Artıq 2015-ci il hər kəsin evinə ayaq basıb. Həmişə olduğu kimi yenə də bu bayramın gəlişinə ən çox sevinən balacalardır. Şaxta baba, Qar qız, nağıl personajları ilə görüşmək bütün uşaqların arzusudur.
Məhz bunu diqqətdə saxlayan teatr və mədəniyyət ocaqları Yeni il şənliyinə xüsusi hazırlaşıblar.
Bəs bu bayram günləri uşaqlarımızı hara aparaq?
Milli.Az xəbər verir ki,aznevs.azYeni illə əlaqədar mədəniyyət ocaqlarında uşaqlar üçün keçiriləcək proqramların siyahısını tərtib edib.
Həmişə olduğu kimi Musiqili Teatr balaca tamaşaçıları bu bayramda da sevindirəcək. Teatrdan bildirilən məlumata görə, yeni il bayram günlərində Şarl Peronun “Yatmış gözəl” nağılının motivləri əsasında “Yatmış gözəl və cırtdanlar” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Teatrın aktyoru Novruz Qartalın sözlərinə görə, Yeni il münasibəti ilə hazırlanan tamaşa 2015-ci ilin yanvar ayının 10-na kimi təqdim ediləcək: “Şaxta baba rolunda da özüm oynayacam. Məndən başqa yeni il personajları rolunda həmkarlarım Nicat Həbibov, Mehriban Zalıyeva, Türkel Şabanova oynayacaq. Tamaşalar hər gün təqdim olunacaq. Bundan başqa tamaşada əyləncəli anlar yaşanacaq ki, onlar da uşaqların ürəyincə olacaq. Məndən, yəni Şaxta Babadan uşaqlara məxsusi hədiyyələr olacaq”.
Biletlərin qiyməti 8 manatdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il bayramı şənliyi artıq dekabrın 25-dən başlayıb. Teatrdan bildirilən məlumata görə, bu mədəniyyət ocağında nümayiş olunacaq tamaşa 2015-ci ilin yanvar ayının 4-ə kimi davam edəcək. Bu il teatr uşaqlara “Madaqaskar” adlı layihə tədim edəcək. Tamaşa balacaların da sevimlisi Nicat Kazımovun quruluşunda hazırlanıb. Tamaşadan əvvəl isə balacaları yeni il şənliyi gözləyir. Şənlikdə Şaxta Baba və Qar qızın uşaqlara hədiyyəsi də nəzərdə tutulub.
Bu teatra yolu düşən valideynlərin nəzərinə çatdıraq ki, biletlərin qiyməti 7 manatdır.
Bakı Dövlət Sirki öz səhnəsini balacaların üzünə dekabrın 26-dan açıb. Mədəniyyət ocağının mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun sözlərinə görə, yeni il bayram şousu yanvarın ortalarına kimi davam edəcək: “Rusiyadan qonaqlarımız gəlib. Tamaşalar gün ərzində 3 dəfə, saat 12.00, 15.00 və 19.00-da nümayiş olunacaq. Düzdür, elə günlər olacaq ki, tamaşa bir, ya da iki dəfə nümayiş olunacaq. Rusiyanın “Fəvvarələrin qış nağılı” adlı proqram məxsusi olaraq Bakı üçün hazırlanıb. Proqrama lazer, sirk şousu ilə yanaşı, əfsanəvi personajlar, əhliləşdirilmiş heyvanlar, hava gimnastları, Şaxta baba, Qar qız və eləcə də rəngarəng nömrələr daxildir. Əyləncəli proqram hardasa 2 saata yaxın davam edəcək. İnanıram ki, bu proqramdan balacalarla yanaşı böyüklər də də razı qalacaq”.
Biletlərin qiyməti dəyişməyib. 8 manatdan başlayan qiymətlər 15 manata qədərdir.
Hər il bir aydan çox yeni il tamaşaları ilə balacaların görüşünə gələn Baki Uşaq Teatrı bu il təəssüf icərisindədir. Teatr bu il bayram şənliyi keçirməyəcək. Teatrın direktoru İntiqam Soltanın sözlərinə görə, buna səbəb tamaşa nümayiş etdirmək üçün lazımı zalın olmamasıdır: “Zalımız yoxdur, tamaşanı harada nümayiş etdirək? Zamanında 60-a yaxın tamaşa nümayiş etdirən teatrın bu il bayram şənliyi üçün zalı yoxdur”.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni il bayramı ilə əlaqədar balacalar üçün məxsusu proqram hazırlayıb. Teatrdan bildirilən məlumata görə, yeni il bayram şənliyi dekabrın 26-dan yanvarın 4-dək davam edəcək. Teatrın baş rejissoru Qurban Məsimovun təqdimatında “Tıq-Tıq və Taq-Taqın Yeni il macəraları” adlı tamaşa uşaqların ixtiyarında olacaq. 45 dəqiqə davam edən tamaşa balacalara 2 manata başa gələcək.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı da yeni il bayram şənliyi keçirilməyəcək. Teatrdan bunun səbəbini lazımı şəraitin olmaması ilə əlaqələndirdilər.
Bakının ən böyük yeni il yolkası Heydər Əliyev Sarayının səhnəsində qurulacaq. Böyük konsert salonu yeni ildə uşaqları sevindirmək niyyətindədir. Özü də iki fərqli proqramla. Birinci proqram “Sehrli Landiyada Yeni il” tamaşası dekabrın 27, 28, 29 və 30-da təqdim olunub.
Qeyd edək ki, tamaşalar saat 12.00 və 15.00-da başlayacaq. Biletlərin qiyməti 5-30 manat arasındadır. Sarayın ikinci şousu isə yanvarın 2, 3 və 4-də “Kosmik Yeni il” interaktiv şou tamaşası nümayiş etdiriləcək. Tamaşalar saat 12:00 və 15:00-da başlayacaq. Bu tamaşada da biletlərin qiyməti 5-30 manat arasında olacaq.
XƏBƏR LENTİ
Dəyərsiz bildiyiniz köhnə telefonların tərkibində qızıl var
Arılar zamanı geri qaytara bilirlərmi?
Notr-Damın damında bağ salına bilər
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib
Sen Qallen rahibinin əsərindən 1-ci hissə
Heyvansevərlər üçün filmlər
Şahzadə Çarlzın Diana haqqında dedikləri ilə hər kəsi heyrətləndirdi-FOTO
Emmy mükafatı: Qırmızı xalça
Doğum gününə görə xarekter (mart)
HAVA necə olacaq?
MN-dən erməni nazirə cavab
Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri: “Erməni qabağımızdan qaçırdı” - VİDEO
Dəniz suyunun ekosistemə təsiri
Şeyma Subaşı İbizada-FOTO
Azərbaycanlı gənclər "Yetənək Sizsiniz"də gecəyə damğa vurdular - Münsiflər mat qaldılar - VİDEO
Temperatur 45 dərəcəyə çatacaq-Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Çindən koronavirusla bağlı SENSASİON ADDIM-Gizli sənədlər üzə çıxdı
Məktəblilər pulsuz, isti yeməklə təmin ediləcəklər
Günün qoroskopu: Bədxərclik etməyin!
Arda Ankarada törədilən terrorla bağlı dünya liderlərinə səsləndi
Düyü suyunun saçlara inanılmaz faydası
Demet Akalın təhqir olundu-FOTO
Övladımıza cinsi təhsili nə vaxt verməliyik?
Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ
Məşhur aktrisa “Eşkiya dünyaya hükümdar olmaz”da
Kolleclərin ixtisas seçimi başa çatır
Saç broşu düzəldək
Ramazanın 26-cı gününün duası
Qadın.net ulduzlarının tarixi kökləri (I hissə)
Sabahdan 40% bahalaşma
Şahbaz: Qızıma yaxşı baxın
Klip çəkirdi intihar etdi-VİDEO
Koronavirus xəstəxanada ən çox bu otaqdan yayılır
Xaçmazda zəlzələ baş verib
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Uşaqlarda uzun müddət davam edən öskürək
Süni intellekt bazarı böyüyəcək
Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar
Beyin gücünü artıran qidalar
Maraqlı şəkillər...
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Məktəblilərə 17 min ağıllı saat paylandı
Aksesuar seçimi necə olmalıdır?
Biskvitli "Tiramisu"tortu(foto resept)
Bakıda inanılmaz ucuzlaşma
Şəhidlərin məzarları fərqli olacaq
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi ilin sonunadək davam edəcək - AÇIQLAMA
Sadə salat (foto resept)
"Qarabağda müharibə istənilən an başlaya bilər"
- ŞƏRHLƏR