Cəmiyyətdə belə bir fikir formalaşıb ki, bitki və heyvanat aləmində elmə məlum olmayan növ qalmayıb. Lakin alimlər heç də belə hesab etmirlər. Xüsusilə alimlər okeanın dərinliklərində flora və faunanın tam tədqiq edilmədiyi, eləcə də həşəratların heç də hamısının elmə məlum olmadığı qənaətindədirlər.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, bu məqsədlə beş il elmi tədqiqat və axtarışlar aparan bir qrup avstriyalı alim elmə indiyədək məlum olmayan 44 kəpənək növü müəyyən edib. Həmin növlərdən 22-sinin coğrafi cəhətdən dünyanın ən yaxşı tədqiq olunmuş Avropa qitəsində yaşaması isə elmi dairələrdə maraqla qarşılanıb. Yüz otuz il əvvəl Avropada rast gəlinən kəpənək növləri sinifləndirildikdən sonra alimlər bu qitədə elmə sirr olaraq qalan heç bir kəpənək növünün yaşamadığını hesab edirdilər.
Alimlər tədqiqat müddətində həşəratların digər növlərdən fərqlənən forma, rəng və anatomik quruluşu kimi klassik metodlarla yanaşı, genetik analizlər də həyata keçiriblər. Aşkarlanan yeni növlərin əksəriyyətinin artıq genetik barkodları hazırlanıb.
Hazırda dünyada 180 min kəpənək növü məlumdur. Onların 10 mininə Avropada rast gəlmək mümkündür. Alimlər ehtimal edirlər ki, elmə məlum olan kəpənək növlərinin sayı hələ aşkarlanmayan növlərdən üç dəfə azdır.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
