
Onlar üçün işləmək işgəncədir
Elə insanlar var ki, onlar işləmək istəmirlər. Onlar işsiz qaldıqları üçün utanmır və iş axtarmağa cəhd belə etmirlər.
23 yaşlı Fəridə Kazımovanın sözlərinə görə, onun həyat yoldaşı işləmədiyi üçün ayrılıblar: "Uşaq dünyaya gələnə qədər həyat yoldaşımın işləməməsinə dözürdüm. Qayınanam bacardığı qədər bizə kömək edirdi. Düşünürdüm ki, uşaq olsa, həyat yoldaşım məsuliyyət hiss edib iş axtarar. Amma daha da pis oldu. Maddi cəhətdən vəziyyətimiz daha da ağırlaşdığından mən də, qayınanam da ondan işləməsini xahiş edirdik. Bütün bunlar isə onunla nəticələndi ki, problemlərə görə həyat yoldaşımın əsəb sistemi pozuldu və o demək olar ki, hər gün məni döyməyə başladı. Nəticədə boşandıq. Bəlkə də o işləsəydi, bizim ailəmiz dağılmazdı".
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, işsizləri bir neçə qrupa bölmək olar: "Elə adamlar var ki, onlar həqiqətən də səhhətləri ilə bağlı problemlərə görə işləyə bilmirlər. Onlar üçün bu ya heç mümkün olmur, ya da çox çətinliklə başa gəlir. Lakin elə adamlar da var ki, onlar xəstəliyi işdən imtina etmək üçün bəhanə gətirirlər. Belə ki, səhhəti ilə bağlı problemləri olanlar da evdə distant işləyə bilərlər. Misal üçün, evdə tərcümə işləri və ya proqramlaşdırma ilə məşğul olmaq olar".
J.Həmidli bildirib ki, bəzi adamlar yaxşı təhsil alıb, xaricdə oxumaqlarına, təhsilə görə çox pul xərclədiklərinə, əziyyət çəkdiklərinə baxmayaraq işləmək istəmirlər. Onların təhsilə ayırdıqları vaxta da heyfləri gəlmir. Demək olar ki, diplomları yararsız qalır.
Psixoloq qeyd edib ki, qadınların işləmək istəməməsi normal hal olsa da, işdən qaçan kişiləri cəmiyyət qəbul etmir: "Qadınlar ev işləri gördüyü, uşaqlara baxdığı, məişət problemlərinə görə çox yorulduğu üçün işləmək istəməyə bilər. Bəzilərini işləməyə həyat yoldaşı qoymur, bəziləri isə bütün vaxtlarını ailəsinə həsr etmək istədikləri üçün işləmirlər. Amma kişi işləmək istəməyəndə bir sıra problemlər yaranır".
Həmidli diqqətə çatdırıb ki, işləməyə həvəsi olmayan adamı uzun müddət işləməyə məcbur etmək olmur: "Ola bilsin ki, onlar bir-iki il hardasa işləyəcəklər. Amma hımin yerdə də ya iş yoldaşları, ya da rəhbərliklə konfliktə girib işdən çıxmalı olacaqlar. Onlar işləmək istəmədiyi üçün onları heç yerdə uzun müddətə saxlamırlar. Belələrinin daimi iş yeri olmur və onlar bir yerdən çıxıb başqa yerə gedir, sonra isə ümumiyyətlə, işləmək istəmədiklərini deyirlər".
Yaxşı gəliri olduğu üçün işləməyə ehtiyacı olmayanlar da az deyil. Ev, obyekt və s. kirayə verməklə yaşayanlar da kifayət qədərdir.
İşsizlər arasında daim axtarışda olanlar da olur. Psixoloq bildirib ki, belə adamlar heç bir işi bəyənmir. Onlara elə gəlir ki, daha yaxşı iş tapa bilərlər. İşdə ya maaş, şərait, rəhbərlik. ya da işin yerləşdiyi yer onları qane etmir. Daim axtarışda olan işsizlərin bəziləri arada işə düzəlir, amma bir qədər işlədikdən sonra işdən çıxırlar. İşin onları qane etmədiyini deyirlər. Onlar iş axtarmağa davam edirlər. Normal iş tapa bilmədiklərini bəhanə gətirir, ana, ata və ya hansısa qohumları onlara iş tapana qədər kömək edir. Bəziləri isə ömür boyu belə yaşayırlar.
