
Ödem Həkimin sözlərinə görə, qızılyeldə əmələ gələn hallardan biri də zədələnmiş, xəstələnmiş toxumaların ödemidir. Ödem dəri örtüklərinin seroz iltihabından asılı olub bütün qızarmış sahəyə yayılır. Qızartı qurtaran yerlərdə dairəvi çıxıntı əmələ gəlir. Ödem dərəcəsi infeksiyadan, dəri dartılmasının anatomik şəraitindən və dərialtı piy təbəqəsinin zənginliyindən asılıdır. Ona görə kiprikdə, cinsiyyət üzvləri nahiyəsində və başqa yerlərdə ödem daha böyük və geniş olur.
Seroz maye A.Həsənova bildirib ki, suluqlu qızılyel dərinin üst qatının (epidermis) azacıq qalxması ilə başlanır. Onun qalxmasını gözlə görmək çətin olur. Bu qalxma nəticəsində əmələ gələn suluqlar seroz maye ilə dolur. Az sonra bir neçə suluğun birləşməsi nəticəsində böyük suluqlar əmələ gəlir. Böyük suluqların içərisində bəzən şəffaf seroz maye, bəzən də tutqun, bulanıq seroz-irinli maye olur. Suluq mayesində mikroorqanizmlər tapılmaya da bilər, lakin bəzən çox keçməmiş streptokokk tapılır. Böyük suluqlar çox vaxt partlayır və epidermis qabıq, qartmaq şəklində qurumağa başlayır.
Dəri nekrozu Həkim-infeksionistin dediyinə görə, qızılyelin üçüncü şəkli fleqmonoz, qanqrenoz qızılyeldir. Burada dəri qidalanmasının pozulması, infeksiyanın ağır viruslu olması, yaxud qarışıq infeksiya, orqanizmin zəifləməsi və özünü müdafiə edə bilməməsi nəticəsində dəri nekrozları əmələ gəlir. Nekroz xüsusən dərialtı piy toxuması ilə zəngin olmayan, dərinin çox dartılan yerlərində tez-tez əmələ gəlir: “Bütün bunların nəticəsində, çox vaxt qarışıq infeksiyadan sonra, fleqmonalar törəyə bilər. Fleqmonalar təkcə streptokokk infeksiyası olduqda da inkişaf edə bilər”.
Bitib-tükənməyən problemlər Həkim vurğulayıb ki, qızılyel prosesinin yayılma sürəti müxtəlif olduğu üçün proses sutka ərzində xeyli artıb genişlənə bilər. Həmçinin prosesinin yayılma sürəti bakteriyaların təsirindən və orqanizmin zəifliyindən də asılıdır: “Qızılyel prosesinin yayılma yolları müəyyən qanuna tabedir. Belə ki, vücudun bəzi nöqtələrində qızılyelin əlamətinə qətiyyən rast gəlinmir (burun-dodaq şırımı, qasıq büküyü, diz qapağı nahiyəsi və sair). Bu hal dərinin möhkəm dartınıb müvafiq yerlərə birləşməsi ilə izah edilir. Xəstəliyin əlaməti daha çox üz dərisində nəzərə çarpır. Burun dəliklərinin qarşısında, dodaqlarda, göz qapaqları bucaqlarında və qulaqda əmələ gələn sıyrıntılar, çatlar qızılyelin inkişafı üçün əlverişli şərait yaradır. Burada infeksiyanın əldən keçməsi də mümkündür. Ən təhlükəli isə başın və üzün qızılyelidir. Çünki xəstəlik törədici infeksiyalar üzün çoxlu venaları vasitəsi ilə beyin qişalarına keçə bilir. Ətraflarda və gövdədə isə qızılyelə nisbətən az təsadüf olunur. Qızılyelin gedişi kəskin, yarımkəskin və xronik ola bilər. Yarımkəskin qızılyel həftə yarım və daha çox davam edə bilir ki, bu, xronik şəkildə davam edən qızılyel adlanır. Qızılyel xəstəliyinə tutulmuş orqanizmdə bir çox hallar müşahidə edilir. Bunların içərisində ən mühümü temperaturun sürətlə 40 dərəcəyə qədər yüksəlməsidir. Çox vaxt bu xəstəlik qusma, əzginlik, bədənin gizildəməsi ilə başlayır və dalaqda şişmə baş verir. Ürəyin fəaliyyətində problemlər yaranır. Xəstəliyin ağırlaşma dövründə sinir sistemi pozulur, xəstə huşunu itirir və sayıqlamağa başlayır. Proses beyin qişalarına keçdikdə isə meningit əmələ gələ bilər. Qızılyelin ağırlaşması zamanı limfa vəzilərinin xəstəliyi, oynaqlarda irinli iltihab, plevrit və ürəkdə endokardit və perikardit yarana bilər. Qızılyel prosesi uzun müddət davam etdikdə fil xəstəliyi inkişaf edir və nəticədə əmək qabiliyyəti pozulur. Həmçinin qalxanabənzər vəzinin atrofiyası baş verir”.
