Ahmet Kural: "Mənim müalicəyə ehtiyacım yoxdur, Sılanınkı isə həqiqi eşq deyilmiş"
Qadin.Net kaspi-az-a istinadən yazını təqdim edir.
Ötən il Türkiyə mediasında ən çox iki məşhur isim - Ahmet Kural və müğənni Sılanın yaşadığı eşq macərası gündəmi zəbt etdi. Daha sonra bu macəra böyük qalmaqala səbəb oldu. Belə ki, məşhur cütlük iki dəfə ayrılıb-barışandan sonra yenidən evlənmək üçün bir araya gəlmişdi ki, Ahmet Kuralın Sılanı döydüyü xəbəri yayıldı. Sıla Ahmet Kuralın onu 45 dəqiqə döydüyünü iddia etdi. Onların məhkəmə prosesi Türkiyə magazin dünyasının əsas gündəm xəbəri oldu. Sıla bir neçə yerli sayta müsahibələr verərək Ahmet Kuralı qadına qarşı şiddətdə günahkar hesab etdi. Türkiyənin bir çox sənətçisi Sılaya dəstək çıxdı. Ahmet Kural isə "danışmaq istəmirəm" deyərək susdu. Amma aktyor hadisələrin getdikcə daha da qızışdığını nəzərə alaraq "Günaydın" qəzetinə müsahibə verib. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq olduğu kimi təqdim edirik.
- Bu günə qədər yaşanan hadisə ilə əlaqədar heç nə danışmadınız. Qərarınızı nə dəyişdi?
- İndiyə qədər media nümayəndələri bu sualla müraciət edəndə, onlara "danışmayacam" deyirdim. Ancaq bəzi məsələlərin bilərəkdən şəxsi-qərəzliyə çevrildiyini görəndə sükutumu pozdum. Gördüm ki, susmağım insanlar tərəfindən səhv qəbul olunur və insanlar məni təhqir edirlər. Ona görə də yaşanılan bu hadisəni bütün gerçəkliyi ilə danışacağam.
- O zaman Sılaya aşiq olma hekayənizdən başlayaq.
- Mən Sılaya çox aşiq idim. İçi-çölü eyni olan bir insanam və eşqə həqiqətən də inanıram. Bir insanla yaxınlıq etdikdə, münasibət quranda, o zaman hər şey dayanır və gözünüz heç nəyi görmür. Qarşınızdakı insanla xoşbəxt olmaq və onu xoşbəxt etmək istəyirsiniz. Zaman keçdikcə birlikdə yaşamağı və yaşlanmağı istəyirsiniz, onunla ailə qurmağı düşünürsünüz. Mənim eşqim də bu baxımdan çox böyük idi. Ancaq ən önəmli olan insanın şəxsiyyətinə olan hörmətidir. Çünki münasibətləri ancaq şəxsiyyətə olan hörmət davam etdirə bilir. Təəssüf ki, bu da olmayanda eşq davam etmir.
- Nələr dəyişdi?
- Bizə eşq bəs etmədi. Birlikdə olmaq, özümüz olmaq yetmədi. Dostlarımın, inandığım insanların bir anda qiymətsiz, mənasız olduğunun fərqinə vardım. Əslində bir şeyi çox sevirsiniz və onu sevdikdən sonra həyatınızda başqa bir yolayrıcı başlayır. O zaman siz "mən" olmaqdan çıxırsınız və sizdən başqa biri olmağınızı gözləyirlər. Bizim həyatımızda da yaşananlar eyni ilə belə idi. Mən də bunları hiss etməyə başladıqda, hər iki tərəf məyus olmasın deyə münasibəti bitirmək istədim.
- Münasibətlərinizi bitirdikdən sonra yenidən Sıla ilə münasibət qurdunuz.
- Bəli. Bu müddət ərzində onu daha yaxşı tanıdım. Mənim haqqımda "şiddət göstərən", "qadına əl qaldıran" və "əsəblərini cilovlaya bilməyən" bir insan profili yaratdı. Vaxtikən mənə mahnılar yazan və mənimlə münasibət qurması üçün bəzi insanları araya salan, israrlı şəkildə mesajlar yazan bu adam indi məni yerdən-yerə vurur. İnsanların bilmədiyi bir çox ayrılıqlar yaşadıq. Bəlkə də bu, son şansımızdır. Mən ona aşiq idim, amma ağlımda bir sual vardı. Onunla münasibətə başlayanda, sual verdim: "Məndən sonra olan məni maraqlandırmaz. Amma hal-hazırda məndən başqa bir insanla münasibətin varsa, münasibətə başlamayaq". Bu suala "yox" cavabını alanda çox xoşbəxt oldum. Çünki mənə görə, yenidən başlayacağım iş yalansız olmalı idi. Mən də onun haqqında ciddi düşünürdüm. Ailəmlə tanış etdim. Evlənmək üçün planlar qurduq və qısa zaman kəsiyində onun etdiklərinə baxdım. Vicdanım rahat bir şəkildə deyə bilərəm ki, mənim müalicəyə ehtiyacım yoxdur və Sılanınkı həqiqi eşq deyilmiş.
