
“Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir”.
Bu, hər siqaret qutusunun üzərində qeyd edilsə də, siqaret çəkən insanların sayı durmadan artır. Siqaret çəkənlər bunu müxtəlif səbəblərlə izah etsələr də, mütəxəssislər aludəçiliyin insanın iradəsinə bağlı olduğunu iddia edirlər.
Milli.Az ailem.az-a istinadən xəbər verir ki, siqaretin zərərləri saymaqla bitməz. Belə ki, siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə vardır. Siqaret tüstüsü tütün bitkisinin yarpaqlarının tam yanmaması nəticəsində meydana gəlir. Tüstü qaz və dənəcik formasında olur. Tütünün tipi, yanma istiliyi, siqaretin uzunluğu, kağızının xüsusiyyətləri, filtr və tütünə əlavə edilən qatqı maddələri tüstünün qaz və dənəcik formasında olmasına təsir edən faktorlardır.
Yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbiylə tütün yarpağında olan maddələr dəyişimə uğrayır və yeni kimyəvi maddə yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib.
Gündə bir qutu siqaret çəkən insanın minlərlə dəfə içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir.
Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb.
Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq.
Siqaret eyni zamanda bir qadın problemidir. ABŞ-da 1997-ci ildə 165 min qadın siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişib. 1987-ci ildə ağciyər xərçəngi qadınlardakı xərçəng xəstəlikləri arasında birinci sıraya yüksəlmişdi. 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü reallaşıb.
Ölkəmizdə də siqaret çəkən qadınların sayı az deyil və demək olar ki, gündən-günə artır. Kişilər siqaret çəkərkən sakitləşdiklərini, qadınlar isə bədbəxt olduqları zaman siqaret çəkdiklərini deyirlər. Azərbaycanda qadının siqaret çəkməyi birmənalı qarşılanmır. Odur ki, aktuallığını nəzərə alaraq, Ailem.az bu dəfə qadın və siqaret mövzusuna toxunub.
Mütəxəsislərin fikrincə, siqaret çəkmək və ya siqareti tərgitmək insan iradəsinə bağlı olduğu qədər, orqanizmin tələbkarlığı da önəm daşıyır.
İnkişaf etmiş ölkələrdə ürək-damar xəstəlikləri kişilərdə olduğu kimi, qadınlarda da ən əhəmiyyətli ölüm səbəblərindəndir. İnfarkt riski siqaret çəkən 35-64 yaş arası qadınlarda 3 dəfə artıb. 15 yaşından əvvəl siqaretə başlayan qadınlarda infarkt riski siqaret çəkməyən yaşıdlarına görə 9,3 dəfə çoxdur. İnfarkt çəkilən siqaret miqdarı və müddəti ilə əlaqəlidir.
Həkim-genekoloq Xoşqədəm Məmmədova bildirir ki, hamiləliyə qarşı dərmanlar istifadə edən qadınlar siqaret çəkərsə, bu zaman ürək xəstəliyi riski daha da artır. Siqaret qadın ömrünü 15 il qısaldır.
Həkimin sözlərinə görə, hamiləlik dövründə siqaret çəkən anaların körpələri normal ortalamadan 200-250 qram az çəkili olur və daha erkən doğulma halları müşahidə edilir.
Ölü doğum, doğum sonrası ölüm və ani körpə ölümü sindromu riski siqaret çəkən analarda daha çoxdur. Siqaret çəkən anaların körpələrini kifayət qədər əmizdirə bilmədikləri müəyyən olunub. Çünki əmizdirən ana siqaret çəkdiyi zaman südlə körpəsinə nikotin ötürür: “Hamiləlik dövründə siqaret çəkmək doğulmamış uşaqda bir çox ağır sağlamlıq probleminə yol aça bilər. Hamiləlik zamanı siqaret çəkmək erkən doğuşların 15 faizinin, ölü doğuşların isə 10 faizinin səbəbidir. Ananın siqaret çəkməsi körpə və kiçik uşaqlarda astma xəstəliyinə də səbəb ola bilər”.
Uzun müddət siqaret tüstüsünə məruz qalmış uşaqlarda qulaq və tənəffüs infeksiyaları riski daha çoxdur.
Siqaret çəkməyən qadınlarla müqayisədə siqaret çəkən qadınların sonsuzluq riski daha böyük olur və gec hamilə qalırlar. Siqaret çəkən qadınlarda menstruasiya pozuntusu, menstruasiyanın kəsilməsi və erkən klimaks riskləri daha yüksək olur. Belə ki, araşdırmalar zamanı məlum olub ki, siqaret çəkən qadınlarda klimaks dövrü 2-3 il daha tez baş verir.
Bir çox qadın siqaretin o qədər də zərərli olmadığını düşünür. Bir çoxları arıqlamaq, bəziləri müstəqil və ya cazibədar görünmək üçün siqaret çəkməyə başlayır. Əslində isə siqaret potensial ölümdür.
Psixoloq Aynur Əlibəylinin fikincə, siqaret böyük asılılıq yaradan bir bəladır ki, buna aludə olan asanlıqla ondan canını qurtara bilmir: “Siqaret əvvəlcə dözümlülük hissi yaradır. Siqaretə alışdıqca, bu hissin qədəri azalır. Arzu edilən təsirlərin ortaya çıxması üçün getdikcə daha yüksək dozalara ehtiyac duyulur. İnsan zamanla istədiyindən daha çox və daha uzun müddət maddə qəbul etməyə başlayır. Azaltma, tərgitmə istəkləri uğursuz alınır. Siqareti tərgitmək üçün zaman və pula ehtiyac duyulur”.
Psixoloq deyir ki, siqaret asılılığının iki istiqaməti var. Fiziki və psixoloji asılılıq. Fiziki asılılığı siqaretdəki "nikotin" maddəsi edir. Psixoloji asılılıq isə adamdan adama fərqlidir. Özünə inanmayan, problemlərdən qaçan insanlar psixoloji asılılığa daha meyllidir. Nikotin asılılığı meydana gəlmiş kəslərdə siqareti buraxdıqdan sonrakı ilk 3 gün ən çətin dövrdür. Bu dövrdə narahatlıq, əsəbilik, konsentrasiya çətinliyi ortaya çıxır. Bu 3 günü siqaretdən uzaq qala bilən insanlar onu tərgitmək iradəsinə malik olan insanlardır.
Psixoloji asılılığı olan insanlar isə bunu bir psixoloqun köməyi ilə tərgidə bilərlər: “Siqareti özünüz tək başına tərgitmək istəyirsinizsə, ilk öncə özünüzü buna hazırlayın. Əvvəlcə siqareti niyə buraxmaq istədiyinizin səbəblərini bir kağıza yazın. Və hər dəfə siqaret çəkmək istədiyiniz zaman bu kağıza baxın. Siqaret sağlamlığınıza və başqalarına olan məsuliyyətlərinizə kölgə salır. Siqareti buraxmaq üçün başqa güclü səbəbləriniz olduğunu da unutmayın. Siqareti buraxmaq üçün xüsusi bir gün təyin edin. Mənalı bir gün olsun, ad günü, evlilik ildönümü bu kimi günlərin önəmli olması siqareti buraxmağa da yardım edəcək. Siqareti buraxacağınız günü ətrafınıza elan edin. O gün sizə əhəmiyyətli bir dəstək gələcəkdir”.
Siqaret dərinin də ən böyük düşmənidir. Dəriyə su verən qan damarları siqaret çəkdikdən sonra bir neçə dəqiqə büzülür. Dəridə rəng dəyişikliyi əmələ gəlir və erkən yaşlanır. Diş ətləri çirkli və murdar bir görünüş qazanır, diş əti xəstəlikləri ortaya çıxır. Ağızda dad bilmə qabiliyyəti yoxa çıxır. Dodaq, dil xərçəngi riski artır. Qırtlaq və nəfəs borusunda iltihablanma, xroniki farengit vəziyyəti, səs tellərində xərçəng riski müşahidə edilir. Gözlərdə katarakt və irəli yaşlarda korluq meydana gəlir. Mədə və yemək borusunda xora, qanama, qastrit və xərçəng riski artır. Əllərdə və barmaqlarda saralma, dırnaqlarda zəifləmə müşahidə edilir. Sümük və skelet sistemi pozulur, sümük əriməsi meydana gəlir.
XƏBƏR LENTİ
Siqaret narkotikdir
Özü hərəkət edən kresloları sınanacaq-VİDEO
Çiyələkli mürəbbə (foto-resept)
Əl əməyi, göz nuru
Qaz pulu 20 qəpikdən hesablanır? -AÇIQLAMA
Brokolidən zapekanka(foto resept)
Tibbi maskalardan istifadənin məcburiliyi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda GP2 yarışları oldu
Portağallı peçenye (foto resept)
Dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq - RƏSMİ
Serbiyanın baş naziri istefa verdi
Kate Middletonun daima formada qalmağının sirri
Tez-tez ayrılmağın səbəbləri
Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi
Britaniya səfirliyi viza ilə bağlı xəbərdarlıq edir
Həzmi çətinləşdirən 4 qida
Çillərdən azad ol
Çində 6 bal gücündə zəlzələ baş verib
Mətbəxdə tapa biləcəyiniz nəmləndiricilər
Özünə qəbir qazan cəmiyyət və ona qənim kəsilən hakimiyyət
Çempionlar Liqasının oyunları telekanallarda
Aktrisadan qəribə paylaşım-FOTO
Smaylik klaviaturalar gəlir
Noyabrın 2-dən Azərbaycanda təhlükə gözlənilir
Pendirli qrenki (foto resept)
Ərikli-kəsmikli rulet (foto resept)
Həyatla ölüm arasında...
Bu günün hava proqnozu
İstilər 2200 can aldı
Kələmli qarğıdalı salatı (foto-resept)
Vaginizmin müalicəsi zamanı uğura aparan 7 yol
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
Santa Klausun qatarı
Bu ərazilərdə QAZ olmayacaq!
Xoşbəxtlik gətirən qidalar
Qırmızı kələmin faydaları
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
"Maqnit adam" Etibar Budaqlı bir gündə 6 dünya rekordu qazandı
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Bir həftəlik tətilə 55 min ödədilər-FOTO
Turistlərin Avropa Oyunları haqda fikirləri
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Meqan Markl Kral ailəsinin əsas qanunu pozdu-FOTO
Almadan gecə dəriyə qulluq kremi hazırlayın
Sürücülərə VACİB XƏBƏRDARLIQ
Paris səyahəti: necə geyinməli?
Gülbən Ergən yenidən gəlin olacaq-FOTO
İşə velosipedlə getməyin faydaları
Günün qoroskopu: yüz ölçüb bir biçin
Ayaqlarına görə internet fenomeni oldu - FOTO















- ŞƏRHLƏR