
Milli.Az ailem.az-a istinadən xəbər verir ki, siqaretin zərərləri saymaqla bitməz. Belə ki, siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə vardır. Siqaret tüstüsü tütün bitkisinin yarpaqlarının tam yanmaması nəticəsində meydana gəlir. Tüstü qaz və dənəcik formasında olur. Tütünün tipi, yanma istiliyi, siqaretin uzunluğu, kağızının xüsusiyyətləri, filtr və tütünə əlavə edilən qatqı maddələri tüstünün qaz və dənəcik formasında olmasına təsir edən faktorlardır.
Yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbiylə tütün yarpağında olan maddələr dəyişimə uğrayır və yeni kimyəvi maddə yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib.
Gündə bir qutu siqaret çəkən insanın minlərlə dəfə içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir.
Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq.
Siqaret eyni zamanda bir qadın problemidir. ABŞ-da 1997-ci ildə 165 min qadın siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişib. 1987-ci ildə ağciyər xərçəngi qadınlardakı xərçəng xəstəlikləri arasında birinci sıraya yüksəlmişdi. 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü reallaşıb. Ölkəmizdə də siqaret çəkən qadınların sayı az deyil və demək olar ki, gündən-günə artır. Kişilər siqaret çəkərkən sakitləşdiklərini, qadınlar isə bədbəxt olduqları zaman siqaret çəkdiklərini deyirlər. Azərbaycanda qadının siqaret çəkməyi birmənalı qarşılanmır. Odur ki, aktuallığını nəzərə alaraq, Ailem.az bu dəfə qadın və siqaret mövzusuna toxunub.Mütəxəsislərin fikrincə, siqaret çəkmək və ya siqareti tərgitmək insan iradəsinə bağlı olduğu qədər, orqanizmin tələbkarlığı da önəm daşıyır.İnkişaf etmiş ölkələrdə ürək-damar xəstəlikləri kişilərdə olduğu kimi, qadınlarda da ən əhəmiyyətli ölüm səbəblərindəndir. İnfarkt riski siqaret çəkən 35-64 yaş arası qadınlarda 3 dəfə artıb. 15 yaşından əvvəl siqaretə başlayan qadınlarda infarkt riski siqaret çəkməyən yaşıdlarına görə 9,3 dəfə çoxdur. İnfarkt çəkilən siqaret miqdarı və müddəti ilə əlaqəlidir.
Həkim-genekoloq Xoşqədəm Məmmədova bildirir ki, hamiləliyə qarşı dərmanlar istifadə edən qadınlar siqaret çəkərsə, bu zaman ürək xəstəliyi riski daha da artır. Siqaret qadın ömrünü 15 il qısaldır.
Həkimin sözlərinə görə, hamiləlik dövründə siqaret çəkən anaların körpələri normal ortalamadan 200-250 qram az çəkili olur və daha erkən doğulma halları müşahidə edilir.Ölü doğum, doğum sonrası ölüm və ani körpə ölümü sindromu riski siqaret çəkən analarda daha çoxdur. Siqaret çəkən anaların körpələrini kifayət qədər əmizdirə bilmədikləri müəyyən olunub. Çünki əmizdirən ana siqaret çəkdiyi zaman südlə körpəsinə nikotin ötürür: “Hamiləlik dövründə siqaret çəkmək doğulmamış uşaqda bir çox ağır sağlamlıq probleminə yol aça bilər. Hamiləlik zamanı siqaret çəkmək erkən doğuşların 15 faizinin, ölü doğuşların isə 10 faizinin səbəbidir. Ananın siqaret çəkməsi körpə və kiçik uşaqlarda astma xəstəliyinə də səbəb ola bilər”.Uzun müddət siqaret tüstüsünə məruz qalmış uşaqlarda qulaq və tənəffüs infeksiyaları riski daha çoxdur.
Siqaret çəkməyən qadınlarla müqayisədə siqaret çəkən qadınların sonsuzluq riski daha böyük olur və gec hamilə qalırlar. Siqaret çəkən qadınlarda menstruasiya pozuntusu, menstruasiyanın kəsilməsi və erkən klimaks riskləri daha yüksək olur. Belə ki, araşdırmalar zamanı məlum olub ki, siqaret çəkən qadınlarda klimaks dövrü 2-3 il daha tez baş verir.
Bir çox qadın siqaretin o qədər də zərərli olmadığını düşünür. Bir çoxları arıqlamaq, bəziləri müstəqil və ya cazibədar görünmək üçün siqaret çəkməyə başlayır. Əslində isə siqaret potensial ölümdür.Psixoloq Aynur Əlibəylinin fikincə, siqaret böyük asılılıq yaradan bir bəladır ki, buna aludə olan asanlıqla ondan canını qurtara bilmir: “Siqaret əvvəlcə dözümlülük hissi yaradır. Siqaretə alışdıqca, bu hissin qədəri azalır. Arzu edilən təsirlərin ortaya çıxması üçün getdikcə daha yüksək dozalara ehtiyac duyulur. İnsan zamanla istədiyindən daha çox və daha uzun müddət maddə qəbul etməyə başlayır. Azaltma, tərgitmə istəkləri uğursuz alınır. Siqareti tərgitmək üçün zaman və pula ehtiyac duyulur”.