- Sıla "hadisədən beş dəqiqə əvvəl evlilikdən və uşaqlardan danışırdıq. Nə oldusa, bir anda bu hadisələr baş verdi" dedi. Hadisədə Okan Canyantının adı hallandı.
- Gəlin sizə bu hadisəni ətraflı şəkildə danışım. Qarşı tərəf hər şeyi deyir və iddia edir. Amma bu mübahisənin nədən yarandığını söyləmir. Sanki mən bir anda əsəbiləşmişəm, beş dəqiqə əvvəl gözəl danışarkən əsəblərimi cilovlaya bilməmişəm. Bəli, biz ondan beş dəqiqə əvvəl çox xoşbəxt və gözəl şəkildə danışırdıq. Mən onunla ailə qurmaq istədiyimi və valideynlərimlə danışdığımı dedim. Bir neçə dəfə ona sual verəndə, Sıladan fərqli cavablar aldığım üçün yenə soruşdum. "Mənimlə ayrıldıqdan sonra bu insanla yenidən münasibətin oldumu"- deyə. Mənə "bəli, sənin canını incitmək üçün onunla münasibət qurdum" dedi. Mənim güvəndiyim və aşiq olduğum qadının məni həqiqətən sevmədiyini anladığım an idi. Mənə dəlilər kimi aşiq olduğunu söyləyən insanın məndən ayrılar-ayrılmaz başqa bir insanla münasibətə başlaması və yenidən münasibətlərimizi bərpa edəndə bunu bilərəkdən məndən saxlaması çox pisimə getdi. Və inandığım eşqin qarşılıqlı olmadığını anladım. Sıladan evi tərk etməyini istədim. Qarşılıqlı bir münaqişə yaşadıq.
- Həqiqətlər o gecə Sılanın iddia etdiyi kimimi oldu?
- Mən heç kimə zərbə yetirməmişəm. Qarşılıqlı bir münaqişə yaşamışıq. Bunu elə bir şəkildə təqdim etdilər ki, guya mən şiddəti qəbul etmişəm və Sıladan üzr istəmişəm. Hər zaman doğrunu söyləyəcək bir cəsarətə sahibəm. Çünki sevgidolu gözəl bir ailədə böyümüşəm. Qurduğum münasibətləri küçənin ortasında danışan bir insan deyiləm. "Belə bir hadisədə yer aldığım üçün başda Sıla olmaq üzrə bütün qadınlardan üzr istəyirəm" - demişəm. Bu açıqlamamda qadına şiddət mövzusunda adımın çəkilməsindən təəssüf hissimi bildirmişəm.
- Yaşadıqlarınız psixologiyanıza necə təsir etdi?
- İnsafsızca və dinlənilmədən, birtərəfli şəkildə hadisələrin mərkəzində idim. Böyük bir travma aldım. Bir insan üçün ən çətin şey haqlıykən özünü çarəsizcə izah edə bilməməsidir. Mən bunun ən böyüyünü yaşadım. Hətta elə bir nöqtəyə gəldim ki, "əsəblərini sahmana salmaq üçün müalicə alacaq" deyildi. Axı bir insanın hər gün yaşaya biləcəyi bir hadisəni yaşamamışdım. Bunu yaşamayan insan heç vaxt başa düşə bilməz. Susub hadisələrə kənardan baxa bilən bir insanın psixoloqa ehtiyacı olur. Uzun illər psixoloq yanına gedib onlardan dəstək alanlar var. Onda onların hamısından qorxmaqmı lazımdır?
- Sıla münasibətlərinizin əvvəlində də ona şiddət göstərdiyinizi iddia edib.
