2014-cü il meteomüşahidələrin bütün tarixi ərzində ən isti il ola bilər. Belə vəziyyəti xeyli dərəcədə dənizin qlobal səviyyədə rekord həddə çatan yüksək temperaturu şərtləndirib.
Bu barədə məlumat Dünya Meteorologiya Təşkilatının (DMT) 2014-cü ildə qlobal iqlimin vəziyyəti haqqında ilkin araşdırmasında yer alıb. Araşdırmanın nəticələrinə görə, quru ərazidə havanın qlobal orta temperaturu yanvar ayından oktyabra qədər 1961-1990-cı illər dövrünün orta göstəricisindən 0,86 ºC yüksək olub. Bu meyil noyabr və dekabr aylarında saxlanılsa, onda 2014-cü il, çox güman, müşahidələrin bütün tarixi ərzində ən isti il olacaq.
Məruzədə qeyd olunur ki, 2014-cü ildə Şimali Amerikanın qərbində, Avropada, Avrasiyanın şərqində, habelə Avstraliyanın cənub və qərb regionlarında havalar xüsusilə isti keçib. Amma Birləşmiş Ştatların, Kanadanın bir çox bölgələrində, Rusiyanın ayrı-ayrı mərkəzi regionlarında hava orta hesabla daha sərin olub.
Dənizin səthinin qlobal temperaturu meteomüşahidələrin bütün tarixi ərzində ən yüksək həddə çataraq, 1961-1990-cı illərin orta göstəricisindən təqribən 0,45 ºC yüksək olub.
DMT-nin tədqiqatında deyilir ki, qazıntı yanacağının yandırılması və insanın digər fəaliyyət növləri nəticəsində əmələ gələn parnik qazları ilə bərabər atmosferə düşən artıq enerjinin təxminən 93 faizi son nəticədə okeanlara düşür.
Okeanlar istiləşdikcə, onların həcmi genişlənir. Buz sipərlərin və buzlaqların əriməsi həm də dənizin səviyyəsinin yüksəlməsinə yol açır, bu da sonunda dağıdıcı daşqınlara gətirib çıxarır. Məsələn, may ayında Serbiya, Bosniya və Herseqovina, Xorvatiyada daşqınlar səbəbindən iki milyondan çox insan zərər çəkib. Rusiyanın Altay, Xakasiya və Tuva respublikalarında may ayında və iyunun əvvəllərində orta aylıq normanın iki qatından çox yağıntı düşüb. İyul və avqust ayları Fransada çox rütubətli olub.
DMT-nin baş katibi Mişel Jarro deyib: “2014-cü il üçün ilkin məlumatlar göstərir ki, meteomüşahidələrin bütün tarixi ərzində ən isti 15 ilin 14-ü XXI əsrdə qeyd alınıb”. O bildirib ki, planetdə qlobal istiləşmə davam edir. 2014-cü ildə rekord istilik güclü leysan və daşqınlar ilə birlikdə nəhəng dağıntılara və insan tələfatına gətirib çıxarıb.
Mişel Jarro deyib: “Bu il ən yüksək temperaturların geniş okean ərazilərində, o cümlədən Şimal yarımkürəsində müşahidə olunması narahatlıq doğuran qeyri-adi haldır. Baş katib diqqəti parnik qazı tullantılarının və atmosferdə onların konsentrasiyası səviyyəsinin rekord həddə çatmasına cəlb edib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
B dərmanların idxalı qadağan edildi
Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər: "Pul itirmişik..."
İnternet dükanlarında kim nə alır?
"Facebook"da foto paylaşmaq mümkün olmayacaq
Geomaqnit qasırğasının səviyyəsi yüksəlib
Zövqlü ziyafət donları
İkili münasibətlərdə xoşbəxtliyin 9 qaydası
Kompüterdə çox işləyənlər - Bu xəbərə diqqət
"Azərbaycan torpaqlarının ən qısa zamanda geri qaytarılmasını istəyirik"
Bu halda karantin rejimi yenidən sərtləşdiriləcək - XƏBƏRDARLIQ
Rusiyada İİV-QİÇS-ə qarşı vaksinlərin insanlarda sınaqdan keçirilməsi gözlənilir
Melanya Trump Helsinkiyə paltoda getdi-FOTO
"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı
Azərbaycan tarixindən yüz şəxsiyyət-56
Varikoz xəstəliyi (1)
Bernard Şoudan 10 ən yaxşı sitat
“Stress çarxı”ndan sonra daha bir aksessuar satış rekordları qırdı - FOTOLAR
Qripdən necə qorunmalı?
Peyvəndin tətbiqi yoxlanılacaq
Makaronlu şorba (foto resept)
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - FOTO
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
Namazda təvazökar olmaq...
Sürətli yağ yandıran 2 idman hərəkəti
Cütlüklər arasında ən əsas 5 problem
Bu şəxslər təhsil haqqından azad olunur
Qəbələdə e.ə 7-8-ci əsrə aid binalar aşkarlandı
Girovlarla görüş olacaq
Leyla Əliyeva babasını belə yad etdi - VİDEO
Özcan Deniz 8 ildən sonra konsert verəcək!
Günün qoroskopu: Şəfqətinizi əsirgəməyin
Lotereyada qazandığı pulla aldığı ərazidən xəzinə çıxdı - FOTO
“Deaf Community” 2 yaşını qeyd etdi
Harison Ford yenidən “İndiana Cons” rolunu oynayacaq - VİDEO
İş görüşməsi üçün necə geyinməli?
TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı AÇIQLAMA
Kəsmikli piroq (foto-resept)
“Bütün günahlar Rusiyadadır”
Evi güllərlə necə bəzəməli?
Beren Saat göz yaşlarını saxlaya bilmədi
Azərbaycan Ordusu daha bir neçə kənd işğaldan azad edib
Sızanaqlar üçün qatıq maskası
Bu gün Milli Dirçəliş Günüdür!
Daha bir qütb yaranır
Marsda quyu qazılacaq
İsti Azərbaycana 5000 manat ziyan vurdu
Buğda suyunun İNANILMAZ FAYDALARI: Hər gün bir stəkan içsəniz...
Akın Akınözdən evlilik xəbərlərindən danışdı















- ŞƏRHLƏR