Sovet dövründə şagirdlərin geyimləri ilə yanaşı, onların saç düzümlərinə də ciddi nəzarət edilirdi. Oğlanların və qızların saç düzümləri klassik formada olmalı idi. Həmin dövrdəki ciddi nəzarətin nəticəsi idi ki, saçlarını açıq formada qoyan, mövcud standartlarda məktəbə gəlməyən şagirdlər, alınlarını telləri ilə örtən qızların məktəb binasına daxil olmasına icazə verilmirdi. Lakin son dövlərdə bu sahədə nəzarətin zəifləməsi nəticəsində şagirdlər məktəbliyə yaraşmayan saç düzümlərinə üstünlük verərək istənilən saç forması ilə məktəb binasına daxil ola və dərslərdə iştirak edə bilirlər.
Təhsil üzrə ekspert Şahlar Əsgərov Trend-ə verdiyi açıqlamasında bildirib ki, liberal təhsildə təhsilalanlara azadlıq verilməlidir. Amma orta məktəblərdə ümumi işin xeyrinə şagirdlərin geyimlərinə, onların sac düzümlərinə diqqət yetirilməli və onlarla bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır: "Orta məktəblərdə vahid geyim formasından istifadə ediriksə, onda sac düzümünə də hansısa məhdudiyyət, sədd qoyulmalıdır. Əgər məktəblilərin sərbəst geyim forması olsa idi, onda onların saç düzümləri də sərbəst olardı. Geyimə məhdudiyyət qoyulursa, vahid forma geyimi tətbiq olunursa, onda sac düzümü də bu məntiqə uyğun olmalıdır".Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru, təhsil eksperti Elşən QafarovTrend-ə bildirib ki, məktəb sistemində məktəbli formasının tətbiqi, eyni zamanda, standart saç formasının olması, ümumilikdə şagirdin orta məktəbə gəlmə qaydası ilə bağlı konkret rəsmi təlimat olmalıdır.E.Qafarov deyib ki, özəl məktəblərdə bununla bağlı təlimat olsa da, dövlət məktəblərində belə bir təlimat yoxdur: "Bu isə məktəblərdə çox böyük çətinliklər yaradır. Bu gün əlimizdə elə bir təlimat yoxdur. Şagirdlərə saç forması ilə bağlı iradlar bildirəndə, valideynlər məktəb rəhbərliyinə narazılıq edirlər".E.Qafarov bildirib ki, sac forması ilə əlaqədar problem daha çox yetkinlik yaşına çatan qızlarla - 9-11-ci sinif şagirdləri ilə bağlı yaranır: "Qızlar saç düzümlərini məktəbliyə uyğun olmayan formada edirlər. Oğlanlar arasında da məktəbli üçün uyğun olmayan müxtəlif sac düzümlərinin edilməsi halları artıb. Bu da məktəbdə təlim-tərbiyə işlərinin qurulmasında əlavə problemlər yaradır. Son zamanlar oğlanlar arasında yeni dəb düşüb. Oğlanlar göy rəngli şalvar geyinsələr də, onları daraldırlar, nəticədə isə çox eybəcər bir forma yaranır".E.Qafarovun fikrincə, məktəblinin saç düzümü sadə olmalı, oğlanlarda sacın uzunluğu 4-5 sm-dən artıq olmamalı və klassik formada olmalıdır: "Qızların saçları isə hər hansı stildə deyil, sadə formada yığılmalı, xüsusi bəzəklərdən istifadə edilməməlidir. Hazırda bu bəzəklərdən çox istifadə edilir. Təəssüf ki, buna çox hallarda valideynlər özləri rəvac verirlər. Valideyn qızını məktəbə yola salarkən onun sacına, geyiminə diqqət yetirməlidir"Ekspert hesab edir ki, hər bir məktəbin özünün nizamnaməsi olmalı və orada bu məsələlərin hamısı qeyd edilməli, çərçivə qaydaları müəyyənləşdirilməlidir.Təhsil Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər üçün vahid saç düzümünün tətbiqi mümkün deyil. Amma şagirdlərin məktəbə sadə saç düzümündə gəlmələri məqsədəuyğun hesab edilir.Nazirlik hesab edir ki, bu məsələ məktəbin nizamnaməsi ilə müəyyən olunan daxili intizam qaydalarında da əks edilə bilər: "Saç düzümü ilə bağlı qoyulan qaydanı pozan şagirdin cəzalandırılmasına gəlincə, hər hansı bir cəza növü heç də həmişə tərbiyə elementinə çevrilmir. Uşaqlara həssaslıqla yanaşma, izah və təbliğ vasitələrindən bacarıqla istifadə etmə onları hər hansı bir yanlışlıqdan çəkindirməkdə ən etibarlı təsir vasitəsidir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