Arkadi Nepitalyuk Ukraynada yaşayır, Kiyev Milli Universitetində televiziya rejissurası, aktyorluq, teleaparıcılıq sənətlərini tədris edir, Ukrayna Kinematoqrafçılar Birliyinin üzvüdür. Bir çox telelayihələrə və tamaşalara imza atıb. Onunla ötən ilin noyabrında Lənkəranda tanış olmuşuq. Həmin vaxt o, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Qoqolun “Ölü canlar” əsərini səhnələşdirirdi və Lent.az üçün müsahibə almışdım. Bir dəfə də Maydanda Leninin heykəlinin yıxıdıldığı vaxt söhbət etmişdik, ona “Biz Lenini 90-larda yıxdıq” demişdim o zaman. “ Siz Rusiya ilə bizim qədər bağlı deyilsiniz, ona görə daha tez yıxdınız” deyə, cavab vermişdi.
Bu gün bir daha danışmaq istədim Arkadi ilə, son günlərin Ukraynasını mətbuatdan başqa, bir də onun nəzəri ilə görməyə cəhd etdim.
- Salam Arkadi, necəsiz? Ukrayna necədi?
- Salam! Mən hazırda institutda mühazirələr oxuyuram, bu il üçün yeni rejissor kursu yığıram. Ukrayna isə harasa hərəkət edir. Eyni zamanda Rusiya ilə savaşır. Ən başlıcası budur ki, Ukrayna hələ indi doğulmağa başlayır.
- Ukraynanın tort kimi dilimləndiyi bir zamanda?
- Bəli, amma xalq məhz belə situasiyalarda birləşir. Xalq öz düşmənini dəqiqliklə tanıyır.
- Kimdir ki?
- Bir çox rusiyalı siyasətçi. İndi insanlarda Rusiyanın olan hər şeyə nifrət yaranıb. Rusiya mallarını boykot edirlər, rusiyalı sənətçilər Ukraynaya olan qastrollarını təxirə salırlar.
- Bəs insanlarda SSRİ üçün darıxmaq kimi bir hiss də müşahidə olunurmu?
- Cənub və şərq regionlarında yaşlı nəsil təmsilçilərində bu hiss var, amma onlar ukraynapərəstlərlə müqayisədə azdırlar. Onlar əsasən təqaüdçülərdirlər. Onlar öz övladlarını və nəvələrini düşünmürlər, ancaq özlərini düşünürlər. Onlar özlərini Ukrayna tərəfindən incidilmiş hiss edir və İttifaqa istəyirlər. Amma İttifaq artıq yoxdur. Bu, onların illüziyasıdır.
- O təqaüdçülər müharibədən sonrakı İttifaqın uşaqlarıdırlar və öz uşaqlarını da məhz həmin İttifaqda görmək istəyirlər. Bu, bütün postsovet məkanında rast gəlinən situasiyadır, elə bizdə də yox deyil...
- Bəli, sizdə də belə hal var. Bu, sadəcə eqoizmdir.
- Arkadi, yəqin ki, Jirinovskinin ən son bəyanatı haqda eşitmisiz, Polşa, Rumıniya və Macarıstana Ukraynanı bölmək təklifini deyirəm...
- Jirinovski kloundur. Düzdür, Rusiya indi çox qəzəblidir, amma Ukrayna onun axırına çıxacaq, sadəcə zaman lazımdır.
- Bəs Qərb? Qərbə ümid edirsiz?
- Qərbə Rusiyasız Ukrayna maraqlıdır. Artıq elə də çox ümid etmirik. Özümüzə ümid edirik. Putin Ukraynada adət etmədiyi cavabla qarşılaşdı: İnsanlar Maydanda güllə qabağına gedirdilər, amma geri çəkilmirdilər, indi isə Krımda cavab atəşi açmırlar. Onlar bizi axıra kimi öyrənə bilmirlər, elə düşünürlər ki, biz də onlar kimiyik, amma bu belə deyil.
- Yaradıcılıq işləriniz necədir, bu zamanda əvvəlki kimi işləmək alınırmı?
- Hadisələrlə əlaqədar çox işlər dayanıb. Alınmır. Bütün diqqət ölkədəki vəziyyətə yönəlib. Amma nə isə etməyə çalışıram.
- Bəs bu hadisələr yaradıcılığınızda öz əksini tapacaqmı?
- Tapacaq, amma indi yox. Hər şeyi tamlığı ilə dərk etmək üçün müəyyən zaman keçməlidir.
- KİV-dən oxudum ki, Ermənistanın eks-müdafiə naziri “Qarabağı Rusiyaya verin” deyib. Təcrübəli rejissor kimi, bütün bu baş verənlərin böyük bir səhnə üçün hazırlanmış nəhəng tamaşa olmasını düşünərdiz?
- Mümkündür. Belə aqressiv zəbt dalğasında başqaları da nə isə qapmaq istəyər mütləq. Hər şey mümkündür. Kimsə darıxır, əylənmək istəyir. Güclülər oyun qurur. Amma Rusiya özünü küncə sıxır.
- Necə düşünürsüz, mümkündürmü ki, bir gün hamımız ayılaq və görək, ABŞ və Rusiya sadəcə öz aralarında oyun qurublarmış, bəlkə də hətta birlikləri varmış?
- Bəli, ABŞ və Rusiya arasında hansısa oyun mütləq var – kim daha güclüdür və kimin oyunu daha qorxuncdur. Şəxsən mənə daha asandır, mənim heç vaxt Rusiya ilə hansısa bağlılıqlarım olmayıb. Amma bizim əksər insanlarımızı Rusiyaya və rusiyalılara bağlılıqları var. Mən “rus” demirəm, fikir verirsizmi? Çünki bu adın özü bizdən oğurlanıb – Rus. Yadıma düşmüşkən, soruşum, sizin o Qocalar Evindəki Ukrayna əsilli keçmiş döyüşçü hardadır, necədir? Onunla bağlı nəsə yenilik varmı? ( Səbuhi Məmmədlinin reportajındakı Jenya Momot haqqında soruşur – red.)
- Hələ ki yox. Mən onun haqqında romanı başlamışam, yeni heç nə bilmirəm hələ. Mayda onunla görüşməyi düşünürəm, mənim özümə də maraqlıdır: İndi o harada və kimin tərəfində döyüşərdi. Mən də oradakı bizimkiləri soruşum. Necədirlər Ukraynadakı azərbaycanlılar?
- Maydanda, yeri gəlmişkən, azərbaycanlılar da vardı. Məsələn, bir tanış rejissor var, Fuad Əliyev, o, həmişə Maydanda olurdu. Burda yaşayır, arvadı da ukraynalıdır.
- Arkadi, təşəkkür edirəm cavablara görə. Şadam ki, səninlə tanışıq. Xoşbəxt bir Ukraynada görüşənədək!
- Dəyməz, mən də şadam, nə lazım olsa, yazın. Azərbaycanda görüşənədək. Bizdə belə deyirlər – “Şastı”!
LENT.AZ
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"