Bu məqaləmizdə sizlərlə çox əhəmiyyətli bir mövzunu öyrənəcəyik. Bu mövzu yanıqlara qarşı ilk yardım mövzusudur. Ona görə bu məqaləni diqqətlə oxumanızı xahiş edirəm, çünki yanıqlar evdə, çöldə və hər yerdə hər an meydana gələ biləcək vəziyyətlərdən biridir. Yanıqlar yalnız alov ilə deyil, bir çox fərqli yollardan da reallaşa bilər.
Yanıqlarda ilk kömək necə edilməlidir?
1. Yanıqlarda ilk və ən əhəmiyyətli addım yanığa məruz qalan adamı yanığın qaynağından dərhal uzaqlaşdırmanızdır.
2. Yanğın baş verən yer bağlı yerdirsə, dərhal elektrik kəsilməlidir.
3. Əgər adam hələ alov içində və paltarları yanırsa, təlaşlanmadan və sakit bir şəkildə adamın qaçmasına imkan verməmək və üzərinə tapa bildiyiniz ədyal, pencək və ya qalın hər hansı bir şey ataraq alovun hava ilə təmasını kəsmək lazımdır. Əgər o anda adamın üzərinə atacaq hər hansı bir paltar və ya başqa bir şey yox isə, o zaman dərhal adamın yerdə yuvarlanmasını təmin edin.
4. Yanan adamın yanan bədənini dərhal ən az 20 dəqiqə boyunca yumşaq bir şəkildə axan soyuq suyun altına tutun.
5. Əgər o anda ətrafda axan bir bulaq yox isə dərhal soyuq su ilə isladılmış soyuq bir dəsmalı fasilələrlə yanan bölgələrə qoyun.
6. Əgər mümkünsə yanığa müdaxilə etməzdən əvvəl əllərinizə əlcək geyinin, ya da əllərininizin təmiz olmasına diqqət yetirin.
7. Yanan bölgələrdəki bijüteriya və bənzəri əşyaları ehtiyatla çıxardın.
8. Əgər yanan bölgə dərin isə, yəni dəri yaxşıca yox olmuş və dəri altı görünürsə, o zaman steril bir bez ilə və ya o anda steril bez tapa bilmirsinizsə, təmiz bir bez və ya dəsmal köməyi ilə dəri üzərini bağlayın. Bu şəkildə yaranın mikrob almasının qarşısını almış olacaqsınız.
9. Yanığın şişməsini azaltmaq üçün isə yanan bölgəni ürək səviyyəsində yuxarıda tutmağa çalışın.
10. Yaranan şişliyi əlinizlə deşməyə çalışmayın.
11. Əsla yanıq üzərinə hər hansı bir dərman ya da krem tətbiq etməyə çalışmayın.
12. Yaralının üzərini təmiz bir ədyal, ya da bənzəri bir şey ilə örtün.
13. Əgər yanıq 2 və ya 3-cü dərəcədə isə, heç bir şəkildə gözləmədən təcili yardım çağırın.
Kimyəvi maddə yanıqlarında ilkin kömək
1. Həm hadisə yerinin, həm də öz təhlükəsizliyinizi təmin edici tədbirləri dərhal alın.
2. Kimyəvi maddəyə əsla toxunmayın və əlcək geyinin.
3. Kimyəvi maddəyə dəymiş bütün geyimləri dərhal çıxarın.
4. Yenə 20 dəqiqə ərzində yumşaq axan soyuq su altında kimyəvi yanığa məruz qalmış bölgələr su altında tutulur.
5. Yanan bədən bölgələrini su altında tutarkən kimyəvi çirkliliyin bədənin təmiz bölgələrə düşməməsinə diqqət edin.
Elektrik yanıqlarından ilkin kömək
1. Bu çox təhlükəli vəziyyət də olsa, soyuqqanlı olmağa çalışın.
2. Elektrik cərəyanına tutulmuş adama toxunmadan əvvəl elektrik axınını kəsdiyinizə əmin olun.
3. Əgər elektrik axınını kəsə bilmirsinizsə, o zaman adamı taxta, plastik və ya ip kimi bir şeyin köməyi ilə elektrik axınından qurtarın.
4. Nə olursa olsun, su ilə adama müdaxilə etməyin.
5. Kişinin ürək döyüntülərini dərhal yoxlayın.
6. Daha sonra isə dərhal təcili yardım xidməti çağırın.
7. Unutmayın, yaşlı və uşaqlarda yaranan yanıqlar çox daha təhlükəli və əhəmiyyətlidir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yəhudilərin bürclər üzrə ən qədim və dəqiq proqnozu
Almalı muffin (foto-resept)
Bakıda hamilə qadın koronavirusa yoluxdu: Vəziyyəti ağırdır
Hava haqqında - 16.11.2013
Saçlarınız qırılır?
Fatih Terim koronavirusdan tam sağaldı
Heyvanlar aləmində
TƏBİB sədri həyəcan təbili çalır: “Bu halda bizi acı nəticələr gözləyə bilər” - VİDEO
Erməni hərbçilərdən təhlükəli addım
Kristina Aqilera makiyajsız fotosessiya edib
Tibbdə möcüzə reallaşır: İnsan başı…
Ana bətnində mübarizə
"Çiçək" börəyi (foto resept)
Pəhriz borşu (foto resept)
Verməşil salatı (video-resept)
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlanıb
Günəş dərimizi belə "qaraldır"
Demet Akalın 3 milyon qazanacaq-FOTO
190 manatlıq ödəmələrlə bağlı RƏSMİ AÇIQLAMA
Leyla Əliyevanın doğum günüdür
Pendirli kotlet (foto-resept)
Ermənilər Bakıya gəlirlər
Azərbaycanda milli axtarış sisteminin əsası yaradıldı
Məşhur cütlüyün xöşbəxt evliliyi cəmi 30 gün çəkdi
"Bu, o demək deyil ki, dövlət xəstəxanalarında xidmət pullu olacaq" - MÜSAHİBƏ
Xoşbəxt evliliyin sirləri
Hava haqqında
"Chek-up"dan keçmisinizmi?
Riyazi məntiq - 7
Bu gecə 17 kəndimiz atəş altında olub
Vaxtının bir saatını
Macarıstanlı Agnesin əl işləri
Şokoladlı dodaq nəmləndiricisi
Sən və o - aranızdakı fərq
Azərbaycan toyları: sevinc, yoxsa bəla?
ABC: Ağ Evin 34 işçisində və onlarla təmasda olan şəxslərdə koronavirus aşkar edilib
Televiziya və kompüterin uşaqlara təsiri
Sonsuzluğa səbəb olan amillər - SİYAHI
Dəhşətli statistika: bu il yol qəzalarında 56 uşaq öldü
Günün qoroskopu: görüləsi işlərin sayını artırmayın
Millimizin üzvü Afrikaya gəlin köçür
Azyaşlı uşaq Türkiyənin prezidenti olacaq
"Layiq olaq Azərbaycana" deyənə layiq olmadıq
2012-ci ilin qış papaqları
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı barədə sübutlar üzə çıxdı
Rusiya dünyanı QİÇS-dən xilas edə bilər
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Hava haqqında - 20.01.2014
Bakıda marafon olacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]