Bir çox ölkədə aşağıda sadalayacağımız qidaları yemək qadağan olunub. Bunlar hansı qidalardır?Milli.Az xəbər verir ki, bilmək istəyirsinizsə, ailəm.Az-ın bu yazısını diqqətlə oxuyun.
1. Ortolan. Uzun müddətdir sərçə böyüklüyündə olan, uçan quş fransız yeməklərinə ləzzət qatmaq üçün istifadə edilir. Bu quşlar tutulduqdan sonra qəfəsə salınır və gözləri ovulur. Ortolon quşunun normal ağırlığı 4 kiloqramdır. Bütov halda yeyilməsi üçün olduğu kimi qızardılır. Nəsli tükəndiyindən Fransada ovlanması qadağandır. Ancaq yenə də hər il 50 minə yaxın ortolon ovlanır.
2. Qaz ciyəri. Fransızların ən ləzzətli yeməklərindən biridir və yağsız ciyər adlanır. Ördək və qaz ciyərindən hazırlanır. Ancaq quşlar çox yeyib kökəlsin deyə, boğazlarına metal boru taxılır. Ciyəri 10 qat daha yekəldikdən sonra çıxarılır və dadlı olması üçün süd, bal içində saxlanır. Heyvanlara bu cür əziyyət verildiyi üçün Amerika və digər yerlərdə onların yeyilməsi qadağan olunub.
3. Fuqu dünyanın ən zəhərli onurğasız heyvanıdır. Əti Yaponiya və Koreyada dadlı hesab edilir, ancaq düzgün bişirilməzsə, ölümcül ola bilər. Ən ixtisaslı aşbazlar belə, düzgün bişirilməsini öyrənmək üçün 3 il vaxt sərf edirlər. Tərkibində çoxlu miqdarda zəhərli norotoksin var. Düzgün bişirilməsə, toksin balığın ətinə nüfuz edər və boğularaq zəhərlənməyə səbəb olar. Ölmək üçün bir neçə milliqram kifayət edir. Buna görə Avropada bu qida qadağan edilib.
4. Kasu Marzu Sardiniya adasının ənənəvi yeməyidir və çürük pendir adlanır. Qoyun südündən hazırlanan İtalyan pendirinin içinə ağcaqanad sürfələri inyeksiya edilərək yerləşdirilir. Tərkibində sürfə olduqda yeyilərsə, sürfələr bağırsaqlara, orqanlara keçir. Buna görə Amerika və Avropada qadağandır.
5. Absinse. Fərqli bitkilərin yarpaqlarından əldə edilən absinse ən yüksək alkol nisbətinə sahib bir içkidir. 1797-ci ildən bəri istifadə edlir, ancaq içində tam olaraq nə olduğu hələ dəqiq bilinmir. Yaradıcılığı artırdığı və əsəbi davranışlara səbəb olduğu düşünülür. Fransada uzun müddət qadağan edilsə də, 2011-ci ildə yenidən satışa buraxılıb. Amerika, Avstraliya və Yeni Zenlandiyada qadağandır.
6. Arsenikli toyuq. Arsenik zəhər növüdür. Fabrik toyuqlarının daha qırmızı olması və uzun müddət təzə qalması üçün tərkibinə arsenik zəhəri vurulur. Xərçəngə yol açdığı düşünüldüyündən Avropada qadağandır. Ancaq Amerikada bu toyuqların tərkibindəki orsenikin zəhərli olmadığı düşünülür.
7. Raktopamine əlavə edilmiş ət. Raktopamine heyvanlarda əzələ kütləsini yığmaq üçün istifadə edilən sintetik qatqı maddəsidir. Eyni maddə astmanın müalicəsində də istifadə edilir. Raktopamine baş ağrısı, piylənmə, ürək problemi, yuxusuzluq və baş ağrılarına, spazmaya səbəb olur. Avropa, Rusiya, Çin daxil olmaqla 160 ölkədə qadağan edilib. Ancaq Amerikada donuzların 45 faizində, inəklərin 30 faizində, toyuqlarda istifadə edilir. Super marketlərdən aldığımız ət məhsullarının çoxunun tərkibində raktopamine maddəsi var.