- Bu, təktərəfli bir referans qaynağıdır. Uzun illərdir ki, aktyor kimi çalışıram. Çalışdığım komandada o qədər qadınlar olub ki... Mənim prodüserim, vəkilim, həmkarlarımın çoxu qadındır. Ancaq mən mediaya aşırı dərəcədə içki qəbul edən biri kimi təqdim olunuram. Çevrəmdəki və məni tanıyan insanların nə dediyi və haqqımda nə düşündükləri önəmlidir. "Ən çox bağıran ən haqlıdır" anlayışının doğru olduğunu düşünürlər. Ancaq bu belə deyil. Bu kimi hadisələri o qədər məşhurlar yaşayıb ki, o hadisələr heç gündəmə gəlməyib. O gecə Sılanın özünün də içkili olduğunu söyləməməyi çox qəribədir. Ortada çox bir pis niyyət var. Ahmet Kural tək müzakirə olunan bir insan oldu. Mövzu isə qadına şiddətdir.
- Bu hadisədə Sılanın tərəfini saxlayanlara qarşı incikliyiniz varmı?
- Hadisənin bilərək, istəyərək gündəmdə olması üçün açıqlama verənləri, müdafiə haqqına hörmət etməyərək tərəf tutanları vicdanı ilə baş-başa buraxıram. Onlar mənim ifadə belə vermədən, qarşı tərəfi dinləmədən yox olmağımı istədilər.
- Ayrılıq sonrası nə üçün sizə doğru yönələn iddialara cavab verməyə çalışmadınız?
- Bu müsahibəyə qədər heç danışmadım. O qədər şey yaşandı, ancaq ağzımı açıb bir kəlmə danışmadım. Çünki mən nə olursa-olsun qarşımdakı insana hörmət edirəm. Bu bizim şəxsi məsələmizdir. Danışmadığım üçün də peşman deyiləm. Mənimlə bağlı bir necə iddialar edən insanlar da olub. O zaman da bu iddialara qarşı susdum. Polemikalarla, belə ucuz mübahisələrlə gündəmdə yer almaq istəmirəm. Həqiqətən çox sevdiyim bir işim, həyatım və sevdiyim insanlar var. Bu sevgini qazanmaq üçün çox çalışmışam. Mən bir insanın başına gələ biləcək ən böyük böhtanla üz-üzə qaldım. İlk gündə söylədim, indi də deyirəm: "Məndən pis heç nə eşitməyəcəksiniz". Ancaq iş o qədər həddindən çıxdı və qadın hikkəsinə məruz qaldı ki, artıq danışmaq məcburiyyətindəyəm.
- İnstagramda və digər sosial şəbəkələrdə sizin haqqınızda "kim haqlıdır?"- deyə yarışmalar başladıldı. Bunlardan xəbərdar idinizmi?
- Məni bir ana böyüdüb. Hətta sosial şəbəkələrdə anama belə söz atdılar. Vəkilim qadın olduğu halda bu işlə məşğuldur - deyə ona hücumlar oldu. Və bunu qadına şiddət adı altında etməyə başladılar. Mən nəinki qadına, hər hansı insana, ya heyvana qarşı şiddəti qəbul etmirəm. Digər yandan, "Sıla ilə Ahmet Kural davasında kim haqlıdır?" - deyə "İnstamgram"da yarışma başladıb makiyaj seti hədiyyə edənləri də gördüm. Biz məşhuruq. Bu hadisənin bu qədər səs gətirməyinin, məni bu qədər pis insan kimi təqdim etməyin də səbəbi budur. Bu ölkədə kişilərdən şiddət görən və həyatını itirən qadınların yaxınlarını məyus etmək istəmədim. Susmayan, sosial şəbəkələrdə müzakirə açan insanlar mənim səssizliyimdən istifadə edib, özlərini reklam etdilər.
- Üzərindən aylar keçməsinə baxmayaraq, indi də sizin 45 dəqiqə Sılanı döydüyünüz iddia edilir.
- Hadisənin mətbuata çıxdığı ilk günü xatırlayın. Məhkəmənin çıxışında bir anda jurnalistlər, kameralar bizi əhatəmizi etdi. Hadisə elə bir şəkildə təqdim olundu ki, nəinki bir kişi, bir qadın, çox həssas bir mövzunu əhatə etdi - qadına şiddət. Çünki bu mövzu Türkiyədə yaşayan qadınların ən böyük problemlərindən biridir. Bu şəkildə təqdim olunanda cəmiyyətin mənə qarşı olan münasibəti dəyişdi. O gün mənim əleyhimə açıqlama verən dostlarımdan bəziləri bu gün mənə zəng edib birtərəfli müsahibələr verdikləri üçün üzr istədilər. İlk başda 45 dəqiqə onu döydüyüm, sonra külqabını onu başına atdığım və kürəyində güldanı sındırdığım söylənildi. Sonra bunların olmadığı ortaya çıxınca, səssizlik hökm sürdü. Və şiddətin adı bir anda dəyişib "mənə şillə vurdu" oldu. Bunun tək bir səbəbi var idi, atdığım bu böyük addımdan geri dönmədim.
