
"Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm. Uşaqlıqda ad günümə çox qonaq gələndə, səs-küylü və şən olanda sevinirdim".
ANS PRESS-in məlumatına görə, bunu "Trend"ə müsahibəsində bu gün yubileyini qeyd edən Azərbaycan prezidentinin böyük qızı, Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva deyib.
Onun sözlərinə görə, ad günündə ən yaxın və ən əziz olan insanların əhatəsində, şərtsiz, təmənnasız sevginin əhatəsində olmaq istəyir. "Hamıya xoş əhval-ruhiyyə, möhkəm cansağlığı və bolluca xoşbəxtlik arzulayıram".
Dövlət başçısının qızı əkiz övladlarından da danışıb. O, uşaqları – ən böyük xoşbəxtlik adlandırıb.
"İndi mənim uşaqlarım elə bir yaşa çatıblar ki, mənə onlarla daha çox vaxt keçirmək maraqlıdır, nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara gedirik. Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var. Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır".
L.Əliyevanın fikrincə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar.
O, isə övladlarına daha çox azadlıq verməyə çalışır, xüsusən də onlar oğlan olduqları üçün. "Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar.
Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni məyus və kədərli vəziyyətdə görməyiblər. Mən həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları müsbət ruhda kökləyirəm".
Əli və Mikayıl artıq üç dildə danışırlar: Azərbaycan, ingilis və rus. Onlar riyaziyyatla, incəsənətlə maraqlanırlar.
Anaları onlara kitablar oxuduğunu və kompüter arxasında daha az vaxt keçirməyə çalışdığını deyir. "Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq illərini həmişə sevə-sevə xatırlasınlar, yada salsınlar".
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Çiyələkdən qurd çıxdı - Sosial media QARIŞDI/VİDEO
Evlənəcəyiniz insandan bunları soruşun
Türkiyə çempionatı: "Beşiktaş"ın super şansı
Ermənilər Ağrı dağ tamahı
Daş-qaşlı ziyafət çantaları
Yaponlardan SAQQAL QADAДћASI
Saytların 45 faizində Facebook...
Bakıda xatirə pul nişanları buraxıldı
Bürcünüzə görə hansı işdə işləməlisiniz?
Həm idman, həm əyləncə
Bakıda 720 manata alça satılır
Amerikan salatı (foto resept)
Bakıda yağış və külək
Qəhvənin düzgün içilmə qaydası
Pitaya meyvəsi
Evlilikdə məntiqsiz düşüncə və inanclar
"Makiyajsız çirkinsən" deyən izləyicisini cavabı ilə susdurdu - FOTO
Xocavəndin işğaldan azad olunan Daşbaşı kəndi - VİDEO
BMW Z4 təqdim olundu
Günün ulduz falı
Koronavirusun ən təhlükəli əlaməti açıqlandı
Türkiyədə dərslərə fasilə verildi
Retro saç stili yenidən dəbdə!
Azərbaycana yeni vəzifə həvalə edildi
Saçlarımız tökülməsin
Qış papaqları
Dünyanın ən qəribə xəbərdarlıq lövhələri
Afrikalı model kainat gözəli oldu-FOTO
HAVA necə olacaq?
Hava haqqında - 11.08.2013
Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı
HAVA necə olacaq?- 27 APREL
Tələ
Əsgər analarının aksiyası Ermənistanı silkələdi
Bişmiş kəsmiklə qızardılmış çörək(foto resept)
Braziliyada nadir təbiət hadisəsi
Hansı hallarda SMS icazə tələb olunmur?
"Bakı 2015"in medalı
Əliyev və xanımı “Şahdağ”da
Yağları əridən içkilər
Hava haqqında
Mükəmməl ata olmaq üçün...
Varlı ərin C vitaminindən belə faydalı olmasının 11 sübutu
Hamiləlik dövründə bunlardan zövq alın
Bicsən, ya ağıllı? (Test)
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
Əsla makiyajlı yatmayın!
Dadlı makaron (foto resept)
2019 gəlin makiyajı trendləri















- ŞƏRHLƏR