Qızılyel qədim zamanların xəstəliyi olub yoluxucu olması ilə bilinir. Xəstəliyin adı fransızca “rouge” sözündən götürülüb və tərcümədə “qırmızı” deməkdir. Prosesi əmələ gətirən bakteriya, 1881-ci ildə Rosenbuch və Fehleisen tərəfindən tapılan qızılyel streptokokkudur. Lakin sonradan qızılyel prosesini, növlərindən və cinsindən asılı olmayaraq, bütün streptokokkların əmələ gətirdiyi aşkar olunub. Buna görə də streptokokk “hər şeyə qadir olan və əlindən hər şey gələn mikrob” adlandırılıb.
Xəritə və alova bənzər dəri
Həkim-infeksionist Aygün Həsənova Milli.Az-a dedi ki, qızılyel yaraları ağırlaşdıran kəskin infeksion xəstəlikdir. Proses dərinin və dərialtı toxumanın, həmçinin selikli qişanın, əsas etibarı ilə dərinin ən kiçik limfa yollarının kəskin, proqressiv sürətdə artan iltihabından ibarətdir. Xəstəliyin inkubasiya dövrü qısa olub, bir neçə saatdan 3-7 günədək davam edir: “Qızılyel klinik cəhətdən üç əsas formada inkişaf edir. Eritematoz qızılyel, suluqlu qızılyel və qanqrenoz, yaxud fleqmonoz qızılyel.
Qızılyelin əlamətləri yerli və ümumi xassəli olur. Eritematoz qızılyelin yerli əlamətləri, hər şeydən əvvəl, infeksiya yerinin qızarmasından ibarətdir. Bu qızartı bir neçə saat ərzində artıb-böyüyür, çox vaxt dərinin sağlam hissəsindən kəskin şəkildə seçilir. Qızartı zolaq şəklində, gah ayrı-ayrı ləkələr kimi, gah da alov dilləri kimi girintili-çıxıntılı sürətdə yayılır. Kənardan baxdıqda xəritəyə və ya alov dillərinə oxşayır. Bəzən ləkələrin və zolaqların, girinti-çıxıntıların bir-biri ilə birləşməsi ilk baxışdan görünmür, lakin diqqətlə baxdıqda bunları birləşdirən zəif qırmızı zolaqları, körpücükləri görmək mümkündür. Bu zolaqlar, yaxud körpücüklər kiçik limfa damarlarının iltihabı nəticəsində əmələ gəlir. Yəni iltihaba uğrayıb qızarmış və şişmiş kiçik limfa damarlarından ibarətdir. Qızartı bəzən hərəkət edərək əsas infeksiya mənbəyindən çox uzağa gedir. Qızartı parlaq olur, dəri onun önündə əmələ gələn iltihabi dəyişikliklərdən asılı olaraq son dərəcə hamarlaşır. Qızarmış dəriyə əl vurduqda onun isti və şiş olduğu hiss edilir, həmçinin ağrıyır. Barmaqla basdıqdan sonra qızartı çəkilib dərhal yenidən əmələ gəlir. Dəri toxumalarının kəskinləşmə dərəcəsi anatomik və topoqrafik şəraitdən asılıdır. Bədənin bəzi yerlərində (burun, yanaq və sair) dəri gərilmiş olur”.
Ödem
Həkimin sözlərinə görə, qızılyeldə əmələ gələn hallardan biri də zədələnmiş, xəstələnmiş toxumaların ödemidir. Ödem dəri örtüklərinin seroz iltihabından asılı olub bütün qızarmış sahəyə yayılır. Qızartı qurtaran yerlərdə dairəvi çıxıntı əmələ gəlir. Ödem dərəcəsi infeksiyadan, dəri dartılmasının anatomik şəraitindən və dərialtı piy təbəqəsinin zənginliyindən asılıdır. Ona görə kiprikdə, cinsiyyət üzvləri nahiyəsində və başqa yerlərdə ödem daha böyük və geniş olur.
Seroz maye
A.Həsənova bildirib ki, suluqlu qızılyel dərinin üst qatının (epidermis) azacıq qalxması ilə başlanır. Onun qalxmasını gözlə görmək çətin olur. Bu qalxma nəticəsində əmələ gələn suluqlar seroz maye ilə dolur. Az sonra bir neçə suluğun birləşməsi nəticəsində böyük suluqlar əmələ gəlir. Böyük suluqların içərisində bəzən şəffaf seroz maye, bəzən də tutqun, bulanıq seroz-irinli maye olur. Suluq mayesində mikroorqanizmlər tapılmaya da bilər, lakin bəzən çox keçməmiş streptokokk tapılır. Böyük suluqlar çox vaxt partlayır və epidermis qabıq, qartmaq şəklində qurumağa başlayır.
Dəri nekrozu
Həkim-infeksionistin dediyinə görə, qızılyelin üçüncü şəkli fleqmonoz, qanqrenoz qızılyeldir. Burada dəri qidalanmasının pozulması, infeksiyanın ağır viruslu olması, yaxud qarışıq infeksiya, orqanizmin zəifləməsi və özünü müdafiə edə bilməməsi nəticəsində dəri nekrozları əmələ gəlir. Nekroz xüsusən dərialtı piy toxuması ilə zəngin olmayan, dərinin çox dartılan yerlərində tez-tez əmələ gəlir: “Bütün bunların nəticəsində, çox vaxt qarışıq infeksiyadan sonra, fleqmonalar törəyə bilər. Fleqmonalar təkcə streptokokk infeksiyası olduqda da inkişaf edə bilər”.
Bitib-tükənməyən problemlər
Həkim vurğulayıb ki, qızılyel prosesinin yayılma sürəti müxtəlif olduğu üçün proses sutka ərzində xeyli artıb genişlənə bilər. Həmçinin prosesinin yayılma sürəti bakteriyaların təsirindən və orqanizmin zəifliyindən də asılıdır: “Qızılyel prosesinin yayılma yolları müəyyən qanuna tabedir. Belə ki, vücudun bəzi nöqtələrində qızılyelin əlamətinə qətiyyən rast gəlinmir (burun-dodaq şırımı, qasıq büküyü, diz qapağı nahiyəsi və sair). Bu hal dərinin möhkəm dartınıb müvafiq yerlərə birləşməsi ilə izah edilir. Xəstəliyin əlaməti daha çox üz dərisində nəzərə çarpır. Burun dəliklərinin qarşısında, dodaqlarda, göz qapaqları bucaqlarında və qulaqda əmələ gələn sıyrıntılar, çatlar qızılyelin inkişafı üçün əlverişli şərait yaradır. Burada infeksiyanın əldən keçməsi də mümkündür. Ən təhlükəli isə başın və üzün qızılyelidir. Çünki xəstəlik törədici infeksiyalar üzün çoxlu venaları vasitəsi ilə beyin qişalarına keçə bilir. Ətraflarda və gövdədə isə qızılyelə nisbətən az təsadüf olunur.
Qızılyelin gedişi kəskin, yarımkəskin və xronik ola bilər. Yarımkəskin qızılyel həftə yarım və daha çox davam edə bilir ki, bu, xronik şəkildə davam edən qızılyel adlanır.
Qızılyel xəstəliyinə tutulmuş orqanizmdə bir çox hallar müşahidə edilir. Bunların içərisində ən mühümü temperaturun sürətlə 40 dərəcəyə qədər yüksəlməsidir. Çox vaxt bu xəstəlik qusma, əzginlik, bədənin gizildəməsi ilə başlayır və dalaqda şişmə baş verir. Ürəyin fəaliyyətində problemlər yaranır. Xəstəliyin ağırlaşma dövründə sinir sistemi pozulur, xəstə huşunu itirir və sayıqlamağa başlayır. Proses beyin qişalarına keçdikdə isə meningit əmələ gələ bilər. Qızılyelin ağırlaşması zamanı limfa vəzilərinin xəstəliyi, oynaqlarda irinli iltihab, plevrit və ürəkdə endokardit və perikardit yarana bilər.
Qızılyel prosesi uzun müddət davam etdikdə fil xəstəliyi inkişaf edir və nəticədə əmək qabiliyyəti pozulur. Həmçinin qalxanabənzər vəzinin atrofiyası baş verir”.
Diaqnoz
A.Həsənovanın sözlərinə əsasən, xəstəliyin müayinəsi adətən çətin olmur. Temperatur yüksəlir, kəskin surətdə seçilən qırmızılıq əmələ gəlir, dəri şişir, proses sürətli inkişaf edir, orqanizmdə ümumi zəiflik və əzginlik müşahidə olunur. Bəzən qusma və s. baş verə bilər. Pataloji cəhətdən qızıl yel prosesi başlanğıc dövrdə seroz iltihabdan ibarət olur. Limfa damarları genişlənir, orqanizmdə külli miqdarda streptokokk və leykositlər artaraq çoxalır. Dərinin limfatik çatlarında streptokokk az olur və kapliyarlarda ona təsadüf hallarda rast gəlinir.
Müalicə
İnfeksionist qeyd edib ki, xəstəliyə tutulmuş şəxslərin müalicəsinə diqqətlə yanaşılmalı və sayıq olmaq lazımdır. Xəstəyə xidmət göstərən və müalicə edən həkim isə ehtiyatlı olmalıdır ki, təhlükəli streptokokk infeksiyası ətrafa yayılmasın. Qızılyelin müalicəsi, əsasən, antibiotiklə aparılır. Burada ilk olaraq qızartı və yüksək temperaturun aşağı salınmasına yönəlik tədbirlər görülməlidir. Ağır xəstələr, əsasən, xəstəxana şəraitində müalicə olunmalıdırlar. Dərman vasitələri ilə yanaşı, xəstəyə fizioterapiya - yerli ultrabənövşəyi şüalanma (UBŞ) və yüksək tezlikli cərəyan (UYT) tətbiq edilə bilər. Həmçinin ürək zəifliyi, böyrəkdə baş verən dəyişikliklərə qarşı və qəbizliklə mübarizə aparmaq lazımdır. Xəstəyə çoxlu su və çay verilməli, pəhriz təyin olunmalıdır.
Zəhra
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR