Qadın.net xanımlarının bir-birindən maraqlı sevgi hekayələri...Buyurun oxuyun.
*Aysen *
Səhər oyandım yatıb qalmışdım.Tələsik evdən çıxıb dayanacağa getdim.Adi günlər piyada gedirdim,amma hemin gün tələsirdim. Elə bu vaxt bir maşın yanımdan çox yavaş keçdi və yenidən dala qayıtdı.Pəncərəni açıb dedi:-”Xanim, hara gedirsinizsə, apara bilərəm.”Əvvəlcə fikir vermədiyim üçün eşitmədim.2-ci dəfə təkrarlayanda eşitdim.Amma razılaşmadım.Daha inadla təklif etdi.Razılaşdım,çünki işə gecikirdim.Mindim maşına,dediki: - “Xanım , niyə oturmurdunuz,mənim yerimə siz olsaydınız məni götürməzdiniz?”Dedimki :-”Yox.” Mənə eqoist dedi və güldü.Dayanacağa çatanda dedim:-”Nə qədər verəcəm?”Dedi :-“Nömrənizi verin ,bəsimdi.”Mən vermədim,amma onun nömrəsini yadımda saxladım.Elə həmin gün günorta necə oldu bilmədim ona mesaj yazdım.Beləcə, danışmağa başladıq.
Bir müddətdən sonra səbəbsiz ayrıldıq.Tam 10 gün sonra dayanacaqda servisi gözləyəndə ondan zəng gəldi,çatdırıb cavab verə bilmədim.Sms yazdı ki mən səni gördüm.Ondan sonra hər gün bir gəlib bir gedirdik.Bir gün bazar günü məni bacısıgilə apardı və bizi tanış elədi.Bir bazar günü də mənə zəng vurdu ki hazırlaş gəlirəm gedək gəzək.Hazırlaşdım ,amma hara gedəcəyimizi bilmirdim.Evden biraz uzaqlaşmışdıq ki gözlərimi bağladi.Mən gözlərimi açanda 14 mərtəbənin damında idik.Yəqin bilənlər bilir Sumqayıtda 14 mərtəbəli baina.O,mənə evlilik təklif etdi.Qəbul etdim.5 gündən sonra elçi gəldilər. İyulun 10u mənim ad günümdə nişanımız oldu.Toyumuz oldu. Çox xoşbəxtik və balaca qızımızın dünyaya gəlməyini gözləyirik.
*Gonulcelen*
O,məni mən məktəbdə oxuyan vaxtdan sevirdi. Mən isə onun sevgisinə önəm vermirdim. İllər keçdi mən məktəbi bitirdim. Sonra 4 il də keçdi ,mən gördüm ki o məndən hələ də əl çəkmir. Məni saf sevgiylə sevdiyinə əmin oldum və sevgisinə razılıq verdim. Və qarşılıqlı sevgi yaşadıq. O mənə həm sevgili, həm də yaxın dost idi. Mən getdikcə onu həddsiz sevdim,ona həddsiz bağlandım. O mənə evlilik təklif etdi. Biz artıq qərar verdik ki evlənə bilərik. Onun anası bir neçə dəfə bizə elçi gəldi, amma atam vermədi. Çox israr etdilər,amma atam nədənsə razılaşmadı. Biz isə ayrılmaq istəmirdik. Mənə qaçmaq təklif etdi.Mən isə evin tək qızı olduğuma görə qaçmaq istəmədim və mən ondan ayrılmağı qərarlaşdırdım. O isə istəmirdi. Eyni məhlədə yaşadığımıza görə demək olar ki hər gün bir-birimizi görürük.Ondan sonra mən heç kimi sevə bilmirəm.Bir-birimizi hələ də sevirik.
*lale 123*
Mən sevgilimlə rəfiqəmgildə tanış olmuşam .Birinci ci o məni görüb sonra mən onu gördümş və beləcə sevgimiz başladı...
*1981*
Yoldaşım məni qardaşının toyunda görüb,bəyənib.11 ildir ki,evliyik.Məndən 13 yaş böyük olmasına baxmayaraq,bir-birimizi çox gözəl başa düşürük.Çoox xoşbəxtik.
*Fəridə*
Nişanlıyam.Nişanlımla kursa gedəndə tanış olmuşuq.Onu sevmirdim.Ona dost gözüylə baxırdım.Bir tərəfdən də ona çox inamım yox idi.O, məndən özünü doğrultması barədə şans istədi.Özümdən asılı olmayaraq ona şans verdim.1həftə idi bir-birimizi tanıyırdıq.Məni ailəsiylə tanışlığa apardı,ailəsiylə tanış oldum.Ailəsi mənə qarşı çox mehriban və səmimi idi.Bizim evə-bizimkilərlə tanışlığa gəlmək istəyəndə atam razı olmadı.Dedi ki:-"Mənim hələ qız vermək fikrim yoxdu.” Bir neçə gün belə davam etdi.Sonra atam razi oldu.Amma orucluq ayı olduğuna görə boş “həri” verildi.Mən də yavaş-yavaş ona isinirdim.Onun mənə qarşı diqqəti,sevgisi məni ona inandırdı.Orucluq ayı çıxandan sonra 07.09.2011-ci ildə “həri”, 30.09.2011-ci ildə isə böyük nişan oldu.İndi isə onu dəlilər kimi sevirəm.Onsuz bir dəqiqə belə qala bimirəm.Həmçinin də o, mənsiz.Həqiqətən də elə bil ki, bundan qabaq heç yaşamamışam.Sanki indi yaşayıram.Həyatı da indi dadıram.Çooox xoşbəxtəm.
*gilas21*
1 il olar ki ailəliyik.Həyat yoldaşımla bir-birimizi toyda görüb bəyənmişik.Yoldaşım zabitdi.İlk dəfə onu formada görəndə qəlbimi ovsunlamışdı.Amma etiraf edim ki,hər zaman özümə paqonlu oğlan arzulamışam.İnşallah ki arzuma çatdım.Onu çoox sevirəm.
*zuzum*
Ailəliyəm.Həyat yoldaşımla qapı qonşu idik.6yaşım olarkən biz Cəlilabaddan Bakıya gəldik.Həyat yoldaşımda Moskvaya işləməyə getdi.Daha onu görmədim.
Bir gün Novruz bayramına Cəlilabada getdik.Qonşu qızları qulaq falına gedirdilər.Məndə bunlara qoşuldum.Yoldaşımgilin qapısına qulağımı tutmuşdum ki,(təbii ki ürəyimdə nə zaman ailə quracağımı tutmuşdum) yoldaşım yüksək səslə gəlirəm deyib qapını açdı.Göz gözə gəldik.Həmin gün evə gəlib çox düşündüm.Yox dedim "qulaq falı" oyun kimi bir şeydi.O hara mən hara?!
Aramızada 11 yaş fərq var.Bundan 2 il sonra toyda rastlaşdıq və bir gün anası bizə zəng edib elçi gəlmək istədiyini dedi. Mən də “hə” dedim.Toy oldu,Moskvaya gəldik.İnanın sevib getmədim,hətta xasiyyətin bilmədiyim birinə ərə gəldim.Amma onu çox sevirəm.Bu hisslərim qarşılıqlıdır əminəm.
*sans meleyim *
Ailəliyəm.Yoldaşımla bir-birimizi sevib ailə qurmuşuq.Lap uşaqlıqdan bir yerdə böyümüşük,amma bir-birimizlə heç yola getmirdik.Həmişə dalaşırdıq.
İlk dəfə mənim 17 yaşım olanda mənə sevgisini etiraf etdi.Həmin an demək olar ki göylərdə uçurdum,çünki məndə də ona qarşı nə isə var idi amma, buna baxmayaraq 1 il naz etdim))
Universitetə qəbul olduqdan sonra təklif mənə bir daha gəldi.Bu dəfə qəbul etdim.Bir müddət ailələrimizin xəbəri olmadan gizlincə görüşdük və tutulduq.Mənim ailəm niyəsə razı olmadı.Amma biz sevgimizə sahib çıxdıq və sonda onların xeyir dualarını alaraq nişanlandıq və 1 ildən sonra ailə qurduq.Çooox xoşbəxtik.
*Aylin21*
Ailəliyəm.Evliliyim ailə tanışlığı yolu ilə olub.Bir-birimizi çox sevirik və bunun nəticəsində Allah bizə gözəl bir bala bəxş edib.
*Gulcatay *
Yoldaşımla uzaq qohumuq.Ortaq yaxınlarımızın toyunda tanış olmuşuq.Sonra dostluq əlaqələrimiz oldu.Bir neçə ay davam edən dostluqdan sonra anladıq ki ,80% eyni fikirli,eyni dünyagörüşlüyük.Nəhayət, mənə olan sevgisini açıqladı.İndi xoşbəxt ailəmiz var.