8. Ferma somonu. Hər kəs somonun sağlam bir qida olduğunu düşünür. Ancaq fermada yetişdirilən somon antibiotik maddələrlə yetişdirildiyindən sağlam deyil. Bu maddələr balıq ətinin rəngini dəyişdirərək boz rəngə çevririr. Ancaq onu yetişdirənlər rəngini çəhrayı etmək üçün petrokimyəvi maddələrdən əldə etdikləri astaksantin əlavə edərlər. Yeni Zenlandiya və Avstraliyada qadağan olunub.
9. İdman içkiləri və limon aromatlı içkilər. Brominatlı tərəvəz yağı istiliyi gecikdirən sintetik maddədir. Meksikada limon aromatlı və idman içkilərinin tərkibində bu maddə var. Avropa və 100-dən artıq ölkədə şizofreniyaya səbəb olduğundan, immuniteti zəiflətdiyindən qadağan edilib.
10. Potasium brominatlı çörək. Potasium brominatdan çörəyin daha elastik olması və tez bişməsi üçün istifadə edirlər. Belə çörəyin çox yeyilməsi böyrək çatışmazlığı, tiroid problemləri, sinir sistemində pozğunluğa, xərçəngə yol açdığından Çin, Avropa, Kanada və Braziliyada bu maddə qadağan edilib.
11. Çəhrayı ət əzməsi - adı da dadı kimi iyrənc olan bu yemək artıq ətlərdən hazırlanır və əvvəllər itlərin yeməyi kimi istifadə edilirdi. Ət daha çəhrayı rəngdə olması üçün amonyakla doludur. Avropada qadağan edilib.
12. Olestra çips, ya kartof qızartmalarında istifafə edilən sintetik kalori və xolesterol qaynağı bir yağdır. "Protector Gamble" tərəfindən hazırlanaraq satılan bu məhsul İngiltərə və Kanadada damar tıxanıqlığı, bağırsaqla bağlı problemlərə yol açdığından, mineral və vitaminləri bədəndən atdığı üçün qadağan edilib.
13. Afrika və Hindistanda daha çox yeyilən samosa börəyi, tərkibinə ət və tərəvəz doldurlumuş üç künc qızardılmış xəmirdən hazırlanır. Somalidə quruluşuna görə xristianlığı əks etdiyi və təhqiredici kimi qəbul edildiyi üçün qadağandır.
14. Pasterizə edilməyən süd. Avropada geniş istifadə edilən bu südün dadı qidalandırıcı və ləzzətli olur. Amerikanın 22 əyalətində salmonella, listeriosis, e-coli kimi ciddi bakeriyaları daşıdığından qadağan edilib. Sadəcə süd deyil, bütün pasterizə olmayan məhsullar qadağandır.
15. Kinder yumurtaları. Uşaqların sevimlisi olan bu kinderlər ABŞ-da tərkibində yeyilməz maddə olduğuna görə qadağan ediib.
16. İçalat pörtləməsi. İsveçrəlilərdən soruşsanız, bu yeməyin onların simvollarından biri olduğunu eşidəcəksiniz. Qoyun ciyəri və digər orqanlarından hazırlanır və heyvanın mədəsinin içində bişirilir. Qadağan edilməsinin səbəbi isə qoyun ciyəri ticarətinin qarşısını almaqdır.
17. Sasafras. Şimali Amerikada yetişən bu balaca ağacın yarpaqları bir çox yeməklərdə ədviyyat kimi istifadə edilir. Ağacın kökündən əldə edilən yağ Amerikada bəzi içkilər üçün dadlandırıcı olaraq istifadə edilir. 1960-cı ildə yağın tərkibindəki maddənin xərçəngə səbəb olduğu bilindikdən sonra qadağan olunub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR