"Bakı 2015 İlk Avropa Oyunları" layihəsi çərçivəsində Bakıda dünyanın ən gözəl Olimpiya kəndlərindən biri tikiləcək. Bu barədə cümə axşamı Trend-ə "Bakı Avropa Oyunları 2015"in Əməliyyat Komitəsinin icraçı direktoru Cim Şerr bildirib. Onun sözlərinə görə, Bakıdakı Olimpiya kəndi füsunkar infrastruktura malik olacaq. C. Şerr qeyd edib ki, Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində bütün obyektlər ən yüksək tələblərə cavab verəcək və yüksək keyfiyyəti ilə seçiləcək. C. Şerr vurğulayıb ki, "Bakı 2015"in Əməliyyat Komitəsi Oyunların keçirilməsi üçün bütün hazırlıq tədbirləri üzərində nəzarəti həyata keçirir: "Bunların sırasında mövcud obyektlərin bərpası, yeni obyektlərin tikintisi, nəqliyyat infrastrukturunun yenilənməsi, həmçinin obyektlərin tam hazır vəziyyətə gətirilməsi var". İcraçı direktor bildirib: "Bir sıra işlər artıq başa çatdırılıb. Nəzərə alsaq ki, ehtiyatımızda daha iki il yarım müddət var, növbəti 3-4 ayda bu işlərin kifayət qədər böyük hissəsinin yerinə yetirilməsinin şahidi olacaqsınız". C. Şerr qeyd edib ki, Bakı 2015 İlk Avropa Oyunları başlananadək yarışların təşkili, qonaqların Azərbaycan paytaxtında qəbul olunması, həmçinin xidmətlərin göstərilməsi ən yüksək səviyyəyə çatdırılacaq. İcraçı direktor deyib: "Təbii ki, həyata keçiriləsi işlər hələ çoxdur və bu səbəbdən işlər gərgin qrafik üzrə gedir. Nəzərə alsaq ki, yarışlara o qədər də çox vaxt qalmayıb, təbii ki, biz işləri sürətli tempdə davam etdirəcəyik". 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 49 Milli Olimpiya Komitəsinin nümayəndələri gizli səsvermə yolu ilə Bakı şəhərini əksər səs çoxluğu ilə 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edən şəhər qismində seçiblər. Bakı 2015 İlk Avropa Oyunları haqqında daha ətraflı məlumatı www.baku2015.com rəsmi internet saytından, həmçinin "Facebook", "Twitter", "YouTube" və "Google+"da əldə etmək mümkündür.
Mənbə: Trend.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur aktyor vəfat etdi
Şamaxıda zəlzələ olub
Günün ulduz falı
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Onunla nahar etmək istəyən 4,5 milyon ödəməli oldu
Günün qoroskopu: Bədxərclik etməyin!
Körpənizi geyindirərkən bunlara diqqət edin!
Yaşlarını göstərməyən qadınların gözəllik sirləri
Təhsil naziri Abşeron rayon və Sumqayıt şəhər sakinlərini videobağlantı vasitəsilə qəbul edib
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Pəhləvanlarımız 10 medal qazandılar
Hərbi qulluqçular “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olundular - SƏRƏNCAM
Fahriye Evcen “Dünyanın ən gözəl 30 qadını” siyahısında
Şeyma Subaşı hər kəsdən üzr istədi
Rihannanın bu FOTOsu 5 milyonluq "LİKE" topladı
Martın 20-nin ilaxır çərşənbəyə düşməsinə - RƏSMİ AÇIQLAMA
Məşhur müğənni Acunla Şeymanın boşanmasından danışdı
Öz əllərimiz ilə 8 mart
Azərbaycanda zəlzələ oldu
Smartfon istifadəçilərinin nəzərinə: yeni virus yayıldı
Cansu Dere 10 milyona ev aldı
Yumurta sarısı qadına ana olmaqda kömək edib
Ziyafət çantaları
190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? - RƏSMİ
Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq? - AÇIQLAMA
Kriştianu Ronaldu: "Çox ağrılı zərbə aldım"
Bir-birindən gözəl əl işləri
Yeni serial başlayır-FOTO
Günün ulduz falı - 16.10.2013
Facebook-un yaradıcısı bir günə 6 milyon qazanır
Azərbaycanda valideynlərə müraciət: "Onları almayın!"
Bayram günlərində hava necə olacaq?
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
İşsizlərə təklif
Uşaqlarda iştahsızlığın səbəbləri
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İmtahanla bağlı yenilik
"Azərbaycanda yas mərasimlərində stolun üstündə bəzən bircə spirtli içki çatışmır"
Nigar Camal Ayselin “Eurovison”da finala keçə bilməməsinin SƏBƏBİNİ açıqladı
Pekində koronavirus xəstəsi qalmayıb
Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"
Kirvənin qızı ilə evlənmək olmaz?
İlk dəfə 60 yaşında evlənən azərbaycanlı bəy və gəlinlərin statistikası
Rəsm çəkməyi öyrənək
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Siz də istəyirsiniz?
Günün ulduz falı
Diqqətli olun: mobil telefon sizi kor edə bilər
Körpə
İlham Əliyev: "Faizlərin aşağı salınmasını dəstəkləyirəm"














