Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Qara Qarayev
(1918-1981)
Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda anadan olmuşdur. Atası Azərbaycanın tanınmış uşaq həkimi, respublikada qadın alicə müəssisələrinin təşkilatçılarından biri olmuşdur. Uşaqda musiqiyə olan hədsiz həvəsi gördükdə ona həyatda seçdiyi yolla getməsinə maneçilik törətməmişdir.
Qara Qarayev ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində almışdır. Bu fakültə ilkin musiqi təhsili verməklə bərabər, dinləyicilərini konservatoriyaya daxil olmaq üçün hazırlayırdı. 1933-1938-ci illərdə Qara Qarayev həmin konservatoriyada müvəffəqiyyətlə oxumuşdur. Burada ona tanınmış müəllimlər, məsələn, bəstəkarlıq üzrə R.Rudolf, Azərbaycan xalq musiqisinin əsasları üzrə Ü.Hacıbəyli dərs demişdir. Artıq bu dördə o özünün ilk musiqi əsərlərini yaratmağa başlamışdır. 1938-ci ildə yazdığı "Könül mahnısı" kantatası Azərbaycan musiqisində yeni düşüncəli bəstəkarın doğulmasını göstərdi.
XX əsrin 40-cı illərinin 2-ci yarısı Q.Qarayevin yaradıcılığının yetkinləşmə dövrü olmuşdur. Bu dövrdə P.Çaykovski adına Moskva Konservatoriyasında D.Şostakoviçin bəstəkarlıq sinfində təhsil alan Q.Qarayevin yaratdığı musiqi əsərlərinin əksəriyyəti faşizm üzərində qazanılmış qələbə və bu qələbədə Azərbaycan xalqının rolunun tərənnüm edilməsi ilə bağlı olmuşdur. O, 1943 və 1946-cı illərdə 1-ci və 2-ci simfoniyalarını yazmış, 1945-ci ildə isə C.Hacıyevlə birgə "Vətən" operasını bitirmişdir.
1946-cı ildə P.Çaykovski adına Moskva Konservatoriyasında təhsilini başa vurduqdan sonra vətənə qayıdan Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. Bəstəkarın yazdığı musiqi əsərləri dərin ideya-fəlsəfi məzmunu ilə dinləyiciləri cəlb edirdi. 1947-ci ildə yazdığı və zərifliyi ilə seçilən simli kvartetində aşıq və muğam sənəti xüsusiyyətləri əksini tapmışdır. Bəstəkarın melodik dilinin səlisliyi və ifadəliliyi ilə səciyyələnən "Leyli və Məcnun" simfonik poemasında Nizaminin eyniadlı əsərinin humanist ideyası ustalıqla ifadəsini tapmışdır. Yaratdığı əsərlərə görə Qara Qarayev 2 dəfə-1946 və 1948-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Bəstəkar 1952-ci ildə "Yeddi gözəl" baletini Nizaminin eyniadlı poeması üzrə yazır. Bu balet sovet musiqisinin ən yüksək nailiyyətlərindən biri kimi qiymətləndirilir. Baletdə milli musiqinin məqam-intonasiya sistemi və balet janrının xüsusiyyətlərindən məharətlə istifadə olunmuşdur. Onun musiqisində janr lövhələri ilə epiklik, psixologizm ilə faciəvi pafos, lirika ilə qrotesk vahid dramaturji konsepsiyaya tabe olmaqla vəhdət təşkil edir. 1952-ci ildə tamamladığı "Alban rapsodiyası"nda Q.Qarayev M.Qlinka və A.Rimski-Korsakovun simfonik lövhələrinə xas ənənələri inkişaf etdirmişdir. O, melodiya, ritm, məqam, polifoniya, orkestr palitrası, musiqi forması sahəsində yeni ifadə vasitələri axtarırdı. Onun novatorluq axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nailiyyətlərinə əsaslanırdı.
Bəstəkarın P.Abrahamsın eyniadlı romanı üzrə 1958-ci ildə yazdığı "İldırımlı yollarla" baleti onun yaradıcılığında tam yeni mərhələ idi. O bu janrda ilk dəfə olaraq Cənubi Afrika xalqlarının azadlıq mübarizəsini təsvir etmiş, zəngin obrazlar yaratmışdır. Q.Qarayev Cənubi Afrika musiqi folkloruna həssaslıqla yanaşmış, onu müasir musiqinin mürəkkəb ifadə vasitələri ilə işləmişdir.
1953-cü ildə Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri seçilən Qara Qarayev müasir Azərbaycan bəstəkarlıq məktəbinə başçılq etmişdir. R.Hacıyev, A.Babayev, A.Məlikov, H.Xanməmmədov, X.Mirzəzadə, V.Adıgözəlov və digər Azərbaycan bəstəkarları onun yetirmələridir. Elmi fəaliyyətlə məşğul olan bəstəkar Azərbaycan musiqisinin inkişafı problemlərinə həsr olunmuş bir çox məqalə və məruzələr yazmışdır. O, həmçinin, Ü.Hacıbəylinin, S.Prokofyevin, D.Şostakoviçin yaradıcılığına həsr olunmuş bir sıra elmi əsərlərin də müəllifidir. 1957-ci ildə konservatoriyanın professoru, 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən Q.Qarayev 1959-cu ildə həm də SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür.
