"Lut bir zaman öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğrudan da həddi aşmış bir tayfasınız!" ...Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!" (Əraf surəsi, 80-84)
"Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik! Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq". (Ənkəbut surəsi, 34-35)
Yəqin ki, müqəddəs kitablarda Sodom və Qomorra şəhərləri haqda - Allahın onları günahlarına görə "od və kükürdlə" məhv etməsindən çox adam məlumatlıdır. Kitaba görə, Lut peyğəmbərin qövmü əxlaqsızlığa, qəddarlığa, pis vərdişlərə, homoseksuallığa o qədər meyilli idilər ki, şəhərlər Allah tərəfindən yerlə yeksan olunur və bizə ibrət olaraq xatırlanır. Arxeoloqların tapdığı qədim mətnlər göstərir ki, adıçəkilən şəhərlər həqiqətən mövcud olub. Lakin hələ də alimlər həmin şəhərlərin özünün qalıqlarını tapa bilmirlər. Bu baxımdan, onların "ölüm" səbəbləri haqda mübahisələr indiyədək səngimir.
Müqəddəs kitablarda adı çəkilən Sodom və Qomorro şəhərləri, onların aqibəti haqda arayışı oxuculara təqdim edirik:
Tarixçilər eramızdan əvvəl 2-ci minillikdə Lut qövmünün başına gələn bu böyük fəlakətin yerinin "Lut gölü" və ya "Ölü dəniz" kimi məlum olan gölün sahilləri olduğunu düşünürlər. Müasir dövrdə İsrailin işğalı altındakı Qərbi Şəriyə ilə İordaniya arasında qalan Lut gölünün yanında yerləşən tarixi Sodom və Qomorra şəhərləri Lutun təbliğ etdiyi pozğun camaatın yaşadığı yerlər kimi qəbul edilir.
Kitablara görə, şəhər çiçəklənən və zəngin idi. Onların sakinləri, tüfeyli həyat tərzi keçirir, günümüzdəki bir sıra əxlaq prinsipləri orada adi məişət hadisələri idi. Allah cəza olaraq 2 şəhəri sakinləri ilə birlikdə məhv etmək qərarına gəlir. İbrahim Allahdan xahiş edərək, heç olmasa günahsız insanlara görə, Sodom və Qomorro sakinlərinin bağışlanmasını istəyir, lakin məlum olur ki, yalnız Lut və ailəsindən başqa orada çirkaba batmayan bir nəfər belə insan yoxdur. Nəticədə Allah mələklər vasitəsilə Luta ailəsi ilə birlikdə şəhərdən çıxmalarını əmr edir və dönüb geri baxmalarını qadağan edir. Axı arxaya baxmaq günahdan ləzzət alan camaata bir növ yazığı gəlmək kimi başa düşülür. Lutun arvadı sözə baxmır, itaətsizlik edir və dönüb od tutub yanan şəhərə baxır. Rəvayətin davamında onun bu hərəkətinə görə, yerindəcə daşa döndüyü qeyd olunur.
"Allah da göydən od və kükürd yağdıraraq, şəhərləri qanına qəltan etdi" - İncildə deyilir.
Baxmayaraq ki, bu 2 şəhər haqda bəzi qədim mənbələrdə, xüsusilə, Strabonun "Coğrafiya"sında və Tasitin "Tarix"ində də bəhs olunur, bir çox alimlər onların mövcudluğunun tarixi düzgünlüyünə şübhə ilə yanaşır. Britaniyalı alim Maykl Sanders isə, əksinə, əmindir ki, Sodom və Qomorra həqiqətən dağıdılıb və ölü dənizin dibində dəfn olunub.
Şəhərlərin necə dağılması versiyaları bir sıra mübahisələr doğurur. Elmi fərziyyələrdən birinə görə, Sodom və Qomorra asteroidin düşməsi nəticəsində dağıdılıb. Bu versiya şumer astronomlarının yazdıqları mətnlərin oxunması nəticəsində meydana gəlib. Bəzi alimlər həmçinin əmindir ki, bu miqyasda dağıdıcı proseslər yalnız asteroidlə toqquşma nəticəsində baş verə bilərdi. Qədim şumer mətnlərindəki bu versiya dindarlara sərf edir, çünki müqəddəs kitabdakı rəvayətlərlə uyğun gəlir. Kitabda obrazlı şəkildə "göydən od yağdırdıq" fikirləri yer alır.