Diaqnoz A.Həsənovanın sözlərinə əsasən, xəstəliyin müayinəsi adətən çətin olmur. Temperatur yüksəlir, kəskin surətdə seçilən qırmızılıq əmələ gəlir, dəri şişir, proses sürətli inkişaf edir, orqanizmdə ümumi zəiflik və əzginlik müşahidə olunur. Bəzən qusma və s. baş verə bilər. Pataloji cəhətdən qızıl yel prosesi başlanğıc dövrdə seroz iltihabdan ibarət olur. Limfa damarları genişlənir, orqanizmdə külli miqdarda streptokokk və leykositlər artaraq çoxalır. Dərinin limfatik çatlarında streptokokk az olur və kapliyarlarda ona təsadüf hallarda rast gəlinir.
Müalicə İnfeksionist qeyd edib ki, xəstəliyə tutulmuş şəxslərin müalicəsinə diqqətlə yanaşılmalı və sayıq olmaq lazımdır. Xəstəyə xidmət göstərən və müalicə edən həkim isə ehtiyatlı olmalıdır ki, təhlükəli streptokokk infeksiyası ətrafa yayılmasın. Qızılyelin müalicəsi, əsasən, antibiotiklə aparılır. Burada ilk olaraq qızartı və yüksək temperaturun aşağı salınmasına yönəlik tədbirlər görülməlidir. Ağır xəstələr, əsasən, xəstəxana şəraitində müalicə olunmalıdırlar. Dərman vasitələri ilə yanaşı, xəstəyə fizioterapiya - yerli ultrabənövşəyi şüalanma (UBŞ) və yüksək tezlikli cərəyan (UYT) tətbiq edilə bilər. Həmçinin ürək zəifliyi, böyrəkdə baş verən dəyişikliklərə qarşı və qəbizliklə mübarizə aparmaq lazımdır. Xəstəyə çoxlu su və çay verilməli, pəhriz təyin olunmalıdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Prezident İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib - FOTO
3 günə 1 kiloqram arıqladan pəhriz
Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur
TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ
İcra başçısının jurnalistlərə verdiyi “Tissot” saxta çıxdı
Meyvəli tort - 2 (foto resept)
Fahriye və Burak uşaqları ilə bağlı hazırlıqlara başladılar
2013 nələr vəd edir?
Aleyna Tilki dondurma reklamında
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
Astroloqun Azərbaycan üçün 2015 proqnozu
Prezident İlham Əliyev Ərdoğana zəng edib
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Oruc tutmağın faydası və qaydaları
Ən kasıb prezident
Qeyri-adi fotoşop nümunələri
Azərbaycanda il ərzində yeni Ayın təzələnmə vaxtı açıqlanıb
Hamiləlik dövründə hansı qidalara üstünlük verməli?
İlham Əliyev: “Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir”
Bədənizdəki xallar sizin haqqınızda nə deyir TEST
Ermənilər yenidən mülki əhalini top atəşinə tutdu: Ölənlər var - RƏSMİ
Bakıda hərəkət iflic oldu
Günahları məhv edən amillər
Azərbaycanda dərslik kitabları ləğv oluna bilər
Alişanın xanımı Tənqid hədəfinə çevrildi-SƏBƏB/FOTO
Ən populyar ixtisasların keçid balı açıqlandı
Türkiyəli məşhurlardan Azərbaycana Qarabağ DƏSTƏYİ
Dünyaya sərt mesaj verdi
NASA: Noyabrda dünya qaranlığa qərq olacaq
İncə bilərziklər
Qadınlara özəl: xoşbəxt olmaq üçün bunları etməyin!
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda(2)
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Saçları gözəlləşdirən sadə üsullar
Hava haqqında - 10.10.2013
Bütün mülkünü satıb dünya turuna çıxdı
Tanış olun: ən son Subaru Legacy
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Balıqçılar 5 metrlik akula tutdular-FOTO
Manat dollara güc gəlir
Məşhur cütlük toydan sonra İLK DƏFƏ-FOTO
Evlilikdə çətin və ən xoşbəxt illər
Məleykə Abbaszadə müraciət etdi
Məşhur aktyor Dünyanın Ən Yaraşıqlı Kişisi seçildi-FOTO
WhatsApp-dan Google bombası
Məşhur aktyor Bakıya gəlir-SƏBƏB/VİDEO
Siqaret yaddaş itkisinə səbəb olur















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]