Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli, 2015-ci il 24 fevral tarixli qanunlarının tətbiqi barədə müvafiq sərəncamlar imzalayıb.
Dəyişikliklərə əsasən, 228.0.10-cu və 228.0.11-ci maddələr aşağıdakı redaksiyada verilir:
“228.0.10. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına;
228.0.11. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməməsinə;”.
Bundan başqa, 228.0.12-ci və 312-ci maddələr ləğv edilir.
Həmçinin, aşağıdakı məzmunda 317-1-ci maddə əlavə edilir:
“Maddə 317-1. Ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin pozulması
317-1.1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.
317-1.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulan standart nümunənin və ya ölçmə vasitəsinin tipi təsdiq olunmadan və (və ya) ölçmə vasitəsinin ilkin yoxlamadan keçmədən tədavülə buraxılmasına görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.
317-1.3. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanmasına və (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsinə görə -vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.
317-1.4. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmənin tələb olunan dəqiqliyini təmin etməyən ölçmə vasitələrindən istifadə olunmasına görə -vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.”.
Məcəlləyə daha bir - aşağıdakı məzmunda 65-3-cü maddə əlavə edilir:
“Maddə 65-3. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması
65-3.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan bir min manatadək, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.
65-3.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu
yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə -
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir.”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Koronavirus üçün maskalar dəbli aksesuara çevrilib - FOTO
Leyla Əliyeva şəhidlərə şeir həsr etdi - FOTO
Modern qonaq otağı boyaları
Ürəyə faydası olan ərzaqlar
7 günlük pəhrizlə 8 kiloqram arıqlayın
Həyat yoldaşına xəyanət edən BÜRCLƏR
Bu məkanlarda tibbi maska taxılması məcburi olacaq
Girovlarımızdan xəbər var
Vinni Puxun pələngi tapıldı - FOTO
Bakı metrosu 24 saat işləyəcək
Folqada çəki balığı (foto resept)
AzTV şəhid yaxınlarına və qazilərə müraciət etdi - FOTO
Xərçəngin növbəti qurbanı...
Müəllim işləmək istəyən kişilərin sayı artıb
Ruhaninin prezident seçkilərindəki əsas rəqibi bəlli oldu
Qızı olanlara yeni xəbər
BÜRCLƏR bizə nə vəd edir? - 5 MAY
Türkiyə səfirliyindən Bayraq günü təbriki: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Azərbaycan Rusiyaya sifariş verib
Dəlilər ölkəsi Ermənistan
Ecazkarlıq nişanəsi- zövqlü donlar
Şəhidlərin medalları övladlarına verildi
Prezenteizmin axırı yaxşı qurtarmır...
Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?
Xərçəngin müalicəsi tapıldı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (4-cü hissə)
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Çimərliklərin istifadəsinə icazə verildi - RƏSMİ
Qorxu filmi kimi moda həftəsi
Geyim dəstləri
Uzunömürlü münasibətə sahib olan məşhurlar
Ancelina Coli yeni filmə çəkilir
"Ceylan" tortu (foto resept)
Kıvanç və Beren eyni serialda - FOTO
"Ağıllı" cins gödəkcə hazırlanıb
Ağdam rayonunun işğalından 23 il ötür
2018-ci ildə ən çox qazanan aktyorlar
İrəvan sülhdən niyə imtina edir?
İlin qəşəng qadınları
Sızanaqlı qız üzünü belə bəzədi
Meşələri istirahətə qurban verməyək
Onlar yaşlanmaq əvəzinə daha da gözəlləşiblər
MTN-də gözlənilməz təyinat - Prezident sərəncam verdi
Bu kişinin beyninin 50 faizi yoxdur
İtə görə təyyarə yerə endi
Yanğının səbəb olduğu fəlakət
Düymə ( foto resept)
"Bakı 2015 İlk Avropa Oyunları" üçün Bakıda dünyanın ən möhtəşəm Olimpiya kəndlərindən biri tikiləcək
“Ermənilər rahat dayanmır”
Simgeni Yıldız Tilbeyə bənzətdilər















- ŞƏRHLƏR