Qədim şəhərlərin məhv olmasına güclü zəlzələnin səbəb olması bir çox alim üçün daha ağlabatan görünür. Şəhər, iki tektonik layların qovuşduğu yer qabığının səthində salınmışdı - planetin ən fəal seysmik zonalarından birində. Bundan başqa, Ölü dəniz zonasında metan yataqları var. Zəlzələ bitumlar və yanar qazların göyə atılması ilə müşayiət oluna bilərdi ki, o da ciddi yanğınlar yaradardı. Bitumlar isə bu rayonda yüksək kükürdlü olması ilə fərqlənir. Alimlər bu versiyadan yola çıxaraq, Bibliyadakı "od və kükürdlə məhv etdik" ifadəsinin o qədər də uydurma olmamasına işarə edirlər. Rusiyadan və İsraildən olan bir sıra alim də vulkan püskürməsi versiyasını üstün tuturlar, nəinki asteroid toqquşması.
Elm inkişaf etdikcə, arxeoloji tapıntılar da çoxalacaq, onların tədqiqi də rahatlaşacaq. İstənilən halda, meteoritin düşməsi yanğın, zəlzələ, daşqınlar, vulkan püskürməsi yarada bilərdi ki, bu da, Bibliyada 2 tarixi şəhərin, "ilahi atəşlə" məhvi haqqında yazılanların yaşamağa haqqı olduğunu göstərir.
Milli.Az

XƏBƏR LENTİ
Günün ulduz falı - 01.09.2013
Dekorasiyada zərif yaşıl tonları
Tokio metrosunda robotlar olacaq - FOTO
Koronavirusun növbəti əsas simptomu aşkar edildi
Moskva və Bakı yeni yola çıxır
Pandemiyadan sonra bu sahələr inkişaf edəcək - VİDEO
Məsləhət istəyirəm
MDB ölkələri vərəm siyahısında
Dırnaqlardakı ağ ləkələr sağlamlığınız haqqında nə deyir?
Facebook istifadəçilərinin narahatlığına əsas yoxdur
Mercedes SLS AMG-nin salonu lüks oldu
Zeytun yağının ən keyfiyyətlisi - "Zeytun bağları"
Azərbaycanda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək
Ordumuzdan düşmənə sarsıdıcı zərbə: Komanda idarəetmə məntəqəsi və atəş nöqtələri məhv edildi - VİDEO
Tanımadığımız bitkilər
Yol polisi Hillari Klintonu cərimələdi
Teylor Svift fanatına kömək etdi-FOTO
Bakı küləyi özü ilə "donuz qripi" gətirib? - Şəbəkə nağılları
Erməni atalar övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər
Azərbaycanda ən çox satılan avtomobil hansıdır?
Prezident və xanımı xalq artistləri ilə görüşdü-FOTO
Şokolad ürək sağlamlığını qoruyur
Rahatlıq üçün hazırlanmış mebellər
4 təhlükəli oyuncaq
Seçkilərdə iştirak edən Sezen Aksudan qəribə AÇIQLAMA
İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”
"Beyni qan" uşaqları necə qoruyaq?
Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib
Hindistanlı qız dünya gözəli seçildi - FOTO-VİDEO
Çex kəndində ev - FOTO
Keti Perri izləyicilərini təəccübləndirdi-VİDEO
Azərbaycan XİN-dən Ermənistanın Türkiyə ilə bağlı ittihamlarına REAKSİYA
Siemens 15 min nəfəri işsiz qoyacaq
10 ildir kəsdirmədiyi saqqalını kəsdirdi-SƏBƏB
Ölümcül xəstəliyin sonu
Fahriye Evcen Burak Özçivitin yeni imicindən danışdı
Aromaterapiya yağları və onların faydaları
Lazer epilyasiyası
Kosmik səyahətlər gerçək olur!
Çingiz Abdullayev: "Yalnız mən həll etmirəm..."
Mətbəxdən 6 milyonluq rəsm əsəri tapıldı-FOTO
Azərbaycanın ən qədim və bahalı kitabı hansıdır? - FOTO
Bu bazar Milli parklara giriş pulsuz olacaq - FOTO
Makiyaj qabını necə hazırlamaq olar?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Saçlarınızın qeydinə qalın
Şimal bölgəsinin sakinləri Qusarda səyyar "ASAN xidmət"dən yararlana biləcəklər
Eyvanda kabab bişirənlərin nəzərinə
Mancurlar
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
