Bu barədə mətbuata açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova bildirib. Məntəqələrin yaradılmasında məqsəd şəhərə diri heyvanların gətirilməsinin qarşısını almaqdır. Həmin ət kəsimi məntəqələrinə mərkəzləşdirilmiş qaydada nəzarət olunacaq. Yəni şəhərə ət bi neçə iri qəssabxanadan daxil olacaq.
ANS PRESS–in araşdırmasına görə, bu yenilik Bakı sakinlərinin elə də ürəyincə deyil. Şəhərin əksər sakinləri buna istehlakçı hüquqlarının pozulması kimi baxırlar. Çünki Azərbaycan mentalitetinə görə, ət almağa gələn hər bir vətəndaş üçün yeyəcəyi ətin harada və necə kəsilidiyi maraqlıdır. Azərbaycanın əksər rayonlarında hətta dişi heyvanın belə ətini yemirlər.
Azərbaycan Azad İstehlakçılar Birliyinin (AAİB) sədri Əyyub Hüseynov də ANS PRESS-ə açıqlamasında Bakı sakinlərini dəstəkləyib. Onun fikrincə, yeyəcəyi ətin harada və necə kəsilidiyini bilməyə hər bir vətəndaşın hüququ var: “Əlbəttə, istehlakçının hüququ var ki, yediyi ətin mənşəyini bilsin. Dana başqa yerdə kəsilib şəhərə gətirilirsə, şəhər sakini yeyəcəyi ətin necə və hansı şəraitdə kəsildiyi haqda düşünməyə başlayır.”
Əyyub Hüseynov Dövlət Baytarlıq Nəzarəti Xidmətini başqa istiqamətdə fəaliyyətə çağırıb. Onun fikrincə, heyvanın alıcının gözü qarşısında kəsilməyi də hələ istehlakçı ətin mənşəyi barədə tam məlumatlı olması demək deyil: “Hər bir görülən tədbir rəsmi sənədlərlə təsdiq olunmalıdır”. AAİB sədri Dövlət Baytarlıq Nəzarəti Xidmətini bu cür inhisarçı layihələrə xidmət etməkdənsə, boynuna düşən işi görməyə və baytarları “kuratorluq” etdikləri ət kəsimi məntəqələrinə həm də nəzarət etməyə çağırıb.
Yaranmış vəziyyət qəssabları da narahat edir. Qəssab Həsrət Əliyev ANS PRESS-ə müsahibəsində əti qəssabxanada deyil, diri heyvanı bazardan gətirib kəsməyin onun üçün daha sərfəli olduğunu deyir: “İllərdir ki, müştərilərim hər səhər işə gedəndə mənim qəssabxanamın qaşısında diri heyvan görüblər. İşdən qayıdanda isə onlar səhər diri gördükləri heyvanın ətindən alıblar. Amma heyvanlar başqa yerdə kəsilib, satışa çıxsa, keyfiyyətlə bağlı müştərilərdə şübhələr yaradacaq.”
Həsrət Əliyev həm də kəsim məntəqələrinin qəssabların gəlirlərinədə təsir edəcəyindən şikayətlənir: “İndi inəyin ayağı, başı və qarını qəssaba qalır. Kəsim məntəqəsi yaradılandan sonra bu belə olmayacaq”.
Onun fikrincə, paytaxta girişdə böyük ət kəsimi məntəqələrinin tikilməsindən sonra fermerlər rayondan diri heyvanı Bakıya sərbəst gətirə bilməyəcəklər çünkü bu yalnız ət kəsimi məntəqəsinin vasitəsi ilə mümkün olacaq: “Biz diri heyvanı Bərdə, Beyləqan və Ağcəbədi bazarlarından alıb şəhərə gətiririk. Qış aylarında kəsilən heyvanın ayağı başı və qarınını satanda mənə 40 manat xeyr qalır. Doğranmış əti gətirib burda satmaq qəssaba sərf etməyəcək”.
Beləliklə, baytarlar məntəqələrin tikilməsindən sonra əsas qazancı inhisarçıların götürəcəyindən şikayət edirlər. Onların fikrincə, bu kiçik fermer təsərrüfatlarını da sıradan çıxaracaq. Gün ərzində yüzlərlə heyvan kəsən müəssisə, təbii ki, gedib bir-bir kəndlərdən diri heyvan toplamayacaq. Bunun üçün onlar iri fermer təsərüfatlarına müraciət etməli olacaqlar. Bu da kiçik fermer təsərüfatlarının böyüklər tərəfindən sıxışdırılma ehtimalını artırır.
Lakin Bakı şəhər Baytarlıq İdarəsinin rəisi Azad Azadov belə hesab etmir. Onun sözlərinə görə, kəsim məntəqələri inhisarçılığa səbəb olmayacaq.
“Bu məntəqələr kiçik fermer təsərüfatlarının fəaliyyətinə və qəssabların işinə heç bir təsir göstərməyəcək. Fermer istədiyi qədər diri heyvanı məntəqəyə gətirə bilər. Burada o, Tarif Şurasının qoyduğu qiymət əsasında heyvanı kəsdirəcək və pulunu alacaq”. İdarə rəisi bildirdi ki, qəssab heyvanı kəsdirdikdən sonra onun başı ayağı Tarif Şurasının qoyduğu qiymət əsasında qəssabın özünə veriləcək.
Biz də ümid edirik ki, tikintisinə dövlət tərəfindən milyonlarla manat xərclənən bu ət kəsimi məntəqələri vətəndaşlara sağlam və daha keyfiyətli ət məhsullarının təqdim edilməsinə öz tövhəsini verəcək. Yəni həmin məntəqələrin tikilməsinə xərclənən pullar havayı getməyəcək. Əks təqdirdə Bakı sakinləri yenə də sovet illərində olduğu kimi halal ət üçün rayonlara və kəndlərə üz tutmalı olacaqlar.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Şaxta baba" salatı
Süd vəzisi xərçənginə tutulma riski böyük olan qadınlar üçün yenilik
Bakı 2015-in biletləri satışda
Azərbaycanda 3 gün İŞ OLMAYACAQ
121 min dollarlıq sevgi məktubu
Pendirli pomidorlu balıq (foto resept)
Xərçəng xəstəliyindən necə qorunmaq olar?
Məşhur serial FİNAL EDİR
Küçədə yeni tərz
Hilton bacılarından koronavirusa rekord dəstək... - FOTO
4 hərəkətlə kürək ağrısına son
Arkadi Nepitalyuk: "Ukrayna hələ indi doğulmağa başlayır” - SÖHBƏT
Qısa saçlar üçün saç yığma modelləri
Leyla Əliyevanın doğum günüdür
8 milyon dollarlıq boyunbağı
Ombalarınızı qaldıran 5 məşq hərəkəti
Ece Seçkinin 600 minlik hədiyyəsi-FOTO
Uşaq otaqları
Ədviyyatlar
Xəzərə yolumuzu bağlayanlar cəzalanacaqlar - 50 min manat
Müəllimlərlə bağlı yeni qaydalar
Türkiyədə 4,2 bal gücündə zəlzələ
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Azotdakı tarazlıq və bakteriyalar
Günün qoroskopu: ümumi işlərdə yalnız özünüzü düşünməyin
"Madmuazel" salatı (foto resept)
Metrodan istifadə edənlərin nəzərinə: Gələn ilin fevralına qədər...
Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun
"40 Qoz" tortu(foto-resept)
Günün qoroskopu: maliyyə durumu stabildir
9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb
Ali məktəblərin statuslarının müəyyənləşdirilməsi zamanı tələbə qəbulu göstəriciləri də nəzərə alınacaq
Eboladan ölənlər artır
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Yanğında ölənlər sakinlər tərəfindən belə anıldı
HAVA necə olacaq? 23 MAY
Türkiyənin ən gözəl qızı və oğlanı seçildi - FOTO
Fahriye hələ də xəstəxanadadır-FOTO
Hava xəbərdarlığı edildi
Qan azlığının qarşısını alan 5 faktor
Təyyarədən enmək üçün bunu etdi-FOTO
Sevmədən evlənməyin
Corc Kluni qəzaya düşdü
Kiçik küftəli şorba (foto-resept)
Ronaldo tarixə düşdü
Dünyanın ilk robot vətəndaşı ailə qurmaq istəyir - Video
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
Sevgililər Gününü yalnız keçirənlərə
Pişiklər sevgilərini necə göstərir
İran Ermənistana xəbərdarlıq etdi