Təhsil aldıqlarını, kursa getdiklərini bəhanə gətirərək işləməkdən qaçanlar da olur. Onlar təhsilini bitirdikdən və ya hansısa proqramı, dili və s. öyrəndikdən sonra işləyəcəklərini deyirlər. Adətən onlar təhsil almaqlarını, özləri üzərində işləməyi bitirmirlər. Belə ki, məsuliyyətdən qorxurlar. Onlar işə çıxanda işləyə bilməyəcəklərindən ehtiyat edirlər. Təhsil müəssisəsində ən pisi onlar imtahandan kəsiləcək və yenidən imtahan verəcəklər, işdə isə pis işləsələr, maaşdan kəsiləcək və ya maaş heç verilməyəcək. Onları işdən çıxara da bilərlər. Ən pisi isə onlar özlərinin və yaxınlarının gözündən düşəcəyindən ehtiyat edirlər. Ona görə də hər dəfə vaxtı uzadır və işləməkdən yayınırlar. Həm də onlara yaxınlarının hesabına yaşamaq daha rahat gəlir.
Psixoloqun dediyinə görə, bəziləri isə işsizliyə fəlsəfi yanaşırlar: "Belə adamlar hesab edir ki, həyatda işləməkdən daha maraqlı, faydalı və əyləncəli məşğuliyyətlər olur. Ona görə onlar işə getmir, vaxtını evdə keçirir, kitab oxuyur, rəsm çəkir, musiqi bəstələyir, hobbiləri ilə məşğul olurlar. Onların arasında hobbisi ilə pul qazananlar da olur. Bəziləri isə səyahət edir və həyatdan bacardıqca çox zövq almağa çalışırlar".
Elə adamlar da var ki, onlar həyatda yalnız əylənmək istəyirlər. Tez-tez qonaqlığa, müxtəlif şənliklərə gedir və vaxtlarını belə keçirirlər. İşsizlərin ən pis qrupu isə fırıldaq yolu ilə pul qazanan və maddi problemlərini bu cür həll edənlərdir. Bəs, işləmək istəməyən tənbəl adamı necə fərqləndirmək olar? J.Həmidli məsələhət görür ki, əgər şəxs 30 yaşına çatıb, amma əmək ştajı yoxdursa və ya çoxlu iş yeri dəyişibsə, işlər arasında fasilə illərlə davam edibsə, artıq bir ildən çox işləmirsə, deməli, onun işləmək fikri yoxdur. "Belə adamlar işləyəcəklərinə inandırsalar belə, inanmayın. Onlara işləmək işgəncə kimidir".

XƏBƏR LENTİ
Azərbaycanda bu kənddə hər kəs velosiped sürür
Çiyələkli parfe (foto resept)
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Bu gün ilk çərşənbədir!
Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
Evdə dırnaq baxımı
İstirahət günü Bakıda hava necə olacaq?
Nilufər əməliyyat olundu
Quru tutun və çuğundurun faydaları
Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO
13 mindən çox sayt bağlandı
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Maraqlı faktlar
Məşhur aktrisa ikinci dəfə ana olacaq-FOTO
Havanı zəhərdən təmizləyən bitki yaradıldı
17 yaşlı azərbaycanlının heyrətamiz uğuru – ABŞ-da 6 UNİVERSİTET!
Kəsmikli içlikli gül bulkalar(foto-resept)
Komputer qarşısında çox oturanların diqqətinə
Türkiyədə çevriliş CƏHDİ: Azərbaycandakı banka 3,6 mlrd.-lıq zərbə
Krım meteoritinin UNO ilə əlaqəsi var
Məşhur aktyorun yeni imici tənqid edildi
Azərbaycanda uşaqlara qəribə adlar qoyulur
Saç düzləşdirilməsinin üsulları (2)
Rusiyada ilk dəfə regionlardan birində lokdaun tətbiq edilib
Dəri kəmərdən istifadə etmək olarmı?
Parlament Prezident və xalqa müraciət edib - VİDEO
Xoşbəxtlik üçün qidalar
Çağla Şikel gözəlliyi ilə diqqət çəkdi-VİDEO
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Möhtəşəm küçə rəsmləri
Hava haqqında
50-dən çox erməni uşaq zəhərləndi
Salfet üzuklərinin hazırlanma qaydası
Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı
Putinin daha bir istedadı üzə çıxdı - VİDEO/FOTO
Dünyada topla ən sürətli qaçan futbolçusunun adı
AMD-dən yenilik var
Hamiləlikdə qidalanma
Zəhərli çiçək
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Avropa Oyunları Parkının açılışında iştirak ediblər
Saçların uzanmasını sürətləndirən təsirli maskalar
Sobada toyuq( foto resept)
Koronavirus körpələrə də yoluxdu
Özünü xəstəliyə vuran dilənçi kameraya düşdü - VİDEO
Arda Turan "Real"ın oyunçularını çaş-baş saldı
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
ETİRAFLAR:"Xəyanətkarı bağışlamaq olarmı?"
İçliklə doldurulmuş üçbucaq blinçiklər (foto resept)
Pendirli göbələk (foto-resept)

- ŞƏRHLƏR