
Bir müddət lombardların fəaliyyəti ikinci plana keçmişdisə, son vaxtlar yenə bu məntəqələr dəbə minib.ANS TV-nin məlumatına görə, son vaxtlar paytaxtda lombarda müraciət edənlərin sayında artım müşahidə olumaqdadır. Təcili pula ehtiyacı olan və ya istədiyi işə sərmayə yatıranlar, bu borc məntəqələrinə müraciət edirlər. Məsələnin maraqlı tərəfi ondadır ki, banklardan alınan kreditlərin faiz dərəcələrinin lombardlara nisbətdə az olmasına baxmayaraq, əhali məhz bu mərkəzlərə üz tutmaqda davam edir.
Statistik məlumatlara görə, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı iki dəfə artaraq 1200-ə çatıb. Lombardların təklif etdiyi xidmətlərdən istifadə edən insanların sayı da 2,5 dəfə artıb.
Onların kredit üzrə faiz dərəcəsi isə 36%-i üstələyib. Bu isə lombardların əhaliyə bahalı kreditlər təqdim etdiyinin əsas göstəricisidir.
Paytaxda fəaliyyət göstərən bir neçə lombarddan şifahi olsa da, öyrənə bildik ki, müraciətlərin sayında həqiqətən də artım müşahidə olunur.
Mütəxəssislər yaranan bu vəziyyətin başlıca səbəbini bankların ötən ildən istehlak kreditlərinin verilmə prossesini
ağırlaşdırmasında görürlər. Çünki artıq banklar problemli müştərilərlə və gecikən borclarla rastlaşmaq istəmir. O üzdən bazasında olan pulları qorumağı, problemli müştəridən gələn gəlirindən üstün tutur. Belə olan halda borc almaq istəyən insanlar üz tuturlar lombardlara. İkinci bir səbəb isə lombardlardan borc alan şəxslərdən iş yerindən arayışın tələb olunmamasıdır.
“Lombardların cəlbediciliyinin əsası şərtlərin yüngül olmasıdır. Məsələn, bir kimsə lombarddan ona lazım olan məbləğdə kredit götürmək istəyirsə, o şəxsin haradasa işləyib-işlməməsi vacib deyil. Sadəcə, həmin şəxs girovu lombarda təqdim edir və qısa bir zamanda krediti əldə edir. Lombarddan fərqli olaraq bankdan kredit götürmək bir az zaman alır”, - deyə ekspertSamir Əliyev bildirib.
Onu da nəzərə almaq lazımdır ki, lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımır. Bəzən elə hallar olur ki, onlar fəaliyyətini dayandırır və bu barədə müştərilərini məlumatlandırmırlar. Məhz bu bəzi lombard sahibləri özlərinə lazım olan zinət əşyalarını topladıqdan sonra ofisi bağlayır və başqa bir ərazidə məskunlaşırlar.
Bütün bunlardan isə müştərilərin xəbəri olmur və təbii olaraq, müştərilər onları artıq tapa bilmirlər. O üzdən mütəxəssislər bütün bu faktları nəzərə alaraq, ölkədə lombardların fəaliyyətinə nəzarət edən sistemin yaradılması üçün ciddi mexanizmin hazırlanmasını vacib sayır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, lombardlar onlara verilən lisenziya əsasında fəaliyyət göstərir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yeni qaş trendi: Balıq quyruğu
Rayonlara getməyə cəhd edənlər geri qaytarılacaq - AÇIQLAMA
Körpələr ayda neçə kilo almalıdır?
Qış avatarları
HAVA necə olacaq?
Fərqli gəlin ayaqqabıları
İsti havalarda dəri baxımı
“Eurovision 2015”in şüarı açıqlandı
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
Hindistan qozu yağının dəriyə faydası və istifadəsi
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Sumqayıta "uçan" qatarlar
3 illik sevgisini bitirməyinin səbəbini açıqladı
Ronaldo oğlunu kubokla vurub - VİDEO
Təhsil Nazirliyi: “Belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur”
"Traktorsazi"nin yeni baş məşqçisi var
İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Şuşada tapılan 32 illik hədiyyə hər kəsi duyğulandırdı - FOTO
Məşhur ulduz Antalyada konsert verəcək
Həkim xəbərdarlıq edir: uşaqlarınızı evdən buraxmayın
Yuxular və yuxuyozmalar (10)
Qadin.Netlə birlikdə hamiləlik (27-ci həftə)
"Maşenka" tortu (foto resept)
Gözəl sinə üçün idman hərəkətləri
Bu fotolarda onu tapa bilərsiniz?
Tubadan makiyajsız FOTO
Təəssüf ki, Almaniyada yenə siyasi konyunkturanın arxasınca getdilər
Hazal Kaya Kıvanç Tatlıtuğdan danışdı
QMİ Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişikliklər edib
Nokia-larda Android olmayacaq
Bəhram Bağırzadənin xəstəxanadan yola salınma görüntüləri - FOTO
Xallı piroq (foto resept)
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır
Hollandiyanın adı dəyişdirildi
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda yeni informasiya sistemi
Bəzi yerlərə dolu düşəcək - XƏBƏRDARLIQ
Gül börəyi (foto resept)
Omletli ət zrazısı (foto resept)
Avtobuslarla bağlı yeni qadağa
Onlar diqqətsizliyimizdən varlanırlar
Xəzərin səviyyəsi 2 metrədək qalxa bilər
Günəş tutulacaq
Tolgahan və Almeda körpəsi ilə -FOTO
Badamlı dondurma
Finalda azərbaycanlı - erməni qarşıdurması
Yalançı paxlava (foto resept)
HAVA necə olacaq?-21 FEVRAL
Dənizdə qurumuş saçlar üçün maska















- ŞƏRHLƏR