*sisilya*
Yoldaşımla bir sinifdə oxumuşuq,həm də qonşu idik.Əvvəllər ikimizin də bir-birimizdən zəhləsi gedirdi.Yola getmirdik.Həmişə dalaşırdıq.
7-ci sinifdə oxuyanda sinif rəhbəri bizi bir partada oturtdu.O vaxtdan onun mənə münasibəti dəyişdi.Biz həttə dost olduq.Onda özümə qarşı nəsə hiss edirdim,amma üzə vurmurdum.9-cu sinifdən sonra mən kollecdə oxumağa getdim.O da tez-tez mənə görə həmin kollecə gəlirdi.
Sonra o,hisslərini mənə bildirdi,amma məndə ona qarşı heç bir istək yox idi.Biz arada görüşürdük.O,mənə maşın sürməyi öyrədirdi.Sonra məndə onu istəməyə başladım.
Sonra biz evlənməyə qərar verdik.Biz evləndik və çoox xoşbəxtəm.2dənə şirin qızım və məni çox sevən həyat yoldaşım var.
*fatime nuru*
Mən ailəli xanımam.2 qız övladım var.Yoldaşım qohumumdur,xalamın nəvəsidir. Əvvəl yoldaşımı istəməmişəm.Anamın təkidi ilə ailə qurmuşam.Evin tək övladı olduğum üçün anam yad insanla ailə qurmağımı istəmədi.Mən rayona dincəlməyə gedəndə yoldaşım və ailəsi məni orada bəyənib sonra elçi düşdülər,ancaq yoldaşımı qəti şəkildə sevməmişdim,anam məni məcbur etdiyinə görə onunla bir müddət danışdım.Ailə qurduqdan sonra onu sevdim,özdə dəli kimi,indi onsuz həyatımı təsəvvür edə bilmirəm,çünki yoldaşım çox gözəl ailə başçısıdır.
*telis *
Yoldaşımla məni ailələr tanış edib.Onun işi Rusiyada olduğundan orada yaşayırdı.O,məndən 8 yaş böyükdür.
Deməli,yoldaşımı evləndirmək üçün ona kimi göstərirdilərsə bəyənmirmiş.
Bir gün həmişəki kimi səhər durdum və işə getdim.Qadın geyimləri satılan mağazada işləyirdim.
Mənim heç nədən xəbərim yox idi.Yoldaşımı göndəriblər get qıza bax gör xoşun gəlir ya yox.Mən isə işə təzə çatmışam.Elə 10 dəqiqə keçdiki yoldaşım içəri daxil oldu.Öz-özümə dedim bunun qadın geyimləri satılan mağazada nə işi var.Yarım dəqiqə bir-birimizə baxandan sonra ona dedim ki;-"Xoş gəlmisiniz."
Mənə çox sağol deyəndən sonra biraz da paltarlara baxıb çıxdı.Guya bacısı üçün hədiyyə axtarırdı....Bunu sonradan bilmişəm ki, məni ilk dəfə görəndən sonra deyib ki bəyəndim.Mənə telefon nömrəsin verin.
Bir də 10 dəqiqədən sonra telefonuma tanımadığım nömrədən 2-3dəfə zəng gəldi ,açdım danışdıq.Beləcə tanış olduq.Onu ilk baxışdan yox,zamanla keçdikcə sevdim.Evliyik.Sant-Peterburqda yaşayırıq.
