Dekabrın 1-də Fəvvarələr meydanında ənənəvi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası açılıb. Dalbadal altıncı ildir "Nargis Fund"un təşəbbüsü ilə keçirilən yarmarka 2019-cu il yanvarın 6-dək davam edəcək.
"Azərişıq" ASC, "Bakı Abadlıq Xidməti" MMC və "Pasha Security", habelə "Boutique One", "Azercell", "Azərbaycan çayı", "Berg", "Balkhoorma", "Zeytun bağları", "Muğanbank" və "Coca-cola" yarmarkanın yüksək səviyyədə keçirilməsinə dəstək göstərirlər.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, ənənəyə görə, tədbirdən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək. Uşaq evlərinin sakinləri yarmarkanın fəxri qonaqları olacaqlar. Onları əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.
Xeyriyyə yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə təşkil edilib. Burada doğma və yaxınlar üçün Yeni il hədiyyələri - suvenirlər, kitablar, geyim və şirniyyat almaq və bununla da ehtiyacı olan bir çox uşaqlara sevinc bəxş etmək olar. Xudmani kafelər ətirli qəhvə və çay içib qızınmağı, müxtəlif bişintilərin və milli yeməklərin dadına baxmağı təklif edirlər.
Əyləncəli proqramlar, konsertlər, maraqlı insanlarla tanışlıqlar, böyüklər və uşaqlar üçün çoxsaylı sürprizlər əsl Yeni il ovqatı yaradacaq, Şaxta Baba ilə Qar Qızın, sevimli nağıl qəhrəmanlarının müşayiəti ilə qış nağılı aləminə səyahət etmək və özünü bu nağılın qəhrəmanı hiss etmək imkanı bəxş edəcək.
Qeyd edək ki, "Nargis Fund" "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən 2012-ci ildə yaradılıb. Artıq xoş ənənəyə çevrilən "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası da məhz həmin vaxtdan keçirilir.
"Nargis Fund"un fəaliyyəti və "Soyuq əllər, isti ürək" yarmarkası haqqında ətraflı informasiyanı Fondun rəsmi "nargisfund.com" saytında, habelə "Instagram" və "Facebook" sosial şəbəkələrindəki rəsmi səhifələrində əldə etmək olar.
XƏBƏR LENTİ
TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
2017-ci ilin ən çox satılan kitabları
Məşhur prodüser 6-cı dəfə evləndi-FOTO
Azərbaycanda bir gecəlik çıxışının qiyməti REKORD HƏDDƏ ÇATDI
İspaniya "Facebook"u cərimələdi
Demetin AÇIQLAMASI diqqət çəkdi
Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu - FOTO
Əfsanəvi Raul karyerasını başa vurdu
FİFA-da korrupsiya qalmaqalı
Tornado cənub-qərbi alt-üst etdi
Duz lampası nədir, faydaları nələrdir?
Zebra keks (foto resept)
Ebru Gündeş bahalı geyimi və aksessuarları ilə diqqət çəkib-FOTO
Şimali Koreyada bu gün qurultay keçiriləcək
Səudiyyə Ərəbistanının kralı vəfat edib
10 yaşlı dahi
Onu cox sevirəm
Dollar və avro kəskin ucuzlaşdı
ABŞ konqresmenləri: Azərbaycan siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir
Qadın və kişiləri özünə əmin edən amillər
Həmkarlarının üzərinə öskürən həkim həbs edildi
Qızılı xəstəlik
Xəstəxana dəhlizində ölən kişi 13 gün sonra... - FOTO
Mesut Özil və Amine Gülşenin qızı doğuldu-FOTO
Faydalı maskalar
Azərbaycanda tibbi maska pulsuz paylana bilər - RƏSMİ AÇIQLAMA
Türk mətbəxindən "Fındıqlı kadayıf" (foto resept)
Hindistanda güclü zəlzələ
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Bir yaşlı uşaq ağlı ilə hər kəsi heyran qoyub – FOTO/VİDEO
Aleksandr Fomin: “Rusiyanın təlimlərinin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlılığı yoxdur”
Xarab lampaları necə istifadə etməli?
Coronavirusa qarşı dərman tapıldı, AMMA....
Bu günün hava proqnozu
Yumurtanı daha yaxşı necə qaynatmalı?
Biz Azərbaycan qadınları uşaqlara təhsil vermirik
Sirkdən heyvanları yığışdırdılar - ŞOK QƏRAR - FOTO
9-cu sinif şagirdlərinə şad xəbər
Mənzillər ucuzlaşıb, torpaq isə...
Schuizu balıq (foto resept)
HAVA necə olacaq?-16 Sentyabr
Ən çox danışdığımız xarici dil ölür
Sultan kababı (foto-resept)
Məşhur olmadan əvvəl aktyorların peşələri
İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiqləndi
Qarabağda müharibə faciəyə səbəb ola bilər
İstirahət gününün HAVAsı
Günün qoroskopu:İsrafçıl olmayın
Gonbullar əlil hüququ aldılar
Dünyaca məşhur villa satışa çıxarıldı-FOTO














