Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 797 IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, в„– 8, III kitab, maddə 612; 2001, в„– 7, maddə 462, в„– 10, maddə 640, в„– 12, maddə 755; 2002, в„– 1, maddə 49, в„– 5, maddələr 260, 275, в„– 8, maddələr 478, 484, 486; 2003, в„– 6, maddə 299, в„– 8, maddə 434, в„– 9, maddə 478, в„– 10, maddələr 546, 547, 560, 571, 582; 2004, в„– 1, maddələr 19, 26, в„– 3, maddələr 138, 141, в„– 4, maddə 235, в„– 5, maddələr 340, 341, 343, 345, 346, в„– 8, maddələr 607, 608, в„– 11, maddə 909, в„– 12, maddə 1005; 2005, в„– 2, maddələr 67, 69, в„– 4, maddələr 299, 303, в„– 8, maddə 702, в„– 9, maddələr 801, 802, в„– 12, maddə 1101; 2006, в„– 2, maddə 83, в„– 4, maddələr 321, 322, в„– 5, maddə 407, в„– 7, maddə 590, в„– 8, maddələr 662, 663, 674, 675, 679, в„– 9, maddə 743, в„– 11, maddələr 942, 945; 2007, в„– 1, maddə 11, в„– 2, maddə 87, в„– 3, maddə 230, в„– 7, maddə 715, в„– 8, maddələr 767, 769, в„– 11, maddələr 1110, 1116, 1120, в„– 12, maddə 1227; 2008, в„– 1, maddə 7, в„– 3, maddə 186, в„– 6, maddələr 504, 507, в„– 7, maddə 617, в„– 8, maddə 713, в„– 9, maddə 798, в„– 10, maddə 894, в„– 11, maddələr 969, 971, 980, в„– 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, в„– 2, maddə 330, в„– 3, maddə 163, в„– 4, maddə 226, в„– 7, maddələr 532, 535, 539, 540, 542, в„– 9, maddə 688, в„– 10, maddələr 776, 785, в„– 12, maddələr 979, 993; 2010, в„– 2, maddə 80, в„– 3, maddələr 180, 189, в„– 5, maddə 393, в„– 7, maddələr 606, 607, 610, в„– 8, maddələr 721, 725, в„– 10, maddələr 847, 854, в„– 11, maddə 972; 2011, в„– 3, maddələr 174, 175, в„– 6, maddələr 490, 511, 513, в„– 10, maddə 895, в„– 12, maddələr 1117, 1129; 2012, в„– 1, maddə 7, в„– 2, maddə 64, в„– 3, maddə 199, в„– 4, maddə 284, в„– 5, maddə 424, в„– 6, maddə 544, в„– 7, maddələr 682, 692, 698, в„– 11, maddələr 1097, 1113, в„– 12, maddə 1237; 2013, в„– 3, maddə 238, в„– 4, maddələr 371, 378, в„– 5, maddə 500, в„– 6, maddə 658, в„– 8, maddələr 892, 894, 907, в„– 9, maddələr 1042, 1057, 1058; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 98 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.48-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.49-cu bənd əlavə edilsin:
“2.49. həmin Məcəllənin 74.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur.”;
1.2. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.8. həmin Məcəllənin 74.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, bu inzibati xətalar “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi baxır;”;
1.3. aşağıdakı məzmunda 3.8-1-ci bənd əlavə edilsin:
“3.8-1. həmin Məcəllənin 74.3-cü və 74.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə mədəni irsə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, təbii irsə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bu inzibati xətalar “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində törədildikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi baxır;”;
1.4. 3.33-cü bəndə “həmin Məcəllənin” sözlərindən sonra “74.1-ci,” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar barədə nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilməsi, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma sisteminin üç ay müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə həmin Məcəllənin 410-1-ci maddəsində müəyyən edilmiş qaydada icraat bu Fərmanın 1.3-cü bəndində göstərilən SMS məlumatlandırma sistemi yaradıldıqdan sonra həyata keçirilsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci və 410-1.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.
X X X
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, в„– 8, I kitab, maddə 584; 2001, в„– 1, maddə 24, в„– 3, maddə 139, в„– 7, maddə 455, в„– 11, maddələr 680, 698, в„– 12, maddə 731; 2002, в„– 1, maddə 9, в„– 4, I kitab, maddə 165, в„– 5, maddələr 234, 237, 239, в„– 6, maddə 326, в„– 8, maddə 463, в„– 12, maddə 692; 2003, в„– 1, maddələr 3, 13, 23, в„– 4, maddələr 177, 178, в„– 5, maddə 228, в„– 6, maddələr 257, 276, 279, в„– 8, maddələr 407, 425, в„– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, в„– 1, maddələr 6, 7, 10, 13, в„– 4, maddələr 200, 201, 204, в„– 5, maddələr 313, 314, 317, 321, в„– 6, maddə 397, в„– 8, maddələr 596, 597, в„– 10, maddələr 762, 779, в„– 11, maddə 900, в„– 12, maddə 973; 2005, в„– 1, maddələr 5, 6, в„– 2, maddə 61, в„– 4, maddələr 272, 273, 275, 278, в„– 6, maddələr 462, 466, в„– 7, maddə 576, в„– 8, maddələr 691, 692, в„– 10, maddələr 875, 877, 904, в„– 11, maddələr 993, 994, 995, в„– 12, maddələr 1083, 1085; 2006, в„– 2, maddələr 64, 68, в„– 3, maddələr 219, 220, 223, 225, в„– 5, maddə 385, в„– 6, maddə 478, в„– 11, maddələr 923, 924, 932, в„– 12, maddələr 1005, 1020, 1024; 2007, в„– 1, maddələr 3, 4, в„– 2, maddələr 65, 68, в„– 5, maddələr 397, 398, 401, 440, в„– 6, maddələr 560, 561, 562, 579, в„– 8, maddə 757, в„– 10, maddələr 935, 936, 938, 940, в„– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, в„– 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, в„– 2, maddə 47, в„– 3, maddələr 146, 152, 159, в„– 4, maddə 249, в„– 5, maddə 340, в„– 6, maddələr 454, 460, 461, 464, в„– 7, maddələr 601, 602, 605, в„– 8, maddələr, 699, 701, 711, в„– 10, maddələr 884, 885, в„– 11, maddələr 956, 957, в„– 12, maddələr 1045, 1047, 1049; 2009, в„– 2, maddələr 36, 45, 49, 52, 53, в„– 5, maddələr 309, 315, в„– 6, maddələr 404, 405, в„– 7, maddələr 517, 518, 519, в„– 8, maddə 611, в„– 12, maddələr 953, 954, 966, 971; 2010, в„– 2, maddələr 70, 71, в„– 3, maddələr 167, 171, 178, в„– 4, maddələr 275, 276, в„– 5, maddələr 379, 380, в„– 6, maddə 483, в„– 7, maddələr 577, 591, 594, 595, 598, 600, в„– 10, maddə 838, в„– 11, maddələr 936, 938, 949, в„– 12, maddə 1059; 2011, в„– 2, maddələr 70, 71, в„– 3, maddələr 162, 164, 167, 168, 170, в„– 4, maddələr 246, 254, в„– 6, maddələr 470, 479, 487, в„– 7, maddələr 596, 614, в„– 10, maddə 881, в„– 11, maddə 981, в„– 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, в„– 1, maddə 3, в„– 2, maddə 50, в„– 3, maddə 194, в„– 4, maddə 271, в„– 5, maddə 404, в„– 6, maddə 499, в„– 7, maddələr 649, 665, 667, в„– 9, maddə 843, в„– 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, в„– 1, maddələr 12, 13, 23, в„– 2, maddələr 90, 100, в„– 3, maddələr 205, 218, 220, 225, в„– 4, maddələr 354, 361, в„– 5, maddələr 461, 473, 480, в„– 6, maddələr 601, 617, 627, 629, в„– 7, maddə 777, в„– 8, maddə 888, в„– 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, в„– 12, maddələr 1471, 1480, 1496) aşağıdakı dəyişikliklər edilsin:
1. 155.2.1-ci maddədən “və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 155.2-3-cü maddə əlavə edilsin:
“155.2-3. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat miqdarında cərimə edilir.”.
3. 370-3-cü maddə üzrə:
3.1. 370-3.1-ci maddə ləğv edilsin;
3.2. 370-3.2-ci maddənin:
3.2.1. birinci cümləsində “bildirişi” sözü (birinci halda) “inzibati xəta haqqında işlər üzrə sənədi” sözləri ilə, “bildirişdə” sözü “sənəddə” sözü ilə, “bildirişi” sözü (ikinci halda) “sənədi” sözü ilə əvəz edilsin;
3.2.2. ikinci cümləsində “bildiriş” sözü “inzibati xəta haqqında işlər üzrə sənəd” sözləri ilə əvəz edilsin;
3.3. 370-3.3-cü və 370-3.4-cü maddələrdə “Bildirişin” sözü “İnzibati xəta haqqında işlər üzrə sənədin” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 391.1-1-ci maddə əlavə edilsin:
“391.1-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.”.
5. 410-1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“410-1.1. Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir.”.
6. 410-1.2-ci maddənin ikinci cümləsində “avtomatik rejimdə işləyən” sözləri çıxarılsın.
7. 410-1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“410-1.8. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə:
410-1.8.1. bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitəsinin istifadəçisini səlahiyyətli orqana çağırmaq;
410-1.8.2. nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında bu Məcəllənin 410-1.1-ci maddəsinin tələblərinə uyğun olmayan protokol tərtib etmək qadağandır.”.
8. 421.3-cü maddədə “məlumat” sözü “informasiya” sözü ilə əvəz edilsin.
9. 446.1.6-cı maddədən “, 313-2.2” rəqəmləri çıxarılsın.
10. 451.7-ci maddənin ikinci cümləsində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
“İstanbullu gəlin” böyük UДћURA İMZA ATDI - FOTO
4 ildir, dırnaqlarını tutmur - FOTO
"Bu qanun valideynləri müxtəlif bəhanələrdən çəkindirəcək"
Havalar soyuyacaq
Pencəklər
Kakaolu türk paxlavası (foto resept)
Ebru Şallı və nişanlısı məhkəməlik oldu-QƏRİBƏ SƏBƏB
Yaddaşsızlığa son
Payız və qış ayaqqabıları
Bürclərə görə evləniləcək ən yaxşı 3 qadın
İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı
Hazal Kaya Kıvanç Tatlıtuğdan danışdı
İyun ayı üçün bayramlar və tarixi günlər
Məşhur atalar və oğulları
6 yaşlı uşaq mənzildə gizli otaq tapdı - Qapını açanda GÖRDÜKLƏRİNƏ İNANMADI/VİDEO
Bakı lərzəyə gələcək - EKSKLÜZİV
Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi
Alina Boz koronavirusa yoluxdu
Qiyməli, pendirli sousda kannelloni (foto resept)
150 milyard dollarlıq layihə Azərbaycandan keçəcək
Deputatdan təklif: “Ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılsın”
Niyə depressiyaya düşürük?
Araz Ağalarov 1,8 milyard dollarlıq mübarizədə Putinin dostuna qalib gəldi
Manat sabah bu qiymətə olacaq
Bakıda bu marşrut kart sisteminə keçdi
Qidalanma pozuntusu, əslində, bir xəstəlikdir
Soyuq havalarda dəri qulluğu
“Mona Liza” 3D olarsa
Zabit Səmədov zəncini döydü, 1 milyon uddu
Evlilərdən subaylara məsləhət (1-ci hissə)
Fransada 3,6 milyon insan terrora meydan oxudu
Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq
Məcburi köçkünlərə xəbərdarlıq edildi
Maliyyə Nazirliyindən hərbiçilərə şad xəbər
"Sandıq "salatı (foto-resept)
Eviniz və torpağınız sənədlidirmi?
Kartları birləşdirən azərbaycanlı: Koreyada maraqlı ixtira edən gənc
Rusiyaya daha bir zərbə
Hamiləlikdə idman etməyin faydası
Klassik Zaxer tortu(foto resept)
Koronavirusa görə milyardlarını itirən varlılar - SİYAHI
Məsləhəti onlardan alın
Ən çox əsgəri olan ölkələr
Ece Seçkin boyunun kiçikliyindən danışdı-FOTO
Toyuqlu gül kələmi salatı (foto-resept)
Xeyirli və möcüzəli gül kələmi
Qış salatı(foto resept)
Bakıda “Sülh ağacı”
Antonio Banderas
Üzdə mimik qırışları təmizləyən maskalar