- Ailəniz və yaxın çevrəniz yaşanan bu hadisələr haqqında nələr deyirlər?
- İlk başda çox məyus oldular. Ancaq sonra mənim tərəfimi tutub dəstək oldular. Çünki onlar məni yaxşı tanıyırlar. Bu hadisələr mənə onu göstərdi ki, məni həqiqətən sevən çoxlu insanlar var və o insanların sevgisi bu çətin dönəmi belə asanlıqla keçirməmə köməkçi oldu. Xüsusən də ailəm və dostlarım. Onlara çox minnətdaram.
- Yeni layihələr üzərində işləyirsinizmi?
- Bəli, artıq danışıqlar aparılıb. İnsanlara verdiyimiz xoşbəxtlik - motivasiya qaynağımızdır. Bilirik ki, bu sevgi qarşılıqlıdır və səmimiyyətdən başlanır. Yeni işlərimiz olacaq.
- Hazırda 2019-cu ilin ilk ayını yaşayırıq. Bu ildən gözləntiləriniz nələrdir?
- 2018-ci ildə çox pis hadisələr yaşadım. Ancaq eyni zamanda, ailəmin, dostlarımın, sevdiklərimin sevgisini də hiss etdim. Hər ildən gözləntilərim ayrıdır. 2019-cu ildə xoşbəxtlik, sağlamlıq və əmin-amanlıq arzulayıram.
XƏBƏR LENTİ
Yanmış tavanı necə təmizləməli?
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
Okeandakı kiçik cənnət
Hərbçilərimiz Türkiyəyə yollandı
Azərbaycanda yaşamaq üçün nə qədər ödəməlisən?
Stresdən xilas olmağın yolları
Baş nazir etirazçıların qarşısında ağladı
Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Bayram namazı BELƏ QILINACAQ
Bakı-Moskva təyyarəsi qəza enişi etdi
"Neftçi" loqosunu dəyişir
Duyğu xarici qavramalar
İlin ən çox qazanan yazıçıları - SİYAHI
İçi doldurulmuş kabak(foto resept)
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Həyəcan imtahan vaxtı kişilərə nisbətən qızlara daha çox mane olur
Hadisənin illik gəliri hesablanıb-Şok rəqəmlər
Doğum sonrası qorunma metodları
Sosiskalı peraşki (foto resept)
Dərslər iyunun 1-dən başlayır? - Rəsmi açıqlama
Almadan gecə dəriyə qulluq kremi hazırlayın
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçildi
Azərbaycanda nikahdankənar doğum halları araşdırılacaq
Yazı yazmaq beyni fəallaşdırır
Gözlənilməz bahalaşma
Ancelina Coli oğlu ilə vidalaşdı
Albano Bakıya gəlir
İdman 54 yaşlı qadını ölümcül xəstəlikdən xilas etdi - FOTO
“Balaca sənətkar” - QALİB SEÇİLDİ!
Gəlinlik alarkən bunlara diqqət edin!
Virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar - VİDEO
Azərbaycanda sevilən aktrisa ərəb dünyasını fəth etdi
Kişilərin gəlin olduğu mədəniyyət
Əlvan rəngli güllərim
Evdə təbii saç boyası hazırlamaq üçün ....
Ay bölgüsü necə yaranıb?
Cəbhə bölgəsində ermənilərin təxribatı bitmir
Şahzadə Harri oğlu üçün 5 evi birləşdirib saray etdi-FOTO
Günün qoroskopu: sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək
Orxideya gülünün hazırlanması
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb
Ancelina Colidən gözlənilməz-VİDEO
HAVA necə olacaq?
Günün qoroskopu: Uğurlu gündür!
Saçlarımızı niyə kəsirik?
Məleykə Abbaszadə: “Bu il yüksək bal toplayanların sayı artıb”
Bir gündə üç kitab təqdim ediləcək
Daima üşüməyin səbəbləri
Qızının xərçəng olduğunu bir şəkildən anladı-FOTO
- ŞƏRHLƏR