Psixoloq deyir ki, siqaret asılılığının iki istiqaməti var. Fiziki və psixoloji asılılıq. Fiziki asılılığı siqaretdəki "nikotin" maddəsi edir. Psixoloji asılılıq isə adamdan adama fərqlidir. Özünə inanmayan, problemlərdən qaçan insanlar psixoloji asılılığa daha meyllidir. Nikotin asılılığı meydana gəlmiş kəslərdə siqareti buraxdıqdan sonrakı ilk 3 gün ən çətin dövrdür. Bu dövrdə narahatlıq, əsəbilik, konsentrasiya çətinliyi ortaya çıxır. Bu 3 günü siqaretdən uzaq qala bilən insanlar onu tərgitmək iradəsinə malik olan insanlardır.
Psixoloji asılılığı olan insanlar isə bunu bir psixoloqun köməyi ilə tərgidə bilərlər: “Siqareti özünüz tək başına tərgitmək istəyirsinizsə, ilk öncə özünüzü buna hazırlayın. Əvvəlcə siqareti niyə buraxmaq istədiyinizin səbəblərini bir kağıza yazın. Və hər dəfə siqaret çəkmək istədiyiniz zaman bu kağıza baxın. Siqaret sağlamlığınıza və başqalarına olan məsuliyyətlərinizə kölgə salır. Siqareti buraxmaq üçün başqa güclü səbəbləriniz olduğunu da unutmayın. Siqareti buraxmaq üçün xüsusi bir gün təyin edin. Mənalı bir gün olsun, ad günü, evlilik ildönümü bu kimi günlərin önəmli olması siqareti buraxmağa da yardım edəcək. Siqareti buraxacağınız günü ətrafınıza elan edin. O gün sizə əhəmiyyətli bir dəstək gələcəkdir”.
Siqaret dərinin də ən böyük düşmənidir. Dəriyə su verən qan damarları siqaret çəkdikdən sonra bir neçə dəqiqə büzülür. Dəridə rəng dəyişikliyi əmələ gəlir və erkən yaşlanır. Diş ətləri çirkli və murdar bir görünüş qazanır, diş əti xəstəlikləri ortaya çıxır. Ağızda dad bilmə qabiliyyəti yoxa çıxır. Dodaq, dil xərçəngi riski artır. Qırtlaq və nəfəs borusunda iltihablanma, xroniki farengit vəziyyəti, səs tellərində xərçəng riski müşahidə edilir. Gözlərdə katarakt və irəli yaşlarda korluq meydana gəlir. Mədə və yemək borusunda xora, qanama, qastrit və xərçəng riski artır. Əllərdə və barmaqlarda saralma, dırnaqlarda zəifləmə müşahidə edilir. Sümük və skelet sistemi pozulur, sümük əriməsi meydana gəlir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dubayda fantastik layihə - “Üzən Venesiya”
"Qarabağ münaqişəsinin həlli uzadılmamalıdır"
Geyim seçimində yol verilən xətalar
Emosional zəkanızı ölçdünüzmü?(TEST)
İslamın rəmzi niyə yaşıl rəngdir?
Hər kəs onun cəsarətindən danışır - VİDEO
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Mətbəx üçün pərdələr
Sağlam arıqlamağın 3 əsas yolu
Məşhur futbolçu 16 min nəfərə yemək payladı-FOTO
Nazirdən məhkumlarla bağlı ƏMR
Leyla Əliyeva: "Mən səni çox-çox sevirəm!"
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Bekhem yenə tənqid olundu-FOTO
Dəridəki ləkələri yox edən maska
Hindistan qozlu şirniyyat (foto resept)
"Azərbaycan Avro-2016-ya gedə biləcək gücdədir"
İspanaqlı keks ( foto resept)
Dreykin 663 minlik döşəyi diqqət çəkdi
Seda Sayan bu xəstəlikdən əziyyət çəkirmiş-FOTO
Gecikmiş qonaq
Ən böyük şar yığını
Demet Akalın izləyicilərini hədələdi
Tarixdə bu gün
Ən balaca kişi odur?
Ancelina Colidən ŞOK QƏRAR
Bakıda yenilik: qonşu qonçusunu izləyəcək?
Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib
Nilufər çiçəyindən kristal saraya kimi
Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO
Çibanla necə mübarizə aparmalı?
Qadına şiddət olmaz!
Gözəllik məsləhətləri
Azərbaycanın ən məşhur 10 oteli
Qidalandırıcı yumurta maskası
Sırma Markova
Norveçə səyahət
Bengü qızı ilə FOTO paylaşdı
Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"
SOS - Uşaq qidalarının 95%-də zəhərli metallar var - ARAŞDIRMA
24 ildir yalnız sosiska və kartof qızartması yeyir - FOTO
Ətli-lobyalı şorba (foto resept)
42 yaşlı aktrisa görünüşü ilə heyran etdi
Türkiyədən Bakıya başsağlığı
Yuxusuz körpələr
Azərbaycanda müəllimlərin maaşı artırılacaq
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Günün ulduz falı
Rusiyada koronavirusa yoluxma faktı aşkarlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]