*-Santa_Xatun-*
Mən ofisdə işləyirdim. Bir gün mühafizəçi oğlanın işdən çıxdığını eşitdim. Ona böyük hörmətim olduğu üçün pis olmuşdum. Qızlarla bu haqda danışan zaman müdürün otağına bir oğlan keçdi. Dedilər ki yeni mühafizəçimiz bu oğlandır . İlk baxışdan o qədər məni qıcıqlandırdı ki,qızlara: -"Heç birimiz xoş danışmayaq onunla, qoy burdan çıxıb getsin" ,dedim. Amma o heç bizə tərəf baxmamışdı da...O müdürün dostu olduğu üçün bizdə işləməyə başladı. Bir müddət keçmişdi.Hərəkətlərindən hiss edirdim mənə olan münasibətini. Mənə gizli-gizli baxırdı.2-gündən 1 istirahət günü olurdu. İstirahət günlərində mən işdən çıxan zaman gəlirdi. Ağacın altında görürdüm onu, bəzən arxamca evə qədər gəlirdi, 2-ay beləcə davam etdi.Amma heç vaxt bir kəlmə də danışmırdıq. Heç yaxınlaşmırdı da. İşdə isə sadəcə salam deyib başını aşağı salıb keçirdi. Bir gün "Könül xanım vaxtınız olan zaman sizə bir sözüm var",- dedi. Mən artıq nə deyəcəyini bilirdim. Axşama qədər uzatdım. Sözünü deyə bilmədi. Mənə çox yaxın olan qıza mən haqda danışmışdı. Mənə yaxınlaşa bilmək üçün kömək istəmişdi. Sadəcə məni bir yerdə tuta bilmək üçün. O qızın planı ilə mən kompüterdə işləyirdim. Elə bu zaman o da gəldi.
Üz-üzə oturub: Neçə vaxtdı sizə demək istədiyim bir söz var. Amma heç cürə cürət edə bilmirəm. Bəlkə siz də hiss etmisiz.
Mən də dedim ki yox mən heçnə hiss etməmişəm. Axı necə ola bilər dedi, mən aylardı sizə yaxınlaşmaq üçün cəhdlər göstərirəm. Yəni heç hiss etməmisiz? Dedim :-Xeyr. Bu zaman başımı qaldırdım gördüm başını aşağa salıb alnından tər damcı-damcı üzünə qədər gəlib süzülür. Dediki yaxşı, bağışlayın ki sizi narahat etdim vaxtınızı aldım. İşdən kənar mövzu danışdım. Mən də durub getdim. Üstündən bir neçə gün keçmişdi. Artıq gəlmirdi arxamca. Bir gün həmin qız ilə işdən çıxanda yenə onu gördük. O qıza hər şeyi danışmışdı.Amma mənə nəsə deməməsini xahiş etmişdi. Bir gün işdən çıxan zaman mənə yaxınlaşdı. Sizinlə danışmaq istəyirəm, amma iş vaxtı işdən kənar söhbət etmək istəmirəm. Mümkünsə nömrənizi verə bilərsiz? Əvvəlcə vermək istəmədim,amma sonra bir şans verə bilərəm deyib razılaşdım.Çünki əslində insan kimi çox xoşuma gəlirdi. İşində məsuliyyətli, işdə çox ciddi, hər kəsin hörmətini qazanmışdı. Mənim də onun ciddiliyi, çox ağır təbiətli olması xoşuma gəlmişdi.Bir müddət sadəcə danışırdım,onu tanımaq üçün.Sən demə işləməyəcəkmiş bizdə.Sadəcə dostunun qəlbini qırmamaq üçün gəlib və danışıb deyib ki mən burda işləyə bilmərəm.Sağollaşıb otaqdan çıxan zaman məni görüb, əslində mən ona qanlı-qanlı baxırdım. Məni çox bəyənib və öz-özünə deyibki :-"Bu qıza görə burda işləyəcəm.Bu qız mənim anamın gəlini olacaq".Həmin gün axşam zəng edib deyib ki, səhərdən gələcəm orda işləməyə....Allaha çox şükür olsun ki, üstündən artıq 2-il keçib. Biz 2-il ərzində artıq nişanlıyıq. İnşaAllah yaxında toyumuz olacaq.
*ayten1 *
Ailəliyəm.Yoldaşımla qonşu olmuşuq,amma onunla heç bir əlaqəm olmayıb.Sonra onlar başqa yerə köçdülər.Sonra elə olub ki,bu gəlib məni izləyirmiş və hamıdan maraqlanırmış.
Bir gün qonşumuzun nişan kasetinə baxanda məni hamısı bəyənib,amma heç kim bilməyib ki bu məni bəyənib və 1 il mənlə maraqlanıb.Məni qaynı üçün göstəriblər.Qaynım deyib uşaqdır,evlənmirəm.Sonra yoldaşım deyib ki , mən o qızla 1 ildir ki,maraqlanıram və onu sevirəm.Onla evlənmək istəyirəm.Biz evləndik.İndi 2 övladımız var və çox xoşbəxtik.
ALLAH bütün Qadın.net xanımlarını xoşbəxt eləsin! Amin!
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR