Qoç - Aktual məsələlərin həlli, peşəkar fəaliyyət və maliyyə sahəsində yaranmış problemlərin aradan qaldırılması üçün günün ilk yarısı ən optimal zamandır. Çoxdan başladığınız işi tələsmədən, amma məntiqli şəkildə başa vursanız, yaxşı nəticələr əldə edəcəksiniz.
Günün ikinci yarısında çətinliklərin çözülməsinə yaradıcı yanaşma sizdə daxili harmoniya hissi, razılıq duyğuları yaradacaq.
Axşam saatlarınızı yaxınlarınızla birlikdə, mənalı istirahətə üstünlük verərək keçirin.
Buğa - Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə doğrultmuş metodları seçin.
Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun. Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.
Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç olmazsa, bəzilərini təxminləməyə can atın.
Əkizlər - İşgüzar təmaslarda diqqətli olun. Başqalarının məsləhətləri ilə davranaraq maraqlarınızı qurban verməyin. Ən müxtəlif yaşda və sosial durumda olan insanlarla dil tapmağa çalışın.
Günün ikinci yarısı intensiv ünsiyyət zamanıdır. Mobillik, çeviklik, psixoloji mütəhərriklik xüsusi əhəmiyyət kəsb edəcək. Çalışdığınız kollektivdə müəyyən gərgin anlar yaşana bilər.
İndiyədək çözə bilmədiyiniz mübahisəni axşam saatlarında asanlıqla həll edə bilərsiniz.
Xərçəng - Səhər saatlarında vurnuxma, işlərin sürətli artımı istisna deyil. Anlaşılmazlıqlar və mübahisələrdə haqsızlığa rəvac verməyin. Ədalətli olun. Emosional durumlarda soyuqqanlı davranın.
Günün ikinci yarısında yeni işə başlayanda təcrübə və ya məlumat çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Harasa təcili yollanmaq zərurəti yaranacaq. Dəyər verdiyiniz insanlarla münasibətlərdə hər şey normal deyil. Bununla belə, situasiyanı həddən artıq dramatikləşdirməyin.
Şir - Təşəbbüskar olun. Bədxahları pərişan etməyin ən rahat yolu onların dedi-qodularına, şayiələrinə fikir verməməkdir. Özünüzü, maraqlarınızı düşünün. Yoxsul yox, varlı olmağa can atın. İnadkar və zəhmətkeş fəaliyyət uğur vəd edir.
Günün ikinci yarısında böyük fiziki qüvvə və vaxt tələb edən iş olacaq. Tələsməyin, bədbinliyə qapılmayın. Gərəkli nəticəni ən son anda əldə edəcəksiniz. Yaxınlarınızla təmaslarda onlara psixoloji təzyiq göstərməyin.
Axşam saatlarında normal istirahət edin.
Qız - Ətrafınızdakı situasiyanı tam anlamasanız da, tələsik qərarlar verməyə tələsməyin. Situasiyadan asılı davranmayın. Hərəkətləriniz xaotik, qarışıq, ziddiyyətli olmasın. Optimal strategiyanı düşünün, işlək taktika seçin.
Günün ikinci yarısında soyuqqanlı olun. Kiçik problemlərə və maneələrə fikir verməyin. Səbrli olun, irəliləyişə can atın.
Yaxınlarınızdan birinin sözləri və əməlləri sizi narahat edə bilər. Yalan eşidəcəksiniz. Hər sözə aldanmayın.
Tərəzi - Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı zamandır.
Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.
Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları gücləndirin.
Əqrəb - Yaşananların məzmununu anlamağa çalışın. Onsuz da gərgin olan əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır. Malik olduqlarınızı araşdırın, təhlil edin.
Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə səbatlı deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz. Baş verməsi çətin, müşkül saydığınız hadisə yaşanacaq.
Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi münasibətlərinizə də təsir edəcək.
Axşam saatlarını yaxınlarınızla keçirin.
Oxatan - Günün ilk yarısında cəhdləriniz ən yaxşı effekti verəcək. Bu və ya digər məsələnin çözüm sürəti zəhmətkeşliyinizdən, inadınızdan asılıdır. Sizdən asılı olmayan amillərlə təmayülləri də unutmayın.
Günün ikinci yarısında dürüst taktikanın seçilməsi xüsusi əhəmiyyət kəsb edəcək. Əhvalınız işgüzar prosesə xüsusi təsir edəcək. Kiçik səhvləri gələcək fəaliyyətiniz üçün faydalı təcrübə sayın. Yaxınlarınız və qohumlarınızla təmaslarda səbrli, təmkinli olun. Münaqişə situasiyası yaratmayın.
Oğlaq - Günün ilk yarısından etibarən aktiv çalışın. Rəqiblərdən geri qalmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə irəliləyin. Tamamilə yeni sahədə tapşırıqlar və sifarişlər ala bilərsiniz.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə problemlər yaranacaq. Anlaşılmazlıqları ağır müşküllərə çevirməyin. Karyeranıza birbaşa təsir edə biləcək söhbət, müzakirə olacaq. Şəxsi həyatınızda önəmli qərarları hələlik təxirə salın.
Axşam saatlarını evdən kənarda keçirin.
Dolça - Maddi məsələlərlə bağlı müəyyən problemlər yarana bilər. Çevik və sayıq davranın. Maddi sahədə yeniliklər istisna deyil. Şübhəli davranmayın. Yanlışlıqlar sizə ağrılı problemlər vəd etmir.
Günün ikinci yarısında işlərinizin səhmanda olmasına xüsusi fikir verin. İşdə rəhbərlik dediklərinizi dinləyəcək. Həmkarlarla münasibətlərin normal olmasına çalışın.
Axşam saatlarına yaxın yorğunluq hiss edə bilərsiniz. Enerji səviyyəniz aşağı düşəcək. Sakitlikdə istirahət edin.
Balıqlar - Maraqlandığınız işlərlə səhər saatlarından məşğul ola bilərsiniz. Diqqətli və sayıq olun. Karyera müstəvisində uğurlar istisna deyil. Yaradıcılıqla bağlı planlarınıza dəyişikliklər də mümkündür.
Günün ikinci yarısında bütün işləri müstəqil görməyə çalışın. Kənardan yardım gözləməyin. Kollektiv fəaliyyətdə qıcıq, diskomfort istisna deyil.
Axşam saatlarında şəxsi münasibətlərdə köhnə problemlər aktivləşə bilər. Sevdiyiniz insanla mühüm söhbətdən yayınmayın.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Şaxta baba" salatı
Süd vəzisi xərçənginə tutulma riski böyük olan qadınlar üçün yenilik
Bakı 2015-in biletləri satışda
Azərbaycanda 3 gün İŞ OLMAYACAQ
121 min dollarlıq sevgi məktubu
Pendirli pomidorlu balıq (foto resept)
Xərçəng xəstəliyindən necə qorunmaq olar?
Məşhur serial FİNAL EDİR
Küçədə yeni tərz
Hilton bacılarından koronavirusa rekord dəstək... - FOTO
4 hərəkətlə kürək ağrısına son
Arkadi Nepitalyuk: "Ukrayna hələ indi doğulmağa başlayır” - SÖHBƏT
Qısa saçlar üçün saç yığma modelləri
Leyla Əliyevanın doğum günüdür
8 milyon dollarlıq boyunbağı
Ombalarınızı qaldıran 5 məşq hərəkəti
Ece Seçkinin 600 minlik hədiyyəsi-FOTO
Uşaq otaqları
Ədviyyatlar
Xəzərə yolumuzu bağlayanlar cəzalanacaqlar - 50 min manat
Müəllimlərlə bağlı yeni qaydalar
Türkiyədə 4,2 bal gücündə zəlzələ
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Azotdakı tarazlıq və bakteriyalar
Günün qoroskopu: ümumi işlərdə yalnız özünüzü düşünməyin
"Madmuazel" salatı (foto resept)
Metrodan istifadə edənlərin nəzərinə: Gələn ilin fevralına qədər...
Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun
"40 Qoz" tortu(foto-resept)
Günün qoroskopu: maliyyə durumu stabildir
9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb
Ali məktəblərin statuslarının müəyyənləşdirilməsi zamanı tələbə qəbulu göstəriciləri də nəzərə alınacaq
Eboladan ölənlər artır
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Yanğında ölənlər sakinlər tərəfindən belə anıldı
HAVA necə olacaq? 23 MAY
Türkiyənin ən gözəl qızı və oğlanı seçildi - FOTO
Fahriye hələ də xəstəxanadadır-FOTO
Hava xəbərdarlığı edildi
Qan azlığının qarşısını alan 5 faktor
Təyyarədən enmək üçün bunu etdi-FOTO
Sevmədən evlənməyin
Corc Kluni qəzaya düşdü
Kiçik küftəli şorba (foto-resept)
Ronaldo tarixə düşdü
Dünyanın ilk robot vətəndaşı ailə qurmaq istəyir - Video
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
Sevgililər Gününü yalnız keçirənlərə
Pişiklər sevgilərini necə göstərir
İran Ermənistana xəbərdarlıq etdi














