Kəklikotu
Hündürlüyü 10-18 sm olan çoxillik yarımkol ot bitkisidir. Xoş ətirli iyə malikdir. Gövdəsi çoxlu sayda olub, yerə səriləndir. Çiçəkləri xırda, çəhrayı-bənövşəyi rəngdədir. El arasında onu dağ nanəsi adlandırırlar. Kəklikotuna xoş iy verən onun yarpaq və çiçəklərindəki efir yağlarıdır. Bitkinin dərman xüsusiyyətləri də elə bu yağlarla əlaqədardır. Kəklikotu növlərində efir yağının miqdarı 0,3-1,5%-ə çatır. Bu yağın tərkibində bir sıra təbii kimyəvi birləşmələr vardır. Həmin birləşmələrin tərkibindəki xüsusi maddə nanə cövhəri xatırladır. Buna görə də təbabətdə antiseptik və dezinfeksiyaedici maddə kimi tətbiq olunur. Stomatologiyada ağrıkəsici vasitə kimi istifadə edilir. Bəzi xəstəlik törədən bakteriya və göbələkləri məhv edir, qurdqovucu dərman kimi tətbiq olunur. Xalq təbabətində bu bitkidən soyuqdəymə zamanı, mədə yarası, əsəb, ürək xəstəlikləri və s. istifadə edilir. Kəklikotunun cavan yarpaq və zoğlarından salat kimi istifadə edilir. Ədviyyə kimi tərəvəz, ət və balıq xörəklərinin tərkibinə qatırlar. Kəklikotu qatılmış xörəklər iştahgətirici, həzmyaxşılaşdırıcı xüsusiyyətinə malikdir. Kəklikotu iştahanı artırır. Bədən sustləşəndə, ağrılar artanda kəklikotunu qaynadıb suyunda çimmək məsləhətdir.
Darçın
Darçına ancaq mədəni halda rast gəlirik. Ən geniş yayılan növü Çin və Seylon darçınlarıdır. Xalq təsərrüfatında hər iki növ darçının qabığından istifadə olunur. Çin darçının qabığının görünüşü boru və yaxud növ şəkillidir, qalınlığı 1-3 mm-dir, içəridən tünd qəhvəyi rəngdə, lələkşəkilli mantar qatla örtülmüşdür. İstifadə edilən zaman mantar təbəqə kənar edilir. Meyvəsi ətirli, dadı şirintəhər,xoşagələn və azca büzüşdürücüdür. Seylon darçınının qabığı Çin darçınının qabığından keyfiyyətcə üstün hesab olunur. Darçının qabıq hissələrini və
yeni əmələ gələn budaqlarını uzunluğu 1-2 metrə çatan zaman toplayırlar. Bundan sonra, soyulmuş qabıq hissələrini iki və üç dəfə buraraq onu boru şəklinə salır və günəş altında qurudurlar. Qurudulmuş qabıq hissələri nazik və açıq qəhvəyi rəngdə olur. Çin darçınının qabığında 1-2%-ə qədər efir yağı vardır. Efir yağının 90%-i darçın turşusunun aldehidindən ibarətdir. Darçını dəmləyib içmək susuzluğu, ağız qurumasının qarşısını alır, oynaqlarda, mədə-bağırsaqda, döş nahiyəsində baş verən şiddətli ağrıları azaldır, bədənin temperaturunu tənzimləyir, ağızdan gələn pis qoxunu aradan qaldırır.
Mixək
Mixək ağacının hündürlüyü 10-12 metrə qədər çatır. Yuxarı hissə piramida formasında, sıx kölgəlik əmələ gətirən həmişəyaşıl ağacdır.
Yarpaqları qarşı-qarşıya düzülmüş, enli lansetvan, bütöv, tünd yaşıl, dərivari parlaqdır. Çiçəkləri budaqların yuxarı hissəsində mürəkkəb çətirdə toplanmışdır. Çiçəkləri parlaq qırmızı rənglidir. Erkəkcikləri çoxsaylı olub, aşağı hissədə bitişikdir. Mixəyin vətəni Cənubi-Şərqi Asiyanın bir çox tropik ölkələri hesab edilir. Buna eyni zamanda Afrikanın şərq sahillərində, Zanzibar, Yamayka, Braziliya və s. ölkələrin
ərazilərində də rast gəlmək olar. Mixəkdən ədviyyə və dərman kimi hələ çox qədim zamanlardan istifadə edirdilər. Ondan müalicə məqsədləri üçün Hindistanda, Yaxın Şərq ölkələrində, Misirdə, Çində və s. ölkələrdə istifadə olunmuşdur. Mixək bitkisi haqqında elmə
birinci məlumatı dünya səyahətinə çıxmış İtaliya səyyahı Piqafet vermişdir. O, buna birinci dəfə Moluk adalarında rast gəlmişdir. Hazırda mixəyin qönçələrindən ədviyyə kimi istifadə edilir. Onun qönçələri çiçək açmamış halda toplanır. Qırmızı rəngli qönçələri quruduqdan sonra tünd qonur rəngə çevrilir.
Mixəyin qönçələri mıx formasında (ona görə bu adı vermişlər) 1-1,5 sm uzunluğundadır. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüşdürücü və ədviyyəlidir. Meyvəsinin uzununa kəsiyinə lupa vasitəsilə baxsaq, orada efir yağı ilə dolu iri dairələr görərik. Efir yağı
ilə dolu belə dairə-şəkilli kisələr çiçək yatağının silindrvari hüceyrələrinin kənar hissələrində daha çoxdur. Mixək meyvəsinin keyfiyyətini yoxlamaq üçün onu suya salırlar. O, suda başı aşağı şaquli vəziyyətdə durursa, deməli onun tərkibi efir yağı ilə zəngindir. Mixək qan təzyiqi yüksək və gicgahlarında şiddətli ağrılar olan xəstələrə kömək edir.
Zəncəfil
Zəncəfil çox qədim ədviyyat bitkisi hesab olunur. Qurudulmuş kökümsovlarından qiymətli ədviyyat məhsulu istehsal olunur. Belə ki, onun kökümsovlarından hazırlanmış preparatlardan, eləcə də cövhərlərindən taun, tif, qızdırma və bu kimi xəstəliklərin qarşısının alınmasında istifadə edilmişdir. Hazırda isə zəncəfildən ədviyyat kimi dünyanın əksər xalqların mətbəxlərində hazırlanmış xörəklərin tamını, ətrini
və keyfiyyətini yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat qatqısı kimi ən çox qənnadı, çörək-bulka, spirtsiz içkilər, pivə istehsalında, ətriyyat sənayesində işlədilir. Zəncəfilin kökümsovlarından alınan ətirli yağlan ən çox qadınlar saçlarına sürtürlər. Çünki bu yağ saçları parlaq və çox təravətli edir. Çində isə bunun kökümsovlarından hazırlanan ədviyyə tozu şəkərli məhsulların tərkibinə daxil edilir. Bundan başqa,
onun tozundan müalicəvi təsirə malik olan mazların, cövhərlərin və iksirlərin tərkibinə qatırlar. Zəncəfıl kökümsovlarından ətirli qatran və az üçücu olan efir yağı alınmışdır. Qurudulmuş kökümsovlarında 1,8-3,5%-ə qədər efir yağı vardır. Hazırda zəncəfildən dünyanın bir çox ölkəsində xörəklərin tamını, ətrini və keyfiyyətini yaxşılaşdırmaq üçün qatqı kimi istifadə olunur. Zəncəfilin növ, forma və sortlarının adları onların əkilib becərildikdəri dövlətlərin adı ilə adlandırılır.
Nübar Həkimova
(yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
44 yeni kəpənək növü aşkarlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-50
Murat Yıldırım yeni çıxan aktyorlardan danışdı
Sırma Markova
Badımcandan bol-bol istifadə edin
Rusiya vətəndaşı olmaq asanlaşdı
Şuşa
Mayli Sayrusun keçmiş əri yeni sevgilisi ilə -FOTO
Acun “O səs”ə “Azərbaycandan qatılan” uşaqları axtarır - VİDEO
“Çirkin ördək balası” gözəllik kraliçası oldu - FOTO
Möcüzə baş vermədi: əlvida, Türkiyə...
Yüksək reytinq = Daha çox qazanc!
Uşaqlara diş fırçalama vərdişini necə qazandırmalıyıq?
Aslı Enver yeni filmə çəkilir-FOTO
Cennifer Lopez nişanlısına görə ağladı-FOTO
Pitonla oynayan azyaşlı-FOTO
Şeyma Subaşının İNTİHAR xəbəri yayıldı-FOTO
Necə gözəl gəlin olmalı?
Çin bu sahədə dünya lideridir
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Qızarmadan qaralmağın yolları
Təxirə salma xəstəliyi nədir və necə xilas olunur? (1)
Bakıda halal ət qıtlığı yaranacaq
Riçard Gir evləndi
İlon Mask koronavirusa qarşı peyvənd vurdurmaqdan imtina edib
Disney qəhrəmanları real həyatda
İlk mavi gözlülər harda yaşayıb?
İştahı kəsən qidalar
Rusiya COVID-19 peyvəndini ilk dəfə BU ÖLKƏYƏ SATDI
COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırılıb
"Bürc Xəlifə" buludların arasında
MSK: Məkkədə zəvvarlar üçün seçki məntəqəsinin təşkili istiqamətində artıq işlər aparılır
Avtomobilində kondisioneri olmayanlar: xəbəriniz olsun
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Günün qoroskopu: Bədxərclik etməyin!
Krallığın sevimli gəlinləri haqqında HEYRƏTAMİZ FAKT
Sən yalnızlıq nədir bilirsənmi?
Heyva çəyirdəyi maskası
Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb
Nə etməli?
500 milyon il yaşı olan ən qədim beyin tapılıb
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Günün ulduz falı
HAVA necə olacaq?-19 Sentyabr
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Mobil internet istifadəçilərinin sayına görə dünya ölkələri - SİYAHI
Bayramda bölgələrə getmək asanlaşdı
Solaxaylıq:mif və reallıqlar
Niyə "Həyat qadını"..?
Göbələk salatı (foto-resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]