
Təhlükəli pəhrizin yayılmasına səbəb qadın jurnalları və saytlarıdır
İnsanların diqqətini çəkmək elə də asan deyil. Onları bir istiqamətə yönəltmək, yazılan bir yazıya diqqətini cəmləmək hər zaman rahat başa gəlmir. Elə buna görə də iki addımdan bir "şok endirim", "dəhşət ucuz", "su qiymətinə" və s. kimi yazılar nəzərə çarpır. Təəssüfedici haldır ki, son zamanlar insan sağlamlığı üçün təhlükəli olan bir sıra məhsullar da bu cür reklam olunur. "İç və sərinlə", "ye və qeyri-adi ləzzəti dad" kimi çağırışlar insanlara az da olsa, təsir edir. Maraqlıdır ki, artıq pəhrizlərdə də bu kimi reklamlara əl atılır. Xüsusən məşhur manikenlər, yaxud müğənnilərin şəxsi pəhrizi adı altında riskli pəhrizlər artır.
Dietoloq Ləman Süleymanovanın sözlərinə görə, tətbiq olunan bu pəhrizlərin əksəriyyəti səs yaratmaq məqsədi ilə yaradılıb. Sahibləri tərəfindən bəlkə də istifadə edilməyən bu pəhrizləri azərbaycanlı qadınlar sevə-sevə tətbiq edir. Belə pəhrizlər dietoloqların yazdığı reseptlərə bəzən ona görə qalib gəlir ki, qadınlar süni və qısamüddətli çəki itirməni müsbət qəbul edirlər. Halbuki bir həftəyə 5-10 kilo sağlam yollarla verilə bilməz. Bədəndən kənarlaşdırılan su çəkidə kəskin azalma yaradır ki, bu da müvəqqəti olur:
"Qadınlar pəhrizlərdən nə üçün şikayət edirlər? Çünki o pəhrizlər qısa müddətli effekt verir. Pəhrizlər niyə qısa müddətli effekt verir? Bunun da səbəbi pəhrizlərin normal olmamasıdır. Bir həftə müddətində orqanizm qidadan məhrum olursa, yağ, duz bilmirsə, bədən arıqlamır, sözün əsl mənasında çökür. Bir həftəyə tutaq ki, 8 kilo verən orqanizm bir həftədən sonra az-az qida qəbul edirsə, beyin dərhal "bir daha ac qalma ehtimalı var" deyib hücuma keçir. Qəbul edilən ən az qidadan belə orqanizm özünə yağ götürməyə çalışır. Nəticədə kökəlmə sürətlənir və insan əvvəlkindən çox çəki ilə qarşı-qarşıya olur. Bir həftəyə 8 kilo verən xanım bir aya 15 kilo geri alır".
Dietoloq bildirir ki, bu gün hədsiz kökəlmək dünyadakı infeksiya xəstəliklərindən yoluxanları da ötmüş haldadır. İnsanlar bunu fast-food, ayaqüstü qidalanmanın nəticəsi kimi qələmə verirlər. Düzdür, bunun, demək olar, payı var, amma bu, kiçik uşaqların kökəlməsi üçün şərait yaradır. Bəs yaşı 30-40-ı keçmiş insanlar niyə köklükdən əziyyət çəkirlər? Məgər 40 il əvvəl indiki ayaqüstü qidalanma restoranları fəaliyyət göstərirdi? Əlbəttə ki, köklüyün səbəbi o deyil:
"Hədsiz kökəlmənin, xüsusən qadınlar arasında yayılan çəki artımının əsas səbəbi səhv pəhrizlərdir. Ola bilər ki, xanım 10 kilonu beş aya alar. Amma o, səhv pəhrizlə bir aya 10 kilo alır. Səhv pəhrizlərin yayılmasına şərait yaradan isə qadın verilişləri, qadın jurnalları, qadınlar üçün yaradılan internet portallarıdır. Diqqət cəlb etmək üçün yazılan hər hansı bir "Cenifer pəhrizi" xanımın diqqətini çəkir. Bəlkə də Ceniferin heç o pəhrizdən xəbəri yoxdur, amma bizdə o pəhriz tətbiq olunur. Kökəlmək sadəcə insanı estetik dəyişmir, eyni zamanda digər orqanların da zədələnməsinə səbəb olur".
L.Süleymanovanın sözlərinə görə, pəhrizlər bədəndə su və əzələlərin əriməsinə səbəb ola bilir. Belə pəhrizlərin tək istiqaməti az kalori ilə insanı ideal kiloya aparmaqdır. İnsanda baş verə biləcək mənfi təsirlər isə pəhrizi məsləhət görənlər üçün vacib deyil. Belə pəhrizlər adətən daim eyni qidanı məsləhət görür. Eyni qida daim qəbul olunduqda bədən sadəcə o qidada olan eyni vitaminlə təmin olunur. Digər vitaminlərdən əskik qalan orqanizmdə əzələlər zəifləyir. Halbuki, əzələ insanın ayaq üstə dayanması, gümrah görünməsi üçün vacib bir amildir:
"Hollivud adlı pəhriz var, hansı ki, o pəhriz hazırda qadınlar arasında məşhurdur. Qidada mümkün olduğu qədər karbohidrat azaldılır. Bundan əlavə, protein pəhrizində karbohidratlar gündəlik yeməkdən çıxarılır və hər gün protein qəbul edilir. Belə pəhrizlərdə də bir həftəni keçən protein pəhrizi artıq kökəlməyə meyllilik yaradır. Ümumiyyətlə, belə dəbli pəhrizlərdən istifadə edən qadınlar özlərini zehni, ruhi, fiziki zədələnmə ilə qarşı-qarşıya qoyurlar".
