
Məlum olduğu kimi, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb və Prezident İlham Əliyev Forumda “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında çıxış edib. Azərbaycan Prezidentinin çıxışı əsasən bir neçə istiqamətdə qurulub və siyasi, iqtisadi, hərbi tərəfləri tam əhatə edib.
Azərbaycan Prezidenti İlham Əliyev əsas məsələlərdən biri kimi dövlətimizin necə müstəqillik əldə etdiyini, bu yolun hansı çətinliklərdən keçdiyini, ictimai-siyasi formasiyaların necə dəyişdiyini dəqiqliyi ilə forum üzvlərinin diqqətinə çatdırdı. Prezident öz çıxışında qeyd etdi ki, "bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.
Dövlət başçısı çıxışında bu yolda ən çətin prosesin məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və dünya dövlətlərinin biganəliyinin olduğunu bir daha diqqətə çatdırdı. Prezident bununla bağlı bəyan etdi ki, “Azərbaycan 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır”. Bu bir həqiqətdir və bunu belə forumda bəyan etmək təqdirəlayiq addımdır.
Azərbaycan Prezidenti çox haqlı olaraq qeyd etdi ki, postsovet məkanındakı, eləcə də ümumilikdə bütün dünyadakı münaqişələrə vahid yanaşma olmalıdır, eyni beynəlxalq hüquqi normalar tətbiq edilməlidir, çünki dövlət başçısının da bildirdiyi kimi, hansısa münaqişə həll olunmadıqda və həlli yubanan münaqişəyə çevrildikdə başqa münaqişə doğurur. Bu gün bu, artıq göz qabağındadır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyəti tərəfindən əməli addımlar atılmadığı üçün yeni münaqişə ocaqları, o cümlədən regionda bu münaqişələrin sayı artır, separatizm dalğası baş qaldırır, hərbi münaqişələr, müharibələr baş verir və bu da təbii ki, insan tələfatı ilə nəticələnir. Məhz buna görə də Prezident İlham Əliyevin bu məsələyə münasibəti alqışlanmalıdır və hər bir dövlət bundan özü üçün nəticələr çıxarmalıdır.
Prezident İlham Əliyev transformasiyalar barədə də danışıb və qeyd edib ki, “bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu, bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.
Dövlət başçısının da vurğuladığı kimi, bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır, ölkə neftdən getdikcə daha az asılı olur, iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülür. Nəticə kimi artıq Azərbaycan özü donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirmək iqtidarındadır.
Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsinin hər bir ölkə, xüsusilə də neft-qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biri olması məsələsi üzərində də dayandı, bu inkişafa mane olan başlıca amillərdən biri kimi məhz regionda terror hücumları ilə bağlı hədələr də daxil olmaqla, münaqişələr və təhdidlərin mövcudluğunu qeyd etdi.
Bununla bağlı cənab İlham Əliyev bildirdi ki, "ölkə hüdudlarından kənarda əvvəlcədən proqnozlaşdırılan vəziyyətə malik olduğunuz zaman ölkədə sabitlik tam şəkildə bərpa edilə bilər. Buna görə də enerji və nəqliyyat layihələrimiz hər bir ölkənin ondan mənfəət əldə edə bilməsi üçün geniş milli və regional əməkdaşlığa yönəlib". Yəni istənilən tərəf hansısa mövqeyindən asılı olmayaraq, Azərbaycan və onun siyasətindən, iqtisadi layihələrindən yararlanmaq istəyirsə, bu təhdidlərin qarşısının alınması istiqamətində əməli addımlar atmalıdır.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev forumda belə bir mövqe ortaya qoymaqla avropalılara dövlət və dövlətçiliyin terrorizm təhdidlərindən və münaqişələrdən qorunması, ikitərəfli maddi, mənəvi və iqtisadi maraqlar zəminində mehriban qonşuluq, əmin-amanlıq şəraitində yaşamaq üçün sanki siyasət dərsi keçdi…
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Həcc ziyarətinə Azərbaycandan ilk qrupun gedəcəyi VAXT AÇIQLANDI
Astmalı uşaqlara qarşı diqqətli olun
Trend: Toxunma donlar
Р’aşı ağrıyan kişinin beynində daş aşkar edildi
Kəlamlar
Lombardlara üz tutanlar artdı
Hər 40 saniyədə bir nəfər intihar edir
Laçının işğalından 28 il ötür
Mikrodalğalı sobalar məhv edilir - ŞOK SƏBƏB
Övladınıza ad qoyarkən düşündünüzmü?
Sükan arxasında siqaret çəkənlər cərimələnəcək
Bədənizdəki xallar sizin haqqınızda nə deyir TEST
Şimşək çaxacaq, yağış yağacaq
Vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq edildi
PUA ilə düşmən hədəflərini məhv etmiş şəhidimiz
Azərbaycanda ən çox hansı ixtisaslara ehtiyac var?
"Hərbi hissənin bölük komandiri məni mütəmadi döyürdü"
Yeni toxunuş növü
Şəkildə qırmızı effekt
Lüksemburq və İrlandiyada koronavirus aşkarlandı
Sorğu: "Qara yanvar" xalqın qəhrəmanlıq tarixidir
Bu günün Ramazan təqvimi (13 iyul)
Klipdə 700 kiloqram qidadan istifadə edildi
"Ağıllı saat" da çıxdı
2015-ci ilin aksessuarları
Jurnalist canlı yayımda ehtiyatsızlıq etdi - FOTO
İlham Əliyev: "İqtisadiyyatımız stabildir"
"Qarabağ" niyə uduzdu?
Hər bir ailəyə 100 manat VERİLƏCƏK - İlham Əliyevdən Azərbaycan əhalisinə YENİ İL HƏDİYYƏSİ/VİDEO
Yer üçün böyük təhlükə
Topa bənzətmişdi, əslində isə...-FOTO
Qidalandırıcı maska
Müəllim olmaq istəyənlər, DİQQƏT - Qeydiyyat başladı
İlham Əliyevdən 2 yeni təyinat
53 yaşlı aktrisa gözəlliyi ilə heyran etdi-FOTO
Samanyolunda ən sürətlə fırlanan ulduz aşkar edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Maraqlı hamam əşyaları
Prezidentin köməkçisi işə piyada gedir - VİDEO
Olimpiadada yenilik - Boksda baş geyimi olmayacaq
Meksika klubu Ronaldunu transfer etdiyi barədə məlumat yaydı
Unikal əməliyyat keçirildi, beyni yeyən qurd çıxarıldı
Kate Winsletin rol aldığı 18 maraqlı film
"Dünyanın ən qədim pendiri" rekordu yeniləndi-FOTO
Məşhur cütlüyün məhkəməsi yekunlaşdı-FOTO
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Qarın yağlarını əridən buzlu yaşıl çay
16 tibb bacısı eyni anda hamilədir-FOTO
Dostlar, gedək Kəlbəcərə, səyahət edək Şuşaya...
"Taxt oyunları" -a aid şərh hər kəsi TƏƏCCÜBLƏNDİRDİ















- ŞƏRHLƏR