Əksər əsərlərində insanın gözəllik uğrunda mübarizəsini göstərməyə çalışan bəstəkar əsrin ictimai problemlərini də ustalıqla açmışdır. Bununla belə, böyük bəstəkar dövrün tələbinə uyğun bir sıra musiqi əsərləri də yaratmışdır. Onların sırasında S.Vurğunun sözlərinə yazdığı "Zamanın bayraqdarı" kantatası (1959), "Klassik süita" (1967), 26 Bakı komissarının xatirəsinə həsr olunmuş oda (1968) və V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr olunmuş oratoriya-plakatı (1970) göstərilə bilər. Qara Qarayevin musiqi dili sahəsinə gətirdiyi yeniliklər Azərbaycan, eləcə də dünya musiqisinin inkişafında mühüm rol oynamışdır. Onun kamera orkestri üçün yazdığı 3-cü simfoniyası (1965), skripka ilə orkestr üçün konserti (1967), "Zəriflik" monooperası (A.Barbüsün novellaları əsasında, 1971), "Dostluq himni" kantatası (1972), "Coşqun qaskoniyalı" müzikli (E.Rostanın "Sirano de Berjerak" pyesi əsasında, 1973) bunu bir dafa sübut edir.
1962-ci ildə SSRİ Bəstəkarlar İttifaqının katibi seçilən Qara Qarayev 1967-ci ildə Lenin mükafatına layiq görülmüşdür.
Qara Qarayev kinofilmlərə və dram əsərlərinə yazılmış müxtəlif mövzulu süitaların müəllifidir. "Rəqs müəllimi", "Nikbin faciə", "Qəribə adam", "Antoni və Kleopatra" dramlarına yazdığı musiqilər konkret süjet əsasında yaradılmasına baxmayaraq, hər biri müstəqil əsər kimi şöhrət qazanmışdır. "Tarixin ibrət dərsi", "Uzaq sahillərdə", "Mateo Falkone", "Qoyya", "Xəzər neftçiləri haqqında dastan", "Vyetnam", "Dənizi fəth edənlər", "Don Kixot" kinofilmlərinə yazdığı musiqilər həm də janr etibarilə orijinaldır.
Klassik ənənələrə xüsusi diqqət verməklə yanaşı ən müxtəlif formalara müraciət edən müəllif kütləvi mahnı və estrada musiqi janrlarında da əsərlər yaratmışdr.
Qara Qarayevin musiqisi ümumdünya şöhrəti qazanmış, baletləri SSRİ- nin və bir sıra dünya teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur. 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən bəstəkar 2 dəfə Lenin ordeni, həmçinin Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə də təltif edilmişdir.
Qara Qarayev 1981-ci ildə Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Möhsün Sənani
Dünyadakı analar
Sizi "tox" saxlayacaq 7 qida
Sukerberq planetin 5-ci varlısı oldu
Ərdoğan Ancelina Coli ilə oteldə görüşüb
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Prezident İlham Əliyev əlil və şəhid ailələrini sevindirdi
Bakteriyalar
Serj Sarkisyanı nüfuzdan salan məqamlar
Leyla Əliyeva hindistanlı mistiklə görüşdü - FOTO
Azərbaycanda özəl universitetlərdə jurnalistika ixtisası üzrə tələbə qəbulu aparılmayacaq
Əmək kitabçaları tarixə qovuşur
Dolğu etdirdi, başına bəla oldu-FOTO
Ayağınız şişir?-həkim XƏBƏRDARLIQ EDİR
İlanları tutan uşaq hər kəsi qorxutdu-FOTO
2015 bahar modası trendi
İnternetdə böyük fasilə oldu
Məşhur aktyor “Çarpışma”nı tərk etdi - VİDEO
Sabahın HAVAsı
Qaraçıların pulla bağlı qəribə inancları
Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq
"Real Madrid" "Barsa"nın rekordunu qırdı
5 stildə saç yığımı
Gəlinlər üçün 3000 manatlıq qızıl maska hazırlandı - FOTO
Göz həkimləri niyə eynək taxır?
Vikipediya-nın "ata"sına mükafat verildi
Dubayda dünyada ən iri günəş elektrik stansiyası tikilir
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
Xəzərdə neftçi meyiti tapıldı
Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
Cazibədar qadın olmaq üçün
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Kirvənin qızı ilə evlənmək olmaz?
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
Müəllimləri izləyən xəstəliklər
Milli Kino Günü qeyd olunacaq
Azərbaycanda ali təhsildə yenilik
İtaliyanın ən yaxşıları seçildi
Bakıda bu möhtəşəm mənzərəni qaçırmayın - FOTO
Abituriyentlərin nəzərinə! İmtahandan əvvəl bu qidaları yeməyin
Mars və Yer bu həftə maksimum yaxınlaşacaq - Təhlükə, yoxsa...
Məktəbəhazırlıq kurslarına uşaqların qoyulması məcburi olacaq?
İşğaldan azad olunmuş torpaqlarımızdakı mədəni abidələrlə bağlı VACİB ADDIM
Poğaça (foto resept)
Məşhur cütlük qızları ilə ilk FOTO paylaşdı
Qabarıq saçlar üçün maska
İrina Şeykin Nyu-Yorkdakı evi diqqət çəkdi- FOTO
Baxımlı qadının 18 gözəllik vərdişi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]