Avropa və Amerikada Panqasius balığının qida məhsulu kimi istifadə olunması qadağandır. ANS PRESS-in Musavat saytına istinadən verdiyi məlumata görə, buna səbəb isə bu balıqların tərkibində sənaye tullantıları, mərgümüş, toksik maddələr, polixrolin bifenil, metavbolit, heksaxloritloheksangen və heklaxlorbenzol kimi zəhərli maddələrin olmasıdır. Panqasiusu dünyanın ən zəhərli balığı hesab etmək olar. Avropa və Amerikada satışı və yeyilməsi qadağan edilən bu balığa paytaxtımızın istənilən mağazasında rast gəlmək mümkündür. Qeyd edək ki, bu balıqların vətəni Vyetnamın Mekonq çayındır. Bu çay Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya sularının, mineral gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur. Panqasius bir çox ölkələrdə qadağan olunduğu üçün bəzi biznesmenlər gizli yollarla bu balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər. Onun böyüməsi və çoxalması üçün Vyetnamdan bəzi hormonlar gətirilir və bu balıqlara müxtəlif üsullarla yerləşdirilir. Avropada məhsulların tərkibini araşdıran qurumlar dəfələrlə balıqlara yerləşdirilən hormonların tərkibi haqda məlumat istəsələr də Vyetnam bu məlumatları verməkdən imtina edib. Bu isə şübhələri daha da artırır. Bütün bu şübhələr isə Azərbaycan əhalisi arasında narahatlıq yaradıb. Biz də paytaxtda fəaliyyət göstərən bir neçə marketə baş çəkib Panqasisus balığının satışda olub olmaması ilə maraqlandıq. “Neftçilər” metro stansiyası yaxınlığındakı marketdə bu balıqlar okean balığı adı ilə həm açıq, həm də sellofan torbada dondurulmuş halda satılırdı. Qiyməti isə 4 manat 50 qəpiyə idi. Satıcının diqqətinə balıq haqda deyilənləri çatdırdıqda o, balığın kifayət qədər alıcısı olduğunu, bu günə qədər də bir şikayət almadıqlarını dedi. Balıq haqdakı məlumatları da ilk dəfə eşitdiyini deyən satıcı balığın digərlərindən həddən artıq yağlı olması ilə fərqləndiyini bildirdi.
Qeyd edək ki, “okean balığı” adı altında təklif olunan Panqasius yalnız paytaxtda deyil, həm də Azərbaycanın rayonlarında da satılır. Balığın vətəni olan Vyetnamda isə Panqasius balığının bir dənəsini bizim pulla təxminən 50 qəpiyə satılır.
Dünyanın ən zəhərli balığının Azərbaycana necə, hansı yollarla gətirildiyini öyrənmək üçün Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə telefon əlaqəsi saxladıq. Y.Xanvəli bu balıqlarda insan üçün hansısa bir zərərli maddənin olmadığını dedi: “Vyetnamdan bizə balıq gətirilir və satışda var. Bir müddət əvvəl həmin balıqla əlaqədar yenə də belə bir söhbət yaranmışdı. Bizə o balıqların gətirilməsi haqda müraciət olunmuşdu. Biz həmin balıqlardan nümunələr götürərək həm Respublika Baytarlıq Laboratoriyasında, həm də Türkiyənin Baytarlıq Laboratoriyasında müxtəlif istiqamətlərdə yoxlanılıb. Nəticə olaraq da insan üçün heç bir təhlükə olmadığı müəyyən edilib. Biz bundan sonra həmin balığın gətirilməsinə icazə vermişik. Bu balıqdan hər hansısa bir zəhərlənmə faktı olsaydı, hər halda Səhiyyə orqanları bizə müraciət edərdi. Bizdə bu haqda heç bir müraciət yoxdur. Əgər bu balığı yeyib səhhətində problem yaranan insanlar varsa, bizə müraciət etsinlər. Biz də bir daha bu məsələni qaldıraq və Panqasius balığının beynəlxalq səviyyədə müayinəsinin aparılmasını təşkil edək, lazımı addımları ataq. Biz bu məhsulların sağlamlığına cavabdeh olduğumuza görə yenə də qeyd edim ki, öz laboratoriyamızda yoxlamaqla yanaşı, Türkiyədə də yoxlatdıq, bu məhsulun insan sağlamlığı üçü heç bir təhlükəsi yoxdur”.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu balığın Rusiya vasitəsi ilə ölkəmizə idxal olunduğunu bildirdi: “Bu balıq növü Rusiya vasitəsi ilə ölkəmizə idxal olunur. Azad İstehlakçılar Birliyi yaxın vaxtlarda bununla bağlı müəyyən işlər aparacaq. Təəssüf ki, Azərbaycanda bütün mallara yaxşı deyilir və qəbul edilir. Lakin həmin məhsulun gətirildiyi yer, mənbə araşdırılmır. Ona görə də bugünkü gündə bu cür problemlər meydana çıxır. Yəqin ki, bu sahədə Azərbaycan ekspertiza orqanları iş aparacaq və bu balığın satışının qarşısı alacaq. Çünki mənbələr göstərir ki, bu çox təhlükəli balıqdır. Azərbaycanda normal ekspertiza olmadığında və hər şeyə sertifikat verildiyi üçün bu gün bazarda belə balıqlar mövcuddur. Biz istehlakçılar arasında iş aparmalıyıq ki, bu balıq boykot edilsin, alınmasın ki, bazardan çıxsın”.Balıq zəhərlənməsinin insan orqanizminə dərhal və ya tədricən təsir edib etmədiyini öyrənmək üçün isə tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. A.Qeybulla bunun qidanın tərkibində olan toksidlərin gücündən asılı olduğunu dedi: “Balıqların içərisində zəhərliləri də ola bilər. Bəzi heyvanlarda olan toksid maddələr qoruma vasitəsi kimi meydana çıxıb. Bu uzun müddət ərzində formalaşan bir prosesdir. Müəyyən toksid maddələr orqanizmə düşdükdən sonra onu tədricən də sıradan çıxara bilər, dərhal ölümə də səbəb ola bilər. Məsələn ilan zəhəri qana düşdükdə zəhərin növündən asılı olaraq hedyahemalitik ya da neyroparalitik təsir göstərir və insan qısa bir müddətdə öldürür. Amma bu zəhər ağız boşluğuna düşdükdə qana keçmədiyi üçün ola bilsin ki, heç bir təsir etməsin. Elə zəhərlər var ki, ağız boşluğuna düşərək dərhal ölümə gətirib çıxarır. Yəni bu toksid maddələri növündən asılı olaraq orqanizmə göstərdiyi təsir də müxtəlif olur. Təbii ki, bu toksid maddəni daşıyan heyvanda toksid maddənin orqanizmdə törətdiyi dəyişiklik kimi hərəkət edir”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Qulluqçu qadın həyatının şokunu yaşadı - ev, bahalı paltarlar-FOTO
Nazirlik 18 milyard sərvəti olan şeyxi cərimələyə bilər
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
İlin ən bahalı "İnstagram" blogeri kimdir?
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Şakira izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yenicə ana olmuş xanımlara məsləhətlər
Yuxular haqqında 15 fakt
“WhatsApp”da yeniliklər edildi
Ayaqqabı asılqanı özümüz hazırlayaq
Yayın dəbi
Leonardo Da Vinçinin saçı tapıldı-FOTO
Məşhur astroloqdan 2018 üçün proqnoz - Böyük dəyişikliklər
Məşhur cütlük Almaniyaya getdi-FOTO
Almaniya İŞİD-lə bağlı qərar verdi
Xoşbəxtlik və bədbəxtlik
Karantindən sonra ananın yeni doğulan körpə ilə qovuşma anı - FOTO/VİDEO
Temperatur 22 dərəcəyə yüksələcək
Şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?
İki boksçusumuz dünya birinciliyində yarımfinala yüksəldi
Çempionlar Liqasının finalı Bakıda olacaq
Parisdə uçan taksilər istifadəyə veriləcək
Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO
Qeyri-adi gücləri olan 4 insan
Tərəvəzli makaron (foto-resept)
Hava haqqında
Özge küçəyə skuterlə çıxdı, lağa qoyuldu - FOTO
Yaz dərdlərindən qurtulmağın yolları
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Qarabağ müharibəsi əlillərinə minik avtomobilləri verildi - FOTO
Bu planşetdə 3D kamera olacaq
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
Yeməyə görə kalorini necə yandırmalı?
Sellulitə əlvida deyin
Jennifer Lopez ilin ikonası adına layiq görüldü-FOTO
Quru saçlar üçün yumurta maskası
Putinə SUİ-QƏSD edildi
Hamiləlik zamanı dəridə çapıqlar
Temperatur 5-10 dərəcə azalcaq
Yaponiyada qasırğa: ölənlər var
Bir qutu siqaretin ziyanı.
"Kann" festivalının qırmızı xalçası
Dənizdə və ya hovuzda koronavirusa yoluxmaq riski nə qədərdir?
Hər şey yalan...
Məcburi “Like” dövrü bitir
İnsan orqanizmində plastik kütlə aşkarlanıb
Ermənilər Rusiya prezidentinə çox pis sataşdılar
Sarı şam kimi yanan paxistaxis
Qəbizlikdən xilas olmağın ən sürətli yolları
Neftin qiyməti enir















- ŞƏRHLƏR