
Ən sadə hesab etdiyimiz maddə olan su, əslində, özündə bir çox sirr saxlayır. Alimlər hələ də onu tədqiq edir və bu maddə haqqında yeni-yeni maraqlı məlumatlar əldə edirlər.
Dünyada ən təmiz su Finlandiyadadır.
Təzə və təbii su araşdırmalarında indiyədək 122 ölkə iştirak edib. Bununla belə, dünya üzrə bir milyard nəfər ümumiyyətlə təhlükəsiz suya çıxışa malik deyil.
Buz isti sudan daha tez əldə edilir
Hansı su daha tez buza çevrilər: isti ya soyuq? Məntiqlə düşünsək, bu, əlbəttə ki, soyuq sudur. Axı, isti su əvvəlcə soyumalı, bundan sonra donmalıdır. Soyuğu isə soyutmaq lazım deyil. Lakin təcrübə göstərir ki, məhz isti su daha tez buza çevrilir. Qeyd edək ki, bu maraqlı faktın cavabı hələ də mövcud deyil.
Su həyatın əsasıdır
Bütün heyvanlar və bitkilər, hətta insan sudan ibarətdir: heyvanlar - 75%, balıqlar - 75%, meduzalar - 99%, kartof - 76%, alma - 85%, pomidor - 90%, xiyar - 95%, qarpız - 96%. Yeni doğulan körpələrin bədənində 86%, yaşlı insanlarda isə 50% su var.
Bununla belə, su həm də xəstəlik daşıyıcısıdır. O, yalnız həyat vermir, həm də onu alır: dünyada bütün xəstəliklərin 85%-i su vasitəsilə ötürülür. Hər il belə xəstəliklərdən 25 milyon insan ölür.
Ən çox içməli su buzlaqlardadır.
Ən çox su dünya okeanındadır. Lakin əslində, Yer mantiyasında suyun miqdarı dünya okeanındakından 10-12 dəfə çoxdur. Bununla belə, planetdə olan, demək olar, bütün su kütləsi içmək üçün yararsızdır. Biz yalnız 3% suyu içə bilərik; içməli su ehtiyatımız məhz bu qədərdir. Lakin bu 3%-in böyük hissəsi əlçatmazdır, çünki o, buzlaqlardadır.
Su dietadır
Suyun köməyi ilə artıq çəki ilə mübarizə aparmaq olar. İçkilərdən yalnız sudan istifadə etməklə rasionun ümumi kalori miqdarını azaltmaq mümkündür. Çünki yalnız su içməkə insan əvvəla kalorili qazlı içkilər və şirələr içməyi dayandırır, həm də çay və qəhvədən fərqli olaraq, su içdikdən sonra insan şirniyyat yeməyə meylli olmur.
Su sağlamlıqdır
Su ürək tutması riskini azaltmağa imkan verir. Araşdırmalar zamanı alimlər müəyyən ediblər ki, gündə təxminən altı stəkan su içənlər gün ərzində iki stəkan su içən insanlardan daha az ürək tutması riski daşıyırlar.
İnsan susuz az müddət yaşaya bilər
Suya tələbat okigenə olan tələbatdan sonra ikinci yerdə durur. İnsan qidasız təxminən altı həftə, susuz isə cəmi 5-7 sutka yaşaya bilər. İnsan bütün ömrü ərzində təxminən 35 ton su içir.
İnsaz susuz ölür
Əgər o, öz bədən kütləsindən 2% su itirirsə, susuzluq yaranır. Əgər itirilmiş su faizi 10-a çatırsa, o zaman insanda hallusinasiyalar başlayır. 12% su itirən insan həkim köməyi olmadan özünə gələ bilməz. 20% su itirən insan isə ölür.
Su pulsuz olduğu kimi, çox bahalı da ola bilər
Dünyada ən bahalı su ABŞ-ın Los-Anceles şəhərində satılır. Burada istehsalçılar balanslaşdırılmış dada və ph dəyərinə malik qiymətli mayeni Swarovski strazlı şüşə qablara doldururlar. Belə suyun bir litri 90 ABŞ dollarına satılır.
Yanan su da var
Təhlükəli su da mövcuddur. Belə ki, məsələn, Azərbaycanda tərkibində çoxlu metan olan su var. Buna görə də həmin suya kibrit yaxınlaşdırdıqda, o yana bilər. Siciliyada isə göllərdən birində onun suyunu zəhərləyən sualtı turşu mənbəyi var.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Prezident İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib - FOTO
3 günə 1 kiloqram arıqladan pəhriz
Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur
TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ
İcra başçısının jurnalistlərə verdiyi “Tissot” saxta çıxdı
Meyvəli tort - 2 (foto resept)
Fahriye və Burak uşaqları ilə bağlı hazırlıqlara başladılar
2013 nələr vəd edir?
Aleyna Tilki dondurma reklamında
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
Astroloqun Azərbaycan üçün 2015 proqnozu
Prezident İlham Əliyev Ərdoğana zəng edib
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Oruc tutmağın faydası və qaydaları
Ən kasıb prezident
Qeyri-adi fotoşop nümunələri
Azərbaycanda il ərzində yeni Ayın təzələnmə vaxtı açıqlanıb
Hamiləlik dövründə hansı qidalara üstünlük verməli?
İlham Əliyev: “Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir”
Bədənizdəki xallar sizin haqqınızda nə deyir TEST
Ermənilər yenidən mülki əhalini top atəşinə tutdu: Ölənlər var - RƏSMİ
Bakıda hərəkət iflic oldu
Günahları məhv edən amillər
Azərbaycanda dərslik kitabları ləğv oluna bilər
Alişanın xanımı Tənqid hədəfinə çevrildi-SƏBƏB/FOTO
Ən populyar ixtisasların keçid balı açıqlandı
Türkiyəli məşhurlardan Azərbaycana Qarabağ DƏSTƏYİ
Dünyaya sərt mesaj verdi
NASA: Noyabrda dünya qaranlığa qərq olacaq
İncə bilərziklər
Qadınlara özəl: xoşbəxt olmaq üçün bunları etməyin!
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda(2)
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Saçları gözəlləşdirən sadə üsullar
Hava haqqında - 10.10.2013
Bütün mülkünü satıb dünya turuna çıxdı
Tanış olun: ən son Subaru Legacy
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Balıqçılar 5 metrlik akula tutdular-FOTO
Manat dollara güc gəlir
Məşhur cütlük toydan sonra İLK DƏFƏ-FOTO
Evlilikdə çətin və ən xoşbəxt illər
Məleykə Abbaszadə müraciət etdi
Məşhur aktyor Dünyanın Ən Yaraşıqlı Kişisi seçildi-FOTO
WhatsApp-dan Google bombası
Məşhur aktyor Bakıya gəlir-SƏBƏB/VİDEO
Siqaret yaddaş itkisinə səbəb olur















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]