İstifadə olunan məşhurlarla bağlı olan pəhrizlərin çoxunda kalori və karbohidrat olduqca az olur. Belə olan halda orqanizm lazım olan normasını qəbul etmək üçün bədəndən qidalanmağa başlayır. Bədəndəki əlavə karbohidratların hər biri 3-4 qram su tutmuş olur. Orqanizm karbohidratı qəbul etdikdə bu su boşluqda qalır və insan tərləməklə suyu orqanizmdən xaric edir. Belə olan halda çəkinin enməsi müşahidə olunur. Pəhriz saxlanılıb yenidən normal qida qəbul etdikdə ehtiyat karbohidratlar yenidən yığılmağa başlayır və eyni su geri qayıtmış olur. Normal pəhrizdə orqanizm yağları əritməli, artıq yağlardan xilas olmalıdır. Suyun atılması ilə azalan çəki çox qısa bir zamanda geri qayıdır.
Psixoloq Emil Behrudinin sözlərinə görə, pəhrizlərə belə adların verilməsi normaldır. Necə ki, geyimlərə "super endirim", qidalara "cənnət həzzi" kimi reklamlar edilir, pəhrizlər də elədir. Axı, pəhrizlər hansısa jurnalın daha yaxşı satılmasına səbəb ola bilir:
"Pəhriz təqdimetməsində onu məhşurların adı ilə onların istifadə etdiyi resept kimi göstərmək halları ola bilər. Lakin qadınlar başa düşməlidirlər ki, pəhrizin yanına vurulan qız şəklinin heç o pəhrizdən xəbəri belə yoxdur. Bütün bunlar insanların yaralı yerindən istifadə etmək üçün yaradılan üsullardır. Dolu bir xanımın beynində daim tez arıqlamaq fikri dolaşarsa, təbii ki, o xanım üstündə maniken olan jurnalı nə qiymətə desəniz, alar ki, o pəhrizi oxuya bilsin. Qadın özü özünü psixoloji olaraq bu mərhələyə hazırlamayacaqsa, lap ac qalsa belə, xeyri yoxdur".
XƏBƏR LENTİ
Sloveniyanın Dağlıq Qarabağla əlaqədar bəyanatı
Bakıda beşinci Azerbaijan Fashion Week keçirilir
Yeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi - VİDEO
Vahid Bayramov: "Milli Gimnastika Arenası bu idman növünün inkişafı üçün atılan çox vacib addımdır"
Gecə geyimləri
Piti (foto-resept)
Azərbaycanın Laçın rayonunun işğalından 22 il ötür
Bəyazla Hadisə sevgilidir? - iddialar səngimir
ABŞ-dan İrəvana tərs şillə
2 yaşlı uşağı rentgen etdilər-ŞOK NƏTİCƏ
Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib
Məhəmməd peyğəmbər haqqında gizlədilən film
Kişi və qadın: yüz acını yeyərsən?
Xaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları tutuldu - FOTO
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar - FOTO
Güləşçimiz erməni idmançını peşman etdi
“Zombi” qadın hər kəsi TƏƏCCÜBLƏNDİRİR
Kəndin ortasındakı göl bir gecədə qeyb oldu
Bakıya illərlə xidmət edən hava limanı bağlanır
Uşaqların sosial mediaya ehtiyacı yoxdur
Estoniya Azərbaycan peykinin resurslarından istifadə edəcək
Evdə keratin baxımı necə olmalıdır?
Aleyna Tilki görənləri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
HAVA necə olacaq?- 10 MAY
Günəşdə baş verən güclü partlayış Yerdə qasırğalara səbəb olub
Falkao Dünya çempionatında olmayacaq
Azərbaycanda 62 əsir var – Erməni deputat
Bağlayıcı
İyulun 20-dən bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilir - RƏSMİ
Namiq Əsədov Bakı Marafonu 2016-nın qalibi oldu
Gəncə Qala Kompleksi ziyarətçilərin yolunu gözləyir
Məşhur tennisçini tənqid etdilər-SƏBƏB
Boyun ağrısı üçün idman
Duzlu kələmlə dadlı şorba (foto-resept)
Ermənilər Dağlıq Qarabağı itirir
Ginnesin Rekordlar Kitabı”na düşən smartfon
Nüsrətin müştərisi 41 min dollarlıq hesab ödəməli oldu-FOTO
İmtahandan əvvəl düzgün qidalanmaq
Ermənilər Bakıda məğlub oldular
Aprel döyüşlərində dağılan evlərin təmiri başladı
Teledərslərin yayımı müvəqqəti dayandırılacaq
Naxışlı ruletlərin hazırlanması
Körpəniz də musiqi dinləsin
Ərdoğan dünya ictimaiyyətinə çağırış etdi
İnfeksionist: Koronavirusun yoluxuculuğunun artması insanlar üçün yaxşı xəbərdir
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
O xoşbəxt olarsa, bəşəriyyət xoşbəxt olar…
"Şoko" çubuqları (foto resept)
Siqaret çəkmək boyun ağrılarına səbəb olur
Şvartsenegger uzunqulağı ilə məşq etdi - VİDEO














