Bakı Dövlət Sirkində dünyada ilk dəfə olaraq möhtəşəm şou təşkil olunacaq.
Bu barədə sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, “Fəvvarələrin qış nağılı” adlı yeni il proqramı hazırlanır. Həmin proqram ötən aydan başlayaraq “Fəvvarələr fantaziyası” adlı proqramın davamı olacaq.
“Keçirilən “Fəvvarələr fantaziyası” şousu tamaşaçıların çox xoşuna gəldi. Bütün proqramlarımız anşlaqla keçdi. Tamaşaçılar keçirilən möhtəşəm şounu çox bəyəndilər. Proqramda manejdə fəvvarələr şousu, lazer şou, hündür fantanlar şousu və digər bir-birindən maraqlı nömrələr göstərilirdi. İndi də həmin proqramın daha təkminləşdirilmiş versiyası nümayiş olunacaq”, - deyə Mahir Hümbətov bildirib.
Sirk rəsmisinin sözlərinə görə. “Fəvvarələrin qış nağılı” adlı yeni il proqramında hava gimnastları, şən klounlar, janqlyorlar, əhilləşmiş heyvanlar və digər nömrələr də təqdim ediləcək. Möhtəşəm proqram dekabrın 26-dan başlayacaq və yanvarın 10-na qədər davam edəcək.
“Bundan başqa, uşaqlar üçün yeni il nağıllarını personajları iştirak edəcəklər. Bundan başqa, əhilləşdirilmiş heyvanların iştirakı ilə çox maraqlı nömrələr nümayiş etdiriləcək. Biletlərin qiyməti 8 manatdan başlayacaq 10-15 manat arasında dəyişəcək. Lakin 5 yaşına qədər uşaqlar üçün giriş pulsuz olacaq”, - deyə Mahir Hümbətov əlavə edib.
Yeni il ərəfəsində Bakı bulvarında da azyaşlılar üçün surprizlər olacaq. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, uşaqlar üçün bulvar ərazisində 10 yerdə yolkalar qurulub. Onlardan ikisinin hündürlüyü 18 və 21 metr olacaq.
“Uşaqlar üçün əsas surprizlrdən biri də, bulvar ərazisində olan “Qorxu otağı” yenilənib. Oraya daha müasir avadanlıqlar, güzgülər gətirilib. Bundan başqa, bulvara 2 yeni atraksionlar gətiriləcək”, - deyə Nazim Məcidov bildirib.
Bulvar İdarəsi rəsmisinin sözlərinə görə, ötən illərə nisbətən bu il Dənizkənarı Milli Parkda misli görünməmiş atəşfəşənlıq olacaq. Bu atəşfəşanlıq həm küçirilmə müddətinə, həm də gözəlliyinə görə fərqlənəcək. Bulvar ərazisinin bir neçə yerindən eyni anda atəşfəşanlıq heyrətamiz görüntülərlə yadda qalacaq.
Nazim Məcidov deyir ki, uşaqlar üçün təşkil olunacaq tədbirlərdən biri də bulvar ərazisində möhtəşəm lazer şousu olacaq. Lazer işıq şousu “Qız qalası” ilə üzbəüz bulvar ərazisində keçiriləcək. Şou dekabrın 20-dən başlayacaq və yanvar ayının 10-na kimi davam edəcək.
“Bulvarda 8 nəhəng təbii ağaclarda quraşdırılan müxtəlif formalı lazer şüşələri vasitəsilə işıqlar yandırılacaq. İşıqlar vasitəsilə müxtəlif şoular keçiriləcək”, - deyə Nazim Məcidov bildirib.
Yeni il ərəfəsində Bakı Zooparkında da uşaqlar üçün sürprizlər hazırlanır. Bu barədə heyvanat parkının müdiri Azər Hüseynov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, təşkil olunacaq sürpriz uşaqların xoşuna gələcək.
“Bundan başqa, zooparkın qış rejiminə keçməsilə əlaqədar heyvanların yerləri təmir edilib. Ayıların mağaraları yenilənib. Bu il qoyun ili olduğu üçün zooparkımıza Qarabağ toğluları alınıb. Bununla da, çalışacağıq ki, nəsli kəsilməkdə olan Qarabağ toğlularını qoruyaq. İnanıram ki, bu uşaqlarımızın marağına səbəb olacaq”, - deyə Azər Hüseyno bildirib.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında da qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə öz tamaşaçılarını sevindirməyə hazırlaşır. Teatrın direktoru Rəşad Əhmədzadə ANS PRESS-ə məlumata görə, dekabrın 26-dan yanvarın 4-dək uşaqlarımız əsl yeni il əhvalında, bayram təntənəsində bir tamaşa təşkil olunacaq.
“Yeni proqramda “Tıq-Tıq və Taq-Taqın yeni il macəraları” adlı səhnə nümunəsi hazırlanır. Tamaşada biz balacalara fərqli qəhrəmanların təqdimatında müsbət və mənfi keyfiyyətlər, onların pis nəticələri, daha doğrusu, yaxşılıq etməyin vacibliyini aşılamağa çalışmışıq. Əsas obrazlarımız Tıq-Tıq və Taq-Taq yeni il şənliyinə hazırlaşırlar. Bunun üçün artıq müəyyən tədarük də görüblər. Amma hiyləgər tülkü və küpəgirən qarı onların şənliyinə mane olmaq istəyirlər. Buna görə də Nakaş və Dakaş adlı iki sadəlövh cini pis əməllərinə alət edirlər. Tıq-Tıqın evinə gələrək ona sehrli almanı yedirir və bütün bayram azuqələrini mağaralarına daşıyırlar. Meşədən şam ağacı gətirməyə gedən Taq-Taq döndüyündə dostunun bu halın görür və köməyə Şaxta babanı çağırır. Onun gəlişi ilə sehr pozulur və hiyləgərlər cəzalandırılır. Pis əməllərindən əl çəkməyə söz verən hiyləgərlər də şənliyə qatılmaq şansı qazanırlar”, - deyə Rəşad Əhmədzadə bildirib.
Tamaşalara giriş üçün biletlərin qiyməti 2 manat təşkil olunacaq.
XƏBƏR LENTİ
Ramazan ayının 8-ci gününün duası
Uşaq papaqları
Daşqın olacaq
Uşaqlarda vitamin çatışmazlığı əlamətləri
Ulduz aktyor öldü-FOTO
Xalçadakı qəhvə ləkələrinə son
BBC ailəsini itirmiş üç yaşlı Xədicə ilə bağlı reportaj hazırladı: “Deyir, baba, anamı gətir” - VİDEO
Pərdə seçərkən nələrə diqqət etməliyik?
Dünyada ilk kəllə sümüyü nəqli edildi
Ətirlər haqqında məlumat(1)
Siçanlara 20 gün çips,kolbasa yedirtdi ŞOK NƏTİCƏ
Möcüzə enerji-6 (son)
Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi cəbhədə olublar
Ağlayan keks (video-resept)
Bergüzar Korelin Azərbaycanda OXŞARI TAPILDI - FOTO
Bu il 2020-ci ildən daha qısa olacaq
Tərəvəzli makaron (foto-resept)
Çağla Şikel geyimi ilə diqqət çəkdi-FOTO
İspan omleti "Tortilla" (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Balaca peraşkilər (foto resept)
Dünya elmi zəfəranın arxasında xərçəngin müalicəsini gizlədir?
O, internetin ən məşhur pişiyidir
Maraqlı arxitekturaya sahib yerlər
1 həftəyə 15 kq arıqlayın
Ət kətəsi (foto-resept )
Qəbul imtahanlarının vaxtları açıqlandı
Xanımlar üçün paltolar
Enrike İqlesias 3 -cü dəfə ata oldu-FOTO
Gürcü xingəli (foto resept)
Qəlbi titrədən ən qısa hekayələr
Koronavirusa görə bu məhsullar idxal rüsumundan azad edildi - QƏRAR
Sabah yağış yağacaq
Ramin Bayramlıdan həftəsonu məhdudiyyətləri ilə bağlı VACİB AÇIQLAMA
Ən böyük savab
Dinimizin nəzərinə görə ailədə nə qədər uşaq olmalıdır?
Mehriban Əliyeva müsahibə verdi
Məhkəmədən Demetə pis xəbər
Ben Afflek yenidən məhkəməyə çıxacaq-FOTO
Kələmli qarğıdalı salatı (foto resept)
Bülent Ersoyun donu diqqət çəkdi - FOTO
Günün qoroskopu: yeni istiqamətin seçim vaxtını qaçırmayın
Onunla kral kimi rəftar et, kraliça ol!
Kristina Aqilera yeni klipini təqdim etdi-VİDEO
2116 Yusifimiz var, 1444 Hüseynimiz
Azərbaycanda TƏHLÜKƏLİ virus yayılıb
Ali məktəblərdəki tibb məntəqələri necə işləyir?
Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək
Əhaliyə ŞAD XƏBƏR: Yanvarın 22-dən başlanır
Ramazanın 16-cı gününün duası
- ŞƏRHLƏR