atın. İşlərinizi ciddi planlaşdırın.
Günün ikinci yarısında rəhbərliklə ciddi söhbət zamanıdır. Həmkarlarınızın maraqlarını nəzərə alın. Büdcənizi dəqiq plaşlandırın. Alış-verişdə bədxərclik etməyin. Uzunmüddətli maliyyələşdirmə məsələlərinin nəzərdən keçirilməsi üçün əlverişli zaman axşam saatlarıdır.
Şir - sizi maraqlandıran sahədə irəliləyişlə nail olmaq üçün ciddi səy göstərməyiniz gərəkdir. Strateq olun, məntiqli taktika qurun. Ani hisslərin əsiri olmayın, eyni zamanda "qlobal hədəf"lərə də aludə olmayın.
Genişmiqyaslı layihələrə başlamaq olar.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaratmayın. Arqumentlərdən istifadə edin, əməllərinizə nəzarəti əldən verməyin. Qarşılıqlı güzəştlərə zərurət duyulur.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - başladığınız işdə diqqətli olun. Xəyallara dalaraq real imkanları əldən buraxmayın. Aktiv olun. Sizi nə isə maraqlandırarsa, əlavə və gərəkli məlumat əldə etməyə çalışın.
Günün ikinci yarısında texnoloji innovasiyalarla tanışlığa ifrat vaxt ayırmayın. Rəqibləri üstələməyə çalışın. Yeni rəğbət obyekti ola bilər.
Valideynlərinizin hörmətini saxlayın, azyaşlıları aşağılamayın. Hərdəmxəyal olmayın.
Axşam saatlarını evdən kənarda keçirmək olar.
Tərəzi - cari məsələləri həll etmək olar. Uzunmüddətli layihəni reallaşdırmaq üçün zəmin hazırlayın. Maraqlandığınız sahə və ya istiqamətdə məqsədə çatmaq üçün daha inamlı, qətiyyətli adımlar atın. Birgə işlərdə aktiv olun. Potensialınızdan yararlanın.
Günün ikinci yarısında ümumi maraq və ya məramınızın olduğu insanlarla tanış olacaqsınız. Daha təcrübəli insanın sözlərini qulaqardına vurmayın. Sayıq, huşyar olun.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin.
Köhnə dostlardan birinin məsləhətindən yararlanın.
Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun.
Oxatan - yetərincə uğurlu gündür. İrəliləmək istəyirsinizsə, qətiyyətli və əzmkar olun. Təcrübəniz və bilikləriniz bundan sonrakı nailiyyətlərinizin rəhni ola bilər. Əlavə məlumatlar, gərəkli informasiyanın axtarışı xüsusi aktuallıq kəsb edir.
Günün ikinci yarısında illüziyalara qapılmayın. Hadisələrə təsir rıçaqlarını gücləndirməyə davam edin. Real statusunuz peşəniz və yaşınızla bağlı nüansları nəzərə alın. Hansısa problemi həll etmək üçün təcrübənizin yetərli olmadığınızı hiss etsəniz, məsləhətlərə qulaq asın. Amma işin öhdəsindən özünüz gəlirsinizsə, başqalarının dediklərini aksiom hesab etməyin.
Oğlaq - yeknəsək işlər gözləyər. Əsas diqqəti yeni problemlərin həllinə yönəldin. Layihələriniz arasında ən çətin, effektiv və riskli olanı seçin, onunla məşğul olun. Münasibətləri təftiş etməyə başlamayın.
Günün ikinci yarısında əlavə xərclərə hazır olun. Maliyyə sərfiyyatı, fiziki və emosional cəhdlərin həcmi artacaq. Özünüzdən bədgüman olmayın.
Arxa cəbhəniz səbatlı, dayanıqlı olmalıdır. Təmkinli və soyuqqanlı olsanız, seçdiyiniz sahədə sizi uğur gözləyir.
Axşam saatlarında normal istirahət edin.
Dolça - yalnız özünüzü düşünməsəniz, uğurlu zamandır. Eyni vaxtda bir neçə sahədə tərəqqi ola bilər. Şəxsi münasibətlərdəki problemlərin həllində bir sıra alternativ variantları sınaqdan keçirin.
Günün ikinci yarısında yeni əməkdaşlığın və yaradıcı əlaqələrin yaxşı perspektivləri var.
Rəqabət təcrübənizi və imkanlarınızı artıra bilər. Hadisələrə təsir imkanlarına malik insanın yardımlarından, məsləhətlərindən yararlanın.
Balıqlar - fəaliyyət sahənizdə təkmilləşmək və irəliləmək üçün potensial var. Gündəlik qayğıların çözülməsinə yaradıcı yanaşsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Kreativlik və müstəqil təfəkkürlə bahəm, intizama meylli olun.
Günün ilk yarısında başladığınız işləri başa vurmağa çalışın.
Günün ikinci yarısında yeni işlərə başlamayın. Genişmiqyaslı fəaliyyət və ya layihə problemlər vəd edir. Həmkarlar, müştərilərlə təmaslarınız aktiv olacaq. Yazışmalarda passivlik etməyin.
Səhhətinizin qeydinə qalın
XƏBƏR LENTİ
Ən innovasiyalı dövlətlər - REYTİNQ
4 günə 5 santimetr arıqladan detoks
Təkcə "alo" demək kifayət deyil
Evelina Xromçenkodan stillə bağlı məsləhətlər
Mürəbbəli peçenye (foto resept)
“Şaurma” (foto-resept)
Gündəlik geyimlər
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
Günün ulduz falı
Mövlana sözləri -1
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Neslihan Atagül Doğulu möhtəşəm serialla geri qayıdacaq - FOTO
Beş yaşlı uşaq ən gənc mütəxəssis oldu
Ləzzət dolu ədviyyatlar
“WhatsApp” rekord qırır
Can bütün şübhələri doğrultdu-FOTO
Kəndli kənddən niyə qaçır?
Hava haqqında
Hazal Kaya boş vaxtlarını belə keçirir - FOTO
Ölümü erkənləşdirən yeni əlamətlər
BÜRCLƏR bizə nə vəd edir? -2 APREL
Günün ulduz falı
Şəhərlə birgə oyanır Bakı bulvarı...
Mənim atam
Bakıda kafe və restoranlarda qiymətlər artıb - VİDEO
Sərnişinlərə şad xəbər
Çağatay Ulusoy rejissorluğa başladı
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
Çox yaşamaq istəyirsiniz? - Bunu etməyin!
İtaliya COVID-19-dan ölümə görə dünyada birinci oldu
Apple sapfir şüşələrə keçir
Hava haqqında
Sinədəki qırışların qarşısını necə almalı?
Düzgün qərar qəbul etməyin yolları
Üç ələk
Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır - HƏYƏCAN TƏBİLİ
Dəmir defisitli anemiyanın əlamətləri və klinikası
Ən son gəlinlik modelləri
Türksayağı plov (foto resept)
İtaliya sahillərində faciə: 300 nəfər öldü
Ordumuz düşmənin komandanlıqdan təcili istədiyi ehtiyat qüvvələri məhv etdi
Dolğun və qüsursuz dodaqlar üçün
Sahurda çay içənlər-diqqət!
Hava haqqında - 15.08.2013
Hamilə olmağın bədənimiz üçün faydaları
Klaç çanta modelləri
Türk kürəyinə alman bıçağı
ABŞ 11 sentyabra görə İranı cərimə etdi
Xudafərinin azad olunması İranda yaşayan soydaşlarımızın sevincinə səbəb olub - VİDEO
"Azərbaycan Dəmir Yolları" yeni tədris ili ilə əlaqədar vaqonların sayını artırır














