Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Dövlətimizin başçısı bildirib ki, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
Prezident İlham Əliyev islam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli mənəvi dəyərlərə hörmətin həmişə xüsusi həssaslıqla qorunub saxlanıldığını vurğulayıb. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur: "Eyni zamanda, məmnunluqla deyə bilərik ki, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri bəşəri hadisə olan Ramazan bayramına böyük sevgi ilə yanaşır, ölkəmizin multikultural ənənələrini ehtiramla qoruyurlar".
"İnsanlarda vəhdət və humanizm duyğularını, Allah və vətən sevgisini daha da gücləndirən Ramazan bayramı hər il olduğu kimi, bu il də bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Bu əziz bayram günlərində sizi və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram", - deyə Azərbaycan prezidenti bildirib.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ombudsman "İnsan hüquqları aylığı" keçirəcək
Fevral ayının qalibləri!
İstirahət gününün HAVAsı
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur tərzi: Dua Lipa
Irina Şeykdən ilk çimərlik FOTOsessiyası
Kitab haqqında düşüncələr
İlham Əliyev səfiri geri çağırdı: Yeni vəzifə verdi - SƏRƏNCAM
Güləşçimiz erməniyə aman vermədi
2017-ci ilin yeni sevimlisi: Ağ rəngli donlar
Uşaqlar neçə yaşında musiqi alətində ifa edə bilər?
“Facebook” Trampın koronavirusla bağlı paylaşımını sildi
Azərbaycanın qızıl ehtiyatları 2 dəfədən çox artıb
Küçədən rəsm əsəri aldı dəyəri milyonları aşdı-FOTO
Təhlükə bir addımlığınızda
Günün ulduz falı - 04.10.2013
Gümüş aura nədir?
Koronavirusa yoluxmuş Boris Conson xəstəxanaya yerləşdirildi
Yeni Çin koronavirusu COVİD-19-dan daha yoluxucudur
Quru dəri üçün şokolad maskası
Məşhur serial FİNAL edir
Guacamole salatı (foto resept)
Susmayan Bülbül
“WhatsApp”da təhlükə yaranıb
Gözəlliyi ilə hər kəsi heyran edən pilot-FOTO
Bakıda yarış keçiriləcək
Şəkərli diabet xəstələrinə xoş xəbər var
Qadın.netlilərə gülək-2
Azərbaycan hərbçiləri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər
Körpələrin gec yeriməsi
Müasir internet qorxusu
Malta 20 koreyalını qovdu
Səbrinin "Qalatasaray"dakı taleyi necə olacaq?
Hava necə olacaq?
Bacı-qardaş davası
Bakı buxtasının ən böyük Gülü sökülür?
Günün ulduz falı
Doğum haqqında şəhadətnamə, yoxsa şəxsiyyət vəsiqəsi? – VİDEO
Bayram gününün hava proqnozu
Dəri geyimlər
Suriyada kimyəvi silahların məhv edilməsi prosesinə start verildi
Yeni il makiyaj trendi
Çempionlar Liqasının qalibi bilindi
17 yaşlı qız gözəllik müsabiqəsinin qalibi oldu - FOTO
"Barselona" Messinin satış qiymətini açıqladı - Fantastik məbləğ
Yeni Qarabağ ümidi
100 gün ərzində həyatınızı yaxşılaşdıracaq 60 addım
Yeganə boşanmadığını belə sübut etdi
Bu günün tarixi (03.05.2015)
“Vasmoy bazarı” bağlanır? - RƏSMİ AÇIQLAMA














