Tamamilə əminəm ki, Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək, çünki Bakıda çox peşəkar bir komanda formalaşdırılıb". Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru Saymon Kleq bu gün keçirdiyi mətbuat konfransında deyib. S.Kleq qeyd edib ki, dünyada çoxlu sayda böyük yarışlar keçirilsə də, Bakı 2015 Avropa Oyunları kimi yarışların keçirilməsi təcrübəsi, demək olar ki, yoxdur: "Lakin bu, bizim qarşımıza çətinliklər çıxarmır, çünki biz burada yeni ideyalar, yeni təşəbbüslər ortaya qoyuruq və mən bütün Komitə üzvlərini həvəsləndirirəm ki, yeni innovativ ideyalar ortaya qoysunlar. Burada qazanılacaq yeni təcrübələr gələcəkdə də bu cür yarışların keçirilməsində istifadə ediləcək". O, yarışların təşkili üçün ayrılan vaxtın az olduğunu vurğulayaraq bildirib ki, bu, yarışların keçirilməsinə heç bir maneçilik törətməyəcək: "Düzdür, bu Oyunların keçirilməsi üçün çox az vaxt verilib. Lakin düşünürəm ki, ölkə Prezidentinin tam dəstəyi ilə biz təşkilati prosesləri müvəffəqiyyətlə həyata keçirəcəyik. İndiyə qədər şahidiyəm ki, yarışların keçirilməsi üçün çox güclü bir baza yaradılıb. İndiyə qədər həyata keçirilən, planlaşdırılan işlərin səviyyəsindən çox razıyam". S.Kleq, həmçinin bildirib ki, Oyunların keçirilməsi üçün müasir standartlara cavab verən məkanlar inanılmaz dərəcədə sürətlə tikilir: "Əminəm ki, bu məkanlar vaxtında təhvil veriləcək. Ancaq burada yalnız sürət məsələsi deyil, eyni zamanda, keyfiyyət məsələsi nəzərə alınır. Azərbaycan belə məkanlar tikməklə keyfiyyətə investisiya yatırmış olub. Çünki bu məkanlar uzun illər Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcək". S.Kleq Azərbaycan idmançılarının da yarışlarda yüksək nəticələr nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib. Baş icraçı direktor yarışlar zamanı nəqliyyatla bağlı problemlərin olmayacağını düşünür: "Oyunların keçirilməsi yay aylarına təsadüf edir. Yəni adətən yay aylarında insanlar istirahətə getdiyi üçün şəhərdə sıxlıq azalır. Lakin yenə də şəhərdə aktiv həyatın davam etdiyini nəzərə alaraq, biz nəqliyyat işlərini də planlaşdırırıq. Hər hansı ciddi problemin meydana gələcəyini düşünmürəm". Qeyd edək ki, S.Kleq Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru təyin edilib. Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş baş icraçı direktoru olan S.Kleq bu vəzifədə Cim Şeri əvəz edib.
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR