Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər münaqişələrə də diqqəti yönəldir. Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşib. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnib.
ANS PRESS-in məlumatına görə, bu sözləri bu sözləri prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində deyib.Ərazilərimizin 20 faizinin işğal altında olduğunu və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt edildiyini deyən İlham Əliyev bildirib ki, Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb."700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur.ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb.
Düşünürəm ki, Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yox idi. Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir", - deyə İlham Əliyev bildirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Teflon örtüyü olan qablarda təhlükə
Gözəl akvariumlar
Lukaşenko Putindən kömək istədi
Vulkan külü Argentinaya çatdı
Özünüzü motivasiya etməyin 10 yolu
Üzlərində çil olsun deyə
Koronavirus artıq İtaliyadadır
Utancaqlıqdan necə xilas olmaq olar?
Meqan Markl Evlilik Verilişinin Aparıcısı Olacaq!-FOTO
Prezidentin köməkçisindən Paşinyana cavab
Günün ulduz falı
UEFA-dan şok qərar
Azərbaycanda reklama nə qədər pul xərclənilir?
Yaponiyalı astronavtın boyu kosmosda 9 sm uzanıb
Mini ətəklər
Xaricdəki diplomatik nümayəndəliklərin mədəniyyət mərkəzləri rəhbərlərinin uşaqları da diplomatik pasport ala biləcək
Ailələrimiz niyə dağılır?
Doqquz yaşlı qız dişi çəkildikdən sonra öldü - VİDEO
Bu günün tarixi (27.09.2014)
Pensiyaçıların nəzərinə!
Ordumuzun giziri yaralandı
Mal ətinin qiyməti endirildi - 10 MANAT 50 QƏPİK
Saçları möhkəmlədən vasitələr
Eskobarın xəzinəsi tapıldı
İqor Morskinin xəyal gücü
Qırmızı rəng hansı hallarda geyinilər?
Nazirlik azyaşlıları necə sınağa çəkir?
Ermənilər çaylarımızı yenə bulandırır
Məntiqi test
Alimlər koronavirus peyvəndini öz bədənlərində sınayıblar - İDDİA
“Windows XP” bahalaşdı
“Qarabağ” gedir
Çində koronavirusa yoluxma halı yenidən artdı
“Küləklə sovrulanlar” filmi ekranlara qayıdır
Karandaşdakı ibrət
Prezident İlham Əliyevə siyahı göndərildi
Hitlerin nifrət etdiyi dahilər
Çinarə Məlikzadə Mustafa Ceceli ilə duet oxudu - FOTO/VİDEO
Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu
Supernova nəticəsində minlərlə Dünya yarana bilər
Bu qulaqcığın qiymətinə inanmayacaqsınız
Bu gün ölkəmizdə Bilik Günüdür!
Bildirçin yumurtasından istifadə edərkən diqqətli olun!
Qatıqlı şirniyyat (foto resept)
30 illik kassanın içindən çıxanları görəndə gözlərinə inanmadı
"WhatsApp‍"a bezdirici özəllik gəlir
Bakı-Qazax magistralında yol ötürücüsü ilin sonunadək istismara veriləcək
Cariyələrin pəhrizi- 20 səhər yeməyi (2)
Tərəvəzli makaron (foto-resept)
Cəbhədə amansız atışma
- ŞƏRHLƏR