Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev Forumun “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında iştirak edib.Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: “Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.Qeyd edək ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.Yanvarın 25-dək davam edəcək və “Yeni qlobal kontekst” devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular daxildir.Hər il olduğu kimi, bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən çox nümayəndə qatılıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Murat Boz ayrılıq haqqında-FOTO
Fatih Terimin püşkatmaya reaksiyası - VİDEO
South beach pəhrizi ilə 12 kq arıqlayın!
Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar
"Halloween" mövzulu tortlar
Uşaq ensiklopediyası (4)
Qadın geyimlərinin dəyişən dəbi
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Bir şəhər yanğına görə təxliyə olunur
Olimpiyaçılarımız "Zika"dan necə qorunacaqlar?
HAVA necə olacaq?
Leyla Əliyeva və Emin Ağalarov "Zima" festivalını izlədi-FOTO
Hacıbala Abutalıbov işdən çıxarılıb?
"Şok xəbər" yalanını necə bilməli? - MƏSLƏHƏTLƏR
Kənd toyuğu bahalaşdı
Təhsil Nazirliyi: "Heç kim işdən çıxarılmayacaq"
"Medcezir" serialındakı ev satılır-QİYMƏT
Bakıda banklar boşaldılır
Azyaşlı bacısını satışa çıxardı - FOTO
Ağlayan keks (video-resept)
Qısqanc kişi ilə nə etməli!?
Bir vaxtlar yer silirdi, indi 130 milyard dolları var - FOTO
Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər
Köhnə maşınlar bahalaşdı - QİYMƏTLƏR
Rasim Əliyevin ölümü ilə bağlı ABŞ-dan bəyanat
Mirvari sevənlər üçün (2)
Qapanlı atəşə tutuldu
Bu gün Günəş tutulacaq - SAAT
Instagram Stories'də Yenilik!
27 il sonra məzarlarını tanıyan zəngilanlı Əmirxanlılar – VİDEO
Çindən növbəti möcüzə
Ermənistan tərəfində döyüşən muzdluların vətəndaşı olduqları ölkələrin adları açıqlanıb
Pendirli açma (foto-resept)
Limon souslu keks (foto resept)
Cəbhədə növbəti təxribat
Şahzadənin toyundan FOTOlar
Mehmet Ali Erbil sevənlərini qorxutdu-FOTO
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Uşaqlar hansı hallarda məktəbəhazırlıq qruplarına qəbul olunur? - RƏSMİ AÇIQLAMA
Uşaqlara neçə yaşında telefon alınmalıdır?
Evi az vaxtda təmizləmək üçün
Sellulit üçün qəhvə masajı
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
Aleyna Tilki 19 yaşını belə QEYD ETDİ-FOTO
Dünya ölkələrində qeyri-adi yeni il adətləri
90 santimetrlik skelet tapıldı – “Nə olduğunu bilmirik” - FOTOLAR
Pambıq keks (foto-resept)
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: Yoluxma sayı 341-ə düşdü
“Sen anlat Karadeniz” serialı TƏNQID EDİLDİ
Qısqanc qaynananın